azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

1 Haziran 2009 Pazartesi

ZAHİDAN TOQQUŞMALARINDA 10 NƏFƏR HƏLAK OLUB

Mayın 31-də Sistan və Bəlucistan əyalətinin mərkəzi sayılan Zahidanda sünni bəluclarla İranın hökumət qüvvələri arasında silahlı qarşıdurmalar baş verib. Hər iki tərəfdən 10 nəfərin həlak olduğu, 100-dən çox insanın isə yaralandığı bildirilir.

Mayın 28-də axşam saatlarında Zahidan şəhərindəki şiələr məscidinə “Condollah” təşkilatına bağlı bir kamikadzenin intihar əməliyyatında 25-dən çox insan həlak olmuş, 125 nəfər isə ağır xəsarət almışdı. Mayın 30-da isə hadisədə təqsirli bilinən “Condollah”ın 3 üzvü dar ağacından asılıb.

İran parlamentinin keçmiş deputatı Calal Calalizadə “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında silahlı qarşıdurmaların sünni bəlucların dini rəhbəri Mövlana Əbdülhəmid intihar əməliyyatında həlak olanların yas mərasiminə qatılarkən mülki geyimli təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalmasından sonra baş verdiyini vurğulayıb.

C.Calalizadə deyib: “Bəlucların dini rəhbəri mərasimə qatılarkən birdən-birə mülki geyimli təhlükəsizlik qüvvələri vəhabilərə və sünnilərə qarşı şüarlar səsləndirərək ona hücum edib döyüblər. Yerli bəluclar onu mülki geyimli şəxslərin əlindən qurtararaq hadisə yerindən uzaqlaşdırsalar da, hücumçular bununla kifayətlənməyib, sünnilərin yaşadığı Hamam küçəsindəki əhaliyə qarşı hücuma keçiblər. Bundan sonra şəhərin bir neçə məntəqəsində axşam saatlarına qədər yerli əhali ilə hökumət qüvvələri arasında silahlı qarşıdurma yaranıb”.

Hökumət idarələri və bankların yerli əhalinin hücumunda ziyan gördüyü bildirilir. İyunun 1-də isə İran hüquq mühafizə qüvvələri komandanının canişini Əhmədrza Radan jurnalistlərə açıqlamasında Zahidan şəhərinin hökumət qüvvələrinin tam nəzarətində olduğunu bildirib.

Hiç yorum yok: