azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

19 Ağustos 2008 Salı

Bu gün İranda "qara bazar"dır


Bu gün İranda "qara bazar"dır


Molla rejimi bir dəfəyə 30 insanı edam edəcək

İranın rəsmi xəbər agentliyi (İRNA) bu gün Tehranda 30 nəfərin edam olunacağı xəbərini yayıb. Adam öldürmək, təcavüz, silahlı soyğun, zina, qarət, hədə-qorxu gəlmə, narkotika alveri, silahlı dəstə yaratmaq kimi cinayətlər törətməkdə təqsirli bilinənlərin bazar günü səhər edam olunacağı bildirilir. Bütün məhkəmə prosesləri yekunlaşıb və ən yuxarı məhkəmə instansiyaları da yekun qərar verərək, edam hökmünü qüvvədə saxlayıb.
Xatırladaq ki, ötən həftə İran məhkəməsi seksual xarakterli cinayətlərə görə mühakimə olunan bir neçə qadın və kişinin daşqalaq edilməsi barədə qərar çıxarmışdı. 27-43 yaşlı səkkiz qadın fahişəlik və zinakarlıqda təqsirli bilinmişdi. 50 yaşlı musiqi müəllimi isə tələbəsi ilə intim əlaqədə olduğuna görə mühakimə olunmuşdu.
Qeyd edək ki, İran, ölüm hökmlərinin sayına görə dünyada Çindən sonra ikinci yeri tutur. Bu ilin əvvəlindən xüsusilə ağır cinayətlərdə təqsirli bilinən 100-dən artıq adam edam edilib.


Bəhruz

Hiç yorum yok: