azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Nisan 2009 Perşembe

NABUKKO”ya BİR ZƏRBƏ DƏ TEHRANDAN GƏLDİ

Avropa Birliyinin ümidlə baxdığı “Nabukko” layihəsinə daha bir zərbə İrandan gəldi. İran Avropaya qaz ixrac edəcək, ancaq fərqli marşrutla.

“Media forum” saytı xəbər verir ki, İranın neft naziri Qulamhüseyn Nozəri aprelin 1-də Dəməşqdə açıqlama verərək ölkəsinin Suriya və İraq üzərindən Avropaya qaz ixrac etməyi planlaşdırdığını deyib.

İranlı nazirin sözlərinə görə, İran-İraq-Suriya boru xətti ilə daşınacaq mavi yanacaq daha sonra Aralıq dənizi ilə Yunanıstan və İtaliyaya çatdırılacaq. Qulamhüseyn Nəzari layihənin həyata keçirilməsi üçün yaxınlarda İran, Suriya və İraq arasında üçtərəfli sazişin imzalanacağını dilə gətirib.

Tehran yeni boru xəttinə ad da tapıb: fars boru xətti.

İqtisadçı ekspertlər İranın qazını Türkiyə ilə deyil, İraq və Suriya üzərindən nəqlinə üstünlük verdiyinə diqqət çəkirlər. Ekspertlərin fikrincə, bununla İran qaz ixracında bütünlüklə Türkiyəyə bağlı olmaq istəmədiyini, bölgədə özünün də çəkisinin artmasına çalışır. Tehran gələcəkdə Türkmənistanın da bu layihəyə qoşulacağına ümidlidir. Söhbət türkmən qazının həmin xətlə Avropaya daşınmasından gedir.

İran bu layihəni həyata keçirməyə başlayarsa, onsuz da müəammalı duruma sürüklənən “Nabukko” boru xəttini birdəfəlik unutmaq lazım gələcək. Bir neçə gün öncə qaz ixracına dair Rusiya ilə Azərbaycan arasında da niyyət protokolu imzalandı ki, bu da “Nabukko”ya zərbəydi. “Nabukko”nu qazla doldurmalı olacaq Türkmənistandan da xəbər yoxdur. Avropanın özündə isə “Nabukko” ideyasını hərəkətə gətirmək üçün xüsusi canfəşanlıq yoxdur. Görünür, artıq avropalılara fərqi yoxdur: Azərbaycan və Türkmənistan qazını alacaqlar, yoxsa İran…




«Media forum»

Hiç yorum yok: