azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Ağustos 2008 Pazartesi

Təbriz Universitet tələbəsi mili hərəkat fəalı Əmir Mərdani Ağabəylinin vəziyyətindən heç bir xəbər yoxdur

Təbriz Universitet tələbəsi mili hərəkat fəalı Əmir Mərdani Ağabəylinin vəziyyətindən heç bir xəbər yoxdur



DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlər Güney Azərbaycanın universitetlərində milli fəaliyyətlərinə görə çoxlu sayda soydaşımız faşist molla hakimiyyətinin ETTELAAT məmurları tərəfindən heç bir səbəb olmadan naməlum şəkildə həbs edilərək işgəncə və təzyiqlərə məruz qalmaqdadırlar. Onlardan ən sonuncusu Təbriz Universitetinin sonuncu kurs tələbəsi 23 yaşlı Əmir Mərdani Ağabəylidir ki, ETTELAAT məmurları tərəfindən həbs edilərək Təbriz ETTELAAT-nın təcridxanasında saxlanılır.

ETTELAAT məmurları soydaşımızın evlərinə gecə vaxtı hücum edərək həmin evi təftiş edib Əmir Mərdaniyə məxsus olan komputer, CD və kitabları özlərilə aparıblar. Xatırladaq ki, Əmir Mərdaninin ailəsi övladlarının ETTELAAT tərəfindən həbs olunmasını onun evə zəng edib paltar istədiyindən sonra biliblər. Lakin Təbriz ETTELAAT-na müraciət edən soydaşımızın ailəsi ETTELAAT məmurları belə bir adamı tanımadıqlarını və orada olmadığını bildiriblər. Ailəsi çox israr etdikdən sonra ETTELAAT məmurları bildiriblər ki, istintaq getdiyindən onunla görüşmək mümkün olmayacaq.

Bu günə qədər Əmir Mərdanin vəziyyətindən heç bir xəbər yoxdur. ETTELAAT məmurları onun hansı ittihamla həbs olunduğunu bildirməyir.

Iki il öncə may hadisələri zamanı Təbrizdə həbs olunan soydaşımız neçə həftə Təbriz ETTELAAT-nın təcridxanasında ağır işgəncələrə məruz qalmış sonra girov müqabilində azadlığa buraxılmışdır.

Əmir Mərdani Ağabəyli əslən Güney Azərbaycanın Sulduz mahalındandır.

dak

Hiç yorum yok: