MAQATE rəhbərinin müavini İrana səfər edib
MAQATE rəhbərinin müavini Olli Heynonen (Olli Heinonen) bazar ertəsi Tehrana səfərə gəlib. İranın Atom Enerji Təşkilatının dəvəti ilə İrana səfərə gəlmiş Heynoneni MAQATE-nin protokollar üzrə eksperti müşayiət edir. Bu barədə İranın «İRNA» agentliyi məlumat yayıb.
İranın Atom Enerji Təşkilatının məlumatına əsasən, MAQATE-nin Baş katibi Məhəmməd Əl-Bəradeinin müavini ötən səfərləri çərçivəsində aparılan müzakirələri davam etdirmək məqsədilə İrana səfər edib.
Heynonen avqust ayının 7-də Tehrana iki günlük rəsmi səfər etmişdi. Həmin səfəri zamanı o, İran və MAQATE arasında protokol əməkdaşlığına dair məsələləri müzakirə etmişdi.
trend
18 Ağustos 2008 Pazartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder