azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

18 Ağustos 2008 Pazartesi

İzmirdə “Türkiyə-Ermənistan sərhədləri açılmasın!” tələbi ilə imza toplama kampaniyasına başlayır

İzmirdə “Türkiyə-Ermənistan sərhədləri açılmasın!” tələbi ilə imza toplama kampaniyasına başlayır

İzmirdə yaşayan azərbaycanlılar “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmədikcə, Türkiyə-Ermənistan sərhədləri açılmasın!” tələbi ilə imza toplama kampaniyasına başlayır. Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-nə açıqlamasında Azərbaycan Kültür Mərkəzinin rəhbəri, vəkil Camal Məmmədxanoğlu bildirib.

O, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından savaş olmadan çəkilməsini istədiklərini söyləyib. Bunun üçün Türkiyənin erməniləri blokadasının davam etməsinin zəruriliyini vurğulayıb: “Əks təqdirdə, müharibədən başqa çarə qalmayaq. Bu isə Türkiyədən keçən enerji koridorlarını təhlükə altına salacaq”. Camal Məmmədxanoğlu bu səbəbdən Qafqazda savaş istəməyənləri imza kampaniyasına dəvət edərək “Bir millət, iki dövlət, bir yumruq olaq!” söyləyib.

LENT.AZ

Hiç yorum yok: