22 Ağustos 2008 Cuma
İKİNCİ PREZİDENT (Əbülfəz Elçibəyin ölümündən 8 il keçir)
İKİNCİ PREZİDENT (Əbülfəz Elçibəyin ölümündən 8 il keçir)
2008-08-22 - 10:34:00
Əbülfəz Elçibəy
Avqustun 22-də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından 8 il keçir. Ötən əsrin 80-90-cı illərində sovet imperiyasında siyasi dəyişilmələr və Qarabağa erməni təcavüzüylə başlayan milli azadlıq hərəkatının başında dayanan Ə.Elçibəy 2000-ci ilin məhz bu günü Türkiyə paytaxtı Ankaranın Gülhanə hərbi xəstəxanasında gözlərini həmişəlik yumub.
1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1960-cı ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misir Ərəb Respublikasında çalışıb, daha sonra Bakıda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1975-ci ildə antisovet təbliğatında günahlandırılaraq həbs edilib. 1977-ci ildə həbsdən buraxılandan sonra Əlyazmalar İnstitutunda işləyib.
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib. 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. 1993-cü il yunun 17-də hərbi qiyam səbəbindən paytaxtı tərk edərək doğma kəndinə köçüb. İyunun 24-də Milli Məclisin qərarıryla vəzifədən uzaqlaşdırılıb. Avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib. Ə.Elçibəy Bakıya bir də dörd il yarım sonra, 1997-ci ilin payıxında dönüb.
Mərhum prezidentin məzarı Azərbaycan paytaxtında, Fəxri Xiyabandadır.
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder