azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

21 Ağustos 2008 Perşembe

"Moskvanın beynəlxalq nüfuzuna ciddi zərbə dəyib"

"Moskvanın beynəlxalq nüfuzuna ciddi zərbə dəyib"

"Rusiya konfliktlərdə tərəfsiz vasitəçi kimi çıxış edə bilməyəcək"
Avqustun 19-da NATO ölkələri Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən fövqəladə iclasında bəyannamə qəbul olunub. Bəyannamədə bildirilir ki, NATO ölkələri Gürcüstana qarşı atdığı addımlara görə Rusiya ilə münasibətlərə yenidən baxacaq və Gürcüstanda baş verən hadisələrdən sonra NATO ölkələrinin Rusiya ilə münasibətləri əvvəlki kimi ola bilməz: "Çünki, Rusiya münaqişənin nizamlanmasına dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir və qoşunlarını Gürcüstan ərazisindən çıxarmır".
NATO Xarici İşlər Nazirləri Şurasının fövqəladə toplantısından sonra keçirilən mətbuat konfransında qurumun baş katibi Yaap de Hoop Sxeffer deyib ki, Gürcüstan NATO-nun üzvü ola bilər.

Ramiz Mikayıloğlu

O əmindir ki, günlərin bir günü bu baş verəcək. Baş katib alyans üzvlərinin bu məsələdə yekdil mövqedə olduğunu vurğulayıb: "Biz bu barədə fikrimizi bəyan etmişik və bir daha mövqeyimizi qəti olaraq bildiririk".
Yaap de Hoop Sxeffer sammitdə NATO-Gürcüstan komissiyasının yaradılmasına qərar verildiyini də açıqlayıb. Komissiyanın məramı Gürcüstanın Şimali Atlantika Alyansına inteqrasiyasını sürətləndirməkdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO Xarici İşlər Nazirləri Şurasının bəyannaməsinə münasibət bildirərkən deyib ki, Gürcüstanın NATO-ya sürüklənməsi xətti Alyans daxilində antirusiya əhval-ruhiyyəsi ilə bağlıdır: "Gürcüstanın NATO-ya sürüklənməsi antirusiya meyllərindən qaynaqlanır və bu addımı təcavüzkar rejimə dəstək verilməsindən başqa cür qiymətləndirə bilmirəm. Moskva NATO-nun gürcüpərəst mövqeyindən lazımi nəticələr çıxaracaq. Hərbi alyans faktiki olaraq Mixail Saakaşvilini öz himayəsi altına alıb".
Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Avroatlantika Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər deyir ki, öncədən ABŞ və NATO-nun yeni üzvlərinin Rusiyaya qarşı sərt mövqedə olacaqları bilinirdi. Eyni zamanda Almaniya və Fransa kimi Avropa Birliyinin aparıcı ölkələrinin daha mötədil xətt tərəfdarları olacağı gözlənilirdi. Elə də olub. Onun sözlərinə görə, Alyansda qərarlar konsensus yoluyla qəbul olunur. ABŞ-ın mövqeyinə uyğun Rusiyaya qarşı daha sərt qərarlar çıxmasa da, verilən qərarları yumşaq saymaq olmaz. Birmənalı şəkildə Rusiyanın təcavüzü pislənir, Gürcüstanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, o cümlədən bu ölkənin NATO-ya üzvlüyü prespektivi dəstəklənir. Moskvanın gözləntilərinin əksinə, nəinki Gürcüstanın Alyansa üzvlüyü məsələsi şübhə altına düşməyib, Tiflislə münasibətlər yeni bir mərhələyə qalxıb. Qərarlardan biri NATO-Gürcüstan komissiyasının yaradılmasıdır. Həm də əlavə iki komissiya yaradılıb. Bunlardan biri Gürcüstan Silahlı Qüvvələrinin mövcud durumunu, ekspertlərdən ibarət başqa bir komissiya isə infrastruktura dəyən zərərləri qiymətləndirəcək. Həmin komissiyalar yaxın vaxtlarda qonşu ölkəyə göndəriləcək. Gürcüstana hərbi və hərbi-texniki yardım göstərilməsi barədə də qərar qəbul olunub. Sülhəddin Əkbər bildirdi ki, bu qərarlar bütövlükdə Rusiyaya yönəlik əks qərarların qəbuluyla eyni vaxtda olub: "ABŞ bütövlükdə Moskvayla təhlükəsizlik sahəsində əməkdaşlığın dayandırılmasını təklif edib. Böyük Britaniya, Almaniya və Fransa buna qarşı çıxdılar. Nəticədə NATO-Rusiya Şurasının toplantısı təxirə salındı, Moskvayla bir sıra istiqamətlərdə əməkdaşlıq donduruldu. Eyni zamanda bütövlükdə NATO-Rusiya münasibətləri Gürcüstanda atəşkəs prinsiplərinin yerinə yetirilməsinə qədər tamamilə dayandırıldı. Bu, kifayət qədər ciddi qərarlardır. Artıq Rusiya yaranmış vəziyyətdən ciddi nəticələr çıxarmalıdır. Bundan sonra baş verəcəklər Rusiyanın necə davranacağından asılıdır". Sülhəddin Əkbərə görə, istənilən halda bir məsələ aydındır ki, NATO-Rusiya münasibətləri artıq əvvəlki kimi olmayacaq.
Sergey Lavrovun NATO ölkələri Xarici İşlər Nazirləri Şurasının qərarlarına münasibətinə, Moskvanın Alyansın gürcüpərəst mövqeyindən nəticələr çıxaracağı ilə bağlı söylədiklərinə gəlincə, Sülhəddin Əkbər Rusiyanın nəticələr çıxarmaqda gecikdiyi qənaətindədir. Çünki bu ilin aprelində Buxarestdə NATO zirvə görüşündə çıxarılan qərarlardan biri də olub ki, Ukrayna və Gürcüstan prespektivdə Alyansa üzv qəbul olunacaqlar: "Rusiya artıq o zaman nəticə çıxarmalı və Gürcüstana qarşı təcavüzə yol verməməli, bu gün də belə gülünc vəziyyətə düşməməli idi. Bu baş verdi. Nəticədə şimal qonşumuz "Böyük səkkizlik"dən çıxarılmaq təhlükəsiylə üz-üzə qalıb, Ümumdünya Ticarət Təşkilatına üzvlüyü böyük şübhə altına düşüb, NATO ilə münasibətləri dondurulub. Başqa tərəfdən, NATO-Gürcüstan münasibətlərinin daha da dərinləşdirilməsi, bölgəyə sülhməramlı qüvvələrin yeridilməsi istiqamətində qərarlar qəbul olunub. Yəni Rusiyanın bu konfliktlər üzərində inhisarçı nəzarətinə son qoyulması haqqında qərar verilib. Moskvanın beynəlxalq nüfuzu ciddi zərbə alıb. Rusiya konfliktlərdə tərəfsiz vasitəçi kimi çıxış edə bilməyəcək".
Ekspert vurğuladı ki, Rusiyanın ikinci üzü ortadadır. Çoxları Qərbdə düşünürdü ki, artıq Moskvanın bu sifətini görməyəcəklər və "soyuq müharibə"ylə bərabər həmin "sifət" tarixə çevrilib. Amma Rusiya yenidən əsl sifətini göstərdi: "Bu, Rusiyaya baha başa gələcək".
xalqcebhesi

Hiç yorum yok: