İranda milli hərəkatın daha iki fəalı həbs olunub
[ 19 Avqust 2008 17:11 ]
Bakı. Ramil Məmmədli – APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan Musa Əhmədi və Əbülfəz Babapur bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həbs olunub. Dünya Azərbaycanlıları Konqresindən (DAK) APA-ya verilən məlumata görə, Mərənd şəhərinin ziyalılarından hesab olunan M. Əhmədi, “Mərəndimiz” və “Ata xəbər” internet xəbər saytlarının yaradıcısı Ə. Babapur müxtəlif vaxtlarda öz mənzillərində tutulublar. Saxlanılan azərbaycanlılar təzyiqə və təhqirə məruz qalıblar. Hər iki şəxsə milli məsələlərlə məşğul olmamaq barədə xəbərdarlıq edilib. Bununla yanaşı Mərəndin Azadi Universitetinin bir neçə tələbəsi İran İnformasiya Nazirliyinin (Ettelaat) yerli şöbəsinə çağırılıb və onlardan ifadə alınıb.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder