Məsciddəki partlayışda ölənlərin sayı 3-ə çatdı
Bakıdakı Əbu Bəkir məscidində baş vermiş partlayışda yaralananlardan daha biri dünyasını dəyişib. Bununla da hadisə nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Bu barədə Lent.az-ın hazırda hadisə yerində olan əməkdaşına zərər çəkənlərin yaxınları məlumat veriblər. Hazırda yaralılardan 2-si reanimasiyada, 4 nəfəri isə palata şəraitində müalicə olnur.
Xatırladaq ki, avqustun 17-də saat 21 radələrində Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkir məscidində partlayış baş verib.
Müxbirimzin verdiyi məlumatda bildirilir ki, bu dəqiqələrdə daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə, BŞBPİ-nin rəisi, MTN və DİN rəhbərliyinə daxil olan yüksək rütbəli rəsmilər hadisə yerindədirlər.
Elxan Salahov
LENT.AZ
18 Ağustos 2008 Pazartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder