19 Ağustos 2008 Salı
ŞƏRQİ AZƏRBAYCANDA ETTELAAT və POLİS ƏMƏKDAŞLARINA KÜÇƏDƏ ADAMLARI SAXLAYIB MOBİL TELEFONLARI YOXLAMAQ SƏLAHİYYƏTİ VERİLDİ
2008-08-19 - 19:36:00
İranın Şərqi Azərbaycan vilayətinin Cinayətlərə Qarşı Mübarizə Qurumu ETTELAAT, polis və «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) əməkdaşlarına əyalətin küçə və meydanlarında onların gözünə şübhəli görünən hər bir vətəndaşı saxlayıb mobil telefonundakı nömrələri yoxlamaq səlahiyyəti verib.
«Media forum» saytının məlumatına görə, Cinayətlərə Qarşı Mübarizə Qurumunun bununla bağlı qəbul etdiyi qərarda deyilir ki, bu cür yoxlamalar zamanı mobil telefonda əxlaqa zidd mesaj, şəkil və ya videoyazı aşkarlandıqda telefon sahibləri məhkəməyə verilməlidir.
Küçə və meydanlarda vətəndaşların saxlanılaraq mobil telefonlarının yoxlanılması praktikası İranda ilk dəfədir tətbiq edilir.
Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhəridir.
«Media forum»
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder