azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Haziran 2009 Salı

Bir qurup Güney Azərbaycan milli hərəkət fəallarının İranda 10.cu prezdent seçgiləri ilə bağli bildirişi

Muasir Azərbaycan tarixinə ötəri baxdıqda aydın olurki geçən 90 il sürəsində Fars rasisminin (irqıçı) uyquladığı əritmə siyasətinə qarşı Azərbaycan millətinin bütün haqlı qiyamları vəhşicəsinə qan içində boğulmuşdur.

Bu qıyamların hamısının, istər məşrutə qıyamı, istər xıyabanı hərəkatı, istər milli hökümətı (seyıd cəfər pişəvəri), və ya istərsədə xalqı müsəlman (ayətullah şərıyətmədari) hərəkatlarının amacları Azərbaycan Türk millətinin milli, insani, doğal haqlarının əldə edilməsindən başqa dəgildir.

Bu qiyamlarda Azərbaycan milləti, qanun hakimiyətı, milli muxtarıyət,ana dilimizin rəsmıləşməsı,millətimizin iqtisadi,ictımayı durumunun yüksək səviyəyə qaldırılmasından başqa nə istəmişdir ki mərkəz tərəfindən belə vəhşicəsinə tapdalanıb və yenədə tapdalanmaqdadır.

Ancaq məşrutə hərəkatının yenilməsı və Qacar hükümətinin yıxılması və İranda Türk dövlətçiliginə son qoyulması və Riza pəhləvi xandanının iş üstə gəlməsi ilə bərabər tək millət tək dil siyasəti rəsmı dövlət siyasətinə çevrildi və bütün Fars olmayan millətlərə ,özəliklə Türk millətinə qarşı əritmə siyasəti yürüdüldü,belə ki ana dildə yazmaq,oxumaq,hətta danışmaq,dövləti idarələrində və mədrəsələrdə yasaqlanaraq hətta mədrəsələrdə cərimə sandıqları quruldu.

lakin pəhləvi rejiminin yixilmasi ilə Fars olmayan millətlərin ürəklərində bu siyasətin qaldıracağina dayir umud işiqlari yanmaqa başladı.amma xalqı müsəlman hərəkatinin qanda boğulmasi ilə bu umudlarada son qoyuldu.8 illik iran-əraq savaşı səbəb oldu ki xarici düşmən təhlükəsi bəhanəsi ilə yenədə Azərbaycan Türk millətinin milli ,insani və doğal haqlarının mütalibə və iadəsi kölgədə qalsin.

savaşın bitməsi ilə yenədə milli istəklərin gündəmə gəlməsinə uyqun bir fürsət yaranmışdır.lakin dini hakimiyətin beyninə sızan Pan Farsist düşüncə yenidən rəsmi yön və mahiyət almağa başladı və çox qabarığ ,aydın şəkildə etnik ayrımı sorğusunu (radyo tilviziyunun 74 üncü ildə ki etnik ayrımı forumunda) özünü göstərdi və bu sorğuya qarşı etirazlar qəddarlıqla yatırıldı,amma bunlara baxmayaraq millətimiz öz milli mücadiləsini mədəni şəkildə və qanun çərçıvəsində aparmağı ən uyqun yol kimi seçmış və öz qanunı və haqlı tələblıərını mədənı etırazlar formunda aparmışdır.

ancaq Fars rasismi bunu təhəmmül edə bilməyib və hər fürsətdə bu istək və etirazları qəddarlıq və vəhşiliklə basdırmaqdan çəkinməyib və çəkinmir,elə ki hətta seçkilərin sonucunu (1375 fərvərdin ayının 31)saxtalaşdırmaqdan və ona olunan etirazlarıda var gücü ilə tapdalamaqdan vaz geçməmişlər.

ana yasada yazılan və millətlər arası taninan muahidələr və konvansiyonlar(millətlər öz sərneveştlərin təyin etmə anlaşması,dil haqları konvansiyonu,qadın haqları,uşaq haqları konvansiyonları,şəxsilərin hiquqi bəyannaməsi,apartaydı aradan qaldırmaq anlaşması və ...)imzalanmasına baxmayaraq bu günə qədər bu yolda heç bir atdım atılmayıb ,tərsinə ,günü gündən millətimizin haqları daha sərt şəkildə danılıb,tapdalanmaqdadır və millətimizə qarşı aşağılamalar,tohinlər daha rəsmi şəkil almış və dövlət qazetlərində(İran qazetəsinin millətimizə qarşı açıq aydın təhqir və ihanəti)rəsmi məqamlar tərəfindən yapılmaqdadır,bu ihanət və təhqirlərə qarşı olunan etirazlar tam vəhşiliklə tapdalanıb.

ancaq öz əməllərinə məşruiyət qazandırmaq üçün hər seçgi dövründə,duza yatırılmış insanlari demokratik tiplər və şuarlar və yeni etiketlərlə bəzəyib səhnəyə çıxararaq,yalan sözlərlə milləti aldataraq iqtidar qoltuğunda oturmaq üçün bir tərəqqı nərdivani kimi istifadə etmək istəyirlər və beləliklə milli hərəkətdə neçə tirəlik yartma taktikini uyqulamağa çalışırlar,nacaq seçgilər ərəfəsində meydana gələn və mahiyətləri bəlli olan fərdlər,çeşitli sözlərlə(ictimai bərabərlik,insani kəramət,iran bütün iranlilar üçün,mədəniyətlər danışığı,islah tələblik,anayasanın icrasına bənzər ) şuarlarınan millətləri aldatmaq istəyirlər,burada istər səlahiyətləri rəd olan və ya təyid olunan adayların arasindan heç birisinin ,

Azərbaycan millətinin dərdlərinin dərmanı və tapdalanmış haqlarının qaytarılması üçün heç bir əməli və icrai bərnamələri yoxdur,və sadəcə aldatıcı şuarlarla rəy almaq üçün,içi boş və həyəcan yaradan vədələri verməklə özlərinin öncədən pılanlaşmış hədəflərinə çatmaq istəyirlər.elə bu üzdən bu dönə(10 cu) cumhur başqanlıq adaylarının ən demokratları və ən reformistləri,millətimizi təhqir və məsxərə edən və əlli çomaqlılarla döydürənlər ,il bayramını yalız Fars millətinə təbrik edənlərdən ayrı görməyərək ,adaylarin heç birindən himayə edə bilmədigimiz yalız milli mənafeyimizə oyqun görmədigimiz üçündür.

Biz Azərbaycan milli fəalları bu fikri yüksək siyasi düşüncəyə malik olan ulu millətimizlə paylaşmaqı özümüzə bir milli vəzifə bilərək , yenədə buna baxmayaraq millətimizin nəzərlərinə sayğıla yanaşıb və yanaşacayıq.

Ancaq:

El özü yaxşını pisdən seçəcək

Elinə bağlı olan, yüksələcək

Güney Azərbaycan milli hərəkati

Hiç yorum yok: