Misir və Səudiyyə Ərəbistanı İranı dinc oturmağa çağırdılar
Misir prezidenti Hüsni Mübarək və Səudiyyə Ərəbistanı kralı Abdulla təcili görüş keçirərək İrana müraciət ediblər.
Lent.az-ın Londonda çıxan “Al Quds al Arabi” ərəb qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ və İsrailin yaxın zamanlarda müharibəyə başlayacağından xəbərdar olan ərəb liderləri İranı Qərb ölkələri ilə vəziyyəti gərginləşdirməməyə çağırıblar.
Mübarək və Abdulla Tehranı Qərbə bəhanə verməməyə və özünü İraqın keçmiş prezidenti Səddam Hüseyn kimi aparmamağa çağırıblar. Xatırladaq ki, İranın “İRNA” agentliyi avqustun 17-də “Safir e-Omid” (“Ümid səfiri”) adlı ikipilləli raket daşıyıcısının kosmosa buraxıldığını xəbər verib. Bu raket “Ümid” telekommunikasiya peykini orbitə çıxarmalıdır.
“Safir e-Omid”in kosmosa çıxarılması ABŞ-ın sərt reaksiyasına səbəb olub. Ağ Evin mətbuat katibi Qordon Condro İranın raket sınağının problematik olduğunu və Tehranın niyyəti ilə bağlı yeni suallar yaratdığını bəyan edib. Onun sözlərinə görə, bu texnologiya ballistik raketlər yaratmaq üçün istifadə oluna bilər: “Bu isə İranın BMT Təhlükəsizlik Şurası qarşısındakı öhdəliklərinə ziddir”.
LENT.AZ
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder