azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ağustos 2008 Pazar

"İstəyirəm ki, dərslərimiz türk dilində olsun"

"İstəyirəm ki, dərslərimiz türk dilində olsun"

Fatma Əzimiqədim: "Dostlarımın hamısı türkdür, amma deyirlər farsca danışın. Axı mən türkcə danışmağı farscadan daha yaxşı bacarıram"
Bu günlərdə Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Höccətülislam Əbdüləziz Əzimiqədimlə bağlı yeni məhkəmə araşdırması başlanıb. Ruhani ötən il tanınmış tarixçi-alim Səməd Sərdarniyaya həsr olunmuş mərasimdə dövlət quruluşuna qarşı çıxış etməkdə ittiham olunub və onun fəaliyyəti milli ayrı-seçkilik kimi qiymətləndirilib. Bu işlə əlaqədar avqustun 12-də Təbriz İnqilab Məhkəməsində hazırlıq iclası keçirilib. Höccətülislam mayın 2-dən Qum şəhərinin "Ləngəvud" həbsxanasında saxlanılır, səhhəti normaldır. Lakin ruhaninin müdafiəsinin təşkili üçün vəkil tutulmasına imkan verilmir. Əbdüləziz Əzimqədimiyə qarşı təzyiqlərə etiraz olaraq, Qumda yazılı vərəqələr yayan Araz (Səfər) Nağıpur və Hüseyn Səttari isə mayda həbs olunublar.

Turqut

Qeyd edək ki, Əzimiqədim Səttarxan və Bağırxanın məzarı üzərində keçirilən mitinqlərdə, o cümlədən Bəzz qalasına yürüşdə ruhani paltarında iştirak edib. Bu da İran rejiminin dindarlar üçün qaydalara zidd sayılır. Bu səbəbdən də iki il əvvəl Əzimiqədim bir il şərti həbs cəzasıyla yanaşı, 10 il müddətinə ruhani paltarı geyinməkdən məhrum edilib. Mayın 2-də isə milli hərəkatçı yenidən bir il müddətinə həbs olunub. O, milli, irqi, sosial düşmənçiliyin salınması maddəsilə təqsirləndirilib. Əzimiqədim mayın 2-də onun haqqında iki il əvvəl verilmiş məhkəmə qərarını yerinə yetirmədiyinə görə həbs olunub. Belə ki, iki il əvvəl höccətülislama on il müddətində molla paltarı geymək qadağan olunubmuş. Ancaq Əzimiqədim ədalətli saymadığı qərarı yerinə yetirməkdən imtina edərək ruhani paltarında ana dilində təhsil tələbilə keçirilmiş etiraz aksiyalarına qatılıb. "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) Əbdüləziz Əzimiqədimlə bağlı üç dəfə 2005-ci ilin avqustunda, 2006-cı ilin mayında və həmin ilin oktyabrında bəyanatlar vermiş, milli hüquqlarını tələb etdiyinə görə həbs edilmiş və ağır təzyiqlərə, işgəncələrə məruz qalmış azərbaycanlı ruhanini dərhal azadlığa buraxmağı İran dövlətindən tələb etmişdi. Ümumiyyətlə, "Amnesty İnternational" ana dilində təhsil tələbilə çıxış edən milli fəalları "vicdan məhbusu" kimi tanıdığını bəyanlayır. Xatırladaq ki, İran Konstitusiyasının 15-ci maddəsi ölkədə yaşayan bütün millətlərə ana dilində təhsil hüququ tanıyır. Ancaq İranda ən böyük azlıq olan və sayı müxtəlif mənbələrə əsasən, 35 milyondan artıq Azərbaycan türkünün ana dilində məktəbi yoxdur.
Məhbusun həyat yoldaşı Rüqəyya Səyyari bildirib ki,"Höccətülislam Əbdüləziz Əzimiqədim vəkillə təmin olunmayıb". Onun sözlərinə görə, din xadiminin həbsinə səbəb Azərbaycan türkcəsində təhsil uğrunda mübarizəsidir: "Türklüyünə görə deyirlər, libası geymə, biz deyəni et. Əzimiqədim də onların sözünə baxmır, deyir ki, ana yurdumdan dönmərəm, mənim uşaqlarım gərək türk kimi böyüyüb boya-başa çatsın. Deyir ki, gərək televiziyalarımız, şəbəkələrimiz, uşaqlarımızın kitablarında yazılar Azərbaycan türkcəsində olsun, bu dildə oxusunlar. Bu yolda fədakardır. Hamı da tanıyır. Mən də onunla fəxr edirəm". Rüqəyya Səyyarı deyib ki, bu, Əzimiqədimin üçüncü həbsidir: "İki azyaşlı uşağımız var. Qızımız Fatma üçüncü sinifə keçib, Əli isə bu il məktəbə gedəcək. Onlar da atalarının nə zaman gələcəyini soruşurlar".
Fatma Əzimiqədim vurğulayıb ki, məktəbdə dərslərin farsca keçilməsindən narazıdır: "İstərdim ki, dərslərimiz farsca deyil, Azərbaycan türkcəsində olsun. Mən istərdim hər şeyimiz türkcə olcun, heç nə farsca olmasın. Çünki dostlarımın hamısı türkdür, amma deyirlər farsca danışın. Düzdür bacarıram, ancaq türkcə danışmağı farscadan daha yaxşı bacarıram". Onun sözlərinə görə, atası evdən çıxanda polislərə dərs deməyə getdiyini söyləyib: "Qardaşıma yalandan dedi ki, polislərə dərs deməyə gedirəm. Ancaq bilirəm hara gedib. Gedib türklərin yanına ki, türkcə dərs desin".
xalqcebhesi

Hiç yorum yok: