Müsavat Partiyası iyunun 2-də İranın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, aksiyada İran hakimiyyətindən azərbaycanlılara qarşı başladığı təqib və təzyiq kampaniyasını dayandırmaq tələb olunacaq. Aksiyada, həmçinin, İran Silahlı Qüvvələrinin baş qərargah rəisinin İsrailin prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfəri ilə bağlı verdiyi bəyanata etiraz da ifadə olunacaq.
A. Hacılı bildirib ki, əslində, bu bəyanat Azərbaycan dövlətinə qarşı təhdiddir. Piketdə 50 nəfərin iştirakı nəzərdə tutulur.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder