azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ağustos 2008 Pazar

TƏBRİZDƏKİ GÖY MƏSCİD DAĞIDILIR

TƏBRİZDƏKİ GÖY MƏSCİD DAĞIDILIR


Amma Əhmədinijat İrandakı üç kilsənin YUNESKO siyahısına düşməsini bayram edib


S.SOLTAN


İran prezidenti Mahmud Əhmədinijat ölkə ərazisində yerləşən üç "erməni kilsəsi"nin YUNESKO-nun siyahısına salınması ilə əlaqədar Ermənistana və İslam Respublikasında yaşayan ermənilərə təbrik məktubu göndərib.
Ermənilərə canıyananlıq edən rəhbərlik Güney Azərbaycandakı tarixi mədəni abidələrin uçmasına və ya uçurulmasına göz yumur. Təbrizdəki Ərk qalası, Səttar xanın evi, Göy məscid, Şamqazan, Samovarçı bazarı, Üstüörtülü bazar, Urmiyadakı bələdiyyə binası, Ərdəbildəki Şeyx Səfi məqbərəsi, Miyanadakı "Qız körpüsü", Zəncandakı Sultaniyyə günbəzi, Qaradağ mahalının Kəleybər rayonundakı Babək qalası və s. bunların sırasındadır.
Ermənilərlə yanaşı, farslar yaşayan bölgələrə isə diqqət böyükdür. "Baybak"ın məlumatına görə, son zamanlar Tehran hakimiyyəti türk düşməni Firdovsinin təbliği üçün milyonlarla dollar vəsait xərcləyir. Bir zamanlar İsfahan türk hökmdarlar tərəfindən abadlaşdırıldı. Sonralar fars şovinistlər bu şəhəri öz adlarına çıxdılar. Buradakı çoxsaylı tarixi abidələr də məhz bu amilə görə qorunur və saxlanılır. Amma Güney Azərbaycanın tarixi abidələri isə qəsddən dağıdılır, onların İslam dininə bağlılığına belə məhəl qoyulmur...

ayna

Hiç yorum yok: