azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Ağustos 2008 Pazartesi

Azərbaycan neftinin daşındığı körpü partladıldı

Azərbaycan neftinin daşındığı körpü partladıldı


Rəsmi Tiflis diversiyada Rusiya hərbçilərini ittiham edir

Gürcüstanın Kaspi şəhəri yaxınlığındakı körpünün partladılması nəticəsində Azərbaycan neftinin Gürcüstan limanlarına nəqli dayandırılıb.

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə səhər tezdən Azərbaycan Dövlət Dəmiryol İdarəsinin (ADDİ) mətbuat xidməti informasiya yayıb.
ADDİ-nin mətbuat xidmətindən bildiriblər ki, körpünün dağılması nəticəsində neft və neft məhsulları ilə yüklənmiş qatarların Gürcüstan limanlarına göndərilməsi müvəqqəti olaraq dayandırılıb.
Tiflisdən 45 kilometr qərbdə yerləşən Kaspi şəhəri yaxınlığındakı körpü avqustun 16-da partladılıb. Gürcüstan Xarici İşlər Nazirliyi diversiya aktında Rusiya hərbçilərini ittiham edib. Rusiya Müdafiə Nazirliyinin nümayəndələri isə partlayışla bağlı ittihamları qəti şəkildə rədd ediblər.
Körpünün partlaması nəticəsində Gürcüstan və Ermənistan arasında dəmiryolu əlaqəsi də kəsilib. Ermənistan Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib ki, körpünün dağılması nəticəsində Gürcüstandakı Ermənistana keçməli olan 72 yük qatarı dayanıb.
Artıq Kaspi şəhəri yaxınlığındakı körpünün bərpası işləri başlayıb. Lakin körpünün nə zaman fəavliyyətə başlayacağı bəlli deyil.

LENT.AZ

Hiç yorum yok: