06 -08 -2008 . İrandan “altılara” diplomatik cavab
http://www.araztm.az/?mod=actual&id=61
Rəsmi Tehran dünyanın altı aparıcı ölkəsinin nüvə proqrammı ilə bağlı təklifinə cavab verib. İranın rəsmi xəbər agentliyi olan İRNA “İran təkliflər paketinə ləyaqətli cavab verib” başlıqlı xəbər dərc etsə də, məktubda nə cavab verilməsi haqda heç bir məlumat yazmayıb. İranın “Fars” xəbər agenliyi də, İranın nüvə proqramıyla əlaqədar görüşmələrə qatılan altı ölkəyə yazılı cavabını İranın Brüssel səfiri kanalıyla verildiyini ifadə etdi, ancaq cavabın detalları haqqında məlumat vermədi.
“Royters” agentliyi isə İranın təklifə məktrubla cavab verdiyinə dair məlumatı Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri Üzrə Ali Komissarı Havyer Solanaya istinadən yayıb. Solana, cavabı aldıqlarını təsdiqləsə də, məktubun detalları ilə bağlı heç bir açıqlama verməyib. Bununla yanaşı Royters, bir qisimini ələ keçirdiyini ifadə etdiyi yazılı cavabda İranın əvvəlki kimi yenə də konkret bir cavab vermədiyini bildirib. Reutersin iddiasına görə, Solanaya verilən 1 səhifəlik məktubda, İranın təklifə ən qısa zamanda “açıq bir cavab” verməyə hazır olduğu, ancaq eyni zamanda qarşı tərəfdən də suallarına “açıq bir cavab gözlədiyi” ifadə edilməkdədir. Royters, adının açıqlanmasını istəməyən bəzi Qərb rəsmilərinin “məktubun üslubunun Tehranın ortaya qoyulan fikirlərə diqqətli yanaşdığını göstərdiyini, ancaq cavabın yetərsiz olduğunu” qeyd etdiyini yazır.
Amerikalı rəsmilərin də İranın təklifə verdiyi cavabın qəbul edilməz olduğunu bildirdikləri gələn xəbərlər arasındadır. ABŞ Xarici İşlər Nazirliyinin (Dövlət Departamentinin) Mətbuat Katibi Qonzalo Qallegos, altılar qrupu nümayəndələrinin avqustun 7-sində telekonferans vasitəsiylə İranın cavabını müzakirə edəcəklərini açıqladı. Xatırladaq ki, ABŞ Xarici İşlər Nazirliyi, 5 avqustdakı açıqlamasında İrandan BM Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə Almaniyanın birgə təklifinə müsbət cavab gözlədiklərini, əks halda yeni sanksiyalar üzərində dayanılacağını elan etmişdi. Avqustun 7-sindəki toplantıda isə artıq bu məsələnin gündəmə gəlməsi gözlənilməkdədir.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder