azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Ağustos 2008 Pazartesi

ABŞ YENƏ DƏ NARAHATDIR

ABŞ YENƏ DƏ NARAHATDIR


İranın avqustun 16-da orbitə ilk süni peykini göndərməsindən bərk narahat olan Amerika Birləşmiş Ştatları dünya ictimaiyyətini, o cümlədən BMT təhlükəsizlik Şurasını İrana qarşı ciddi addımlar atmağa çağırıb. /İctimai TV/
-------------------------------------------------------------------------

Türkiyə ordusu kürd yaraqlılarına hücum edib


Türk ordusunun açıqlamasına görə, hərbi qüvvələr İraqın şimalında kürd yaraqlılarının hədəflərini bombalayıb. Ordu veb səhifəsində bildirir ki, Türkiyənin qırıcı təyyarələri Avasin-Basyan regionunda yaraqlıların sığınacaqlarına hücum edib. Hücumun uğurlu olduğu bildirilsə də, ətraflı məlumat verilməyib. Türkiyə militantların ölkə ərazisinə hücum etməyi planlaşdırdığını bildirib. Rəsmi Ankara Türkiyə ərazisində və İraqın şimal sərhədi böyünca PKK yaraqlılarına qarşı hücumları davam etdirir. Bu ərazilərdə minlərlə yaraqlı məskunlaşıb. PKK 1984-cü ildən Türkiyənin cənub-şərqində muxtariyyət uğrunda mübarizə aparır. Zorakılıqlar nəticəsində 30 mindən çox insan həlak olub. Türkiyə, ABŞ və Avropa Birliyi Kürdüstan Fəhlə Partiyası - PKK-nı terrorçu təşkilat kimi tanıyır.

Hiç yorum yok: