azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

2 Nisan 2009 Perşembe

TRT Avaz»a təkliflərim

Natiq Güləhmədoğlu
“TRT-Avaz” adlı ümumtürk telekanalı açılıb. Xaliq Bahadır türk kanalın adında fars sözünün - “avazın” olmasından bir tənqidi yazı yazdı. Tənqidin bu qədər tez və əsaslı sürətdə təsir göstərdiyini yəqin ki, mətbuat tarixi görməmişdi.
“TRT-Avaz” ötən iki buraxılışı ilə haqqında deyilən, yazılan bütün çatışmazlıqlara son verib. Bundan sonra daha kim o kanal haqda pis nəsə yazsa, deməli, qanı qarışıqdır.
Yüksək cəsarət nümayiş etdirən “avaz”çılar Ağadadaş Ağayev və Mübariz Tağıyevi efirə çıxarıb. Özüm baxmamışam. Etibarına güvəndiyim baxanlar danışıb; proqramda Mübariz müəllim böyük şövqlə əlahəzrət Ilham müəllimə həsr etdiyi mahnılarını oxuyub. Ağadadaş abinin nə oxuduğunu öyrənmədim. Çox güman ən yaxşı halda “təki mənə bircə kəlmə sevirəm de”ni, ən səmimi halda isə - “Xalq Heydər deyəcəkdir, Heydər xalq deyəcəkdir”lə o, könülləri şad eləyib.
Qısası, tam təntənə… Bizə yeni bir ITV hazırlayıblar. Ilahi, kaş biləydim başımıza gətirilən bu xoşbəxtliklərə görə sənə necə alqış etmək gərəkdir. Şükür sənin izzət və calalına, sən doğrudan da darda qalanların yeganə pənahısan.
Orta türk dəyərlərini Ağadadaş, Mübariz kimi abilərdən savayı təbliğ etməyə başqasını axtarmağa dəyməz. Hər iki el sənətkarının sayəsində görərsiniz, Qıpçaq çöllərindən Uyğurustana qədər türk milli kimliyi vulkan vuracaq.
ATV, ITV və s. tv-lərdən Azərbaycan xalqına dolma yeməyi, qalstuk taxmağı, saçını daramağını göstərən mürabizlərin 360 milyonluq türk toplumuna xitab eləməsi çox mühum məsələdir. Xüsusən, Mübariz müəllimin “Ilhamdır sabaha inandığımız” mahnısı orta əsr feodal təfəkkürlü rəhbərlərin istibdadı altında zülm çəkən özbək, türkmən, qazax qardaşlarımız üçün “Kommunist partiyasının manifesti” qədər kəsərli silahdır.
Yol göstərmək çıxmasın, “TRT Avaz”a bəzi təkliflərim olacaq.
Biri bu: Həftənin hər cümə günü Azərbaycandan olan yayım bütünülüklə müğənni Sabir Əliyevə həsr edilməli. Çox hörmətli Sabir müəllim isə bütün proqram böyu müxtəlif təbiət mənzərələri fonunda xalqımızın qəlbində böyük yer tutan “Oğuldur Ilham” mahnısını ifa etsin.
Bu mahnı xüsusən Iranda yaşayan 35 milyon azərbaycan türkünün əzmkarlığını, qətiyyətini səfərbər edəcək. Yaralı Araz, Təbriz, Səttarxan, Babək, Pişəvəri yenidən beyinlərə dolacaq. Sabir müəllimin bu təkrarolunmaz ifası ilə biz öz müqəddaratını birmənalı həll etməyə çətinlik çəkən tatar qardaşlarımıza da yardım edərik. Sizə gülməli gəlir, amma bu, uşaq-muşaq söhbəti deyil. Elm artıq neçə ildir sübut edib ki, musiqi özündə izaholunmaz enerji gəzdirir. Məsələn, bir dəfə BBC-dən eşitmişdim ki, inəklərə Motsartın əsərlərini səsləndirəndə onların südvermə əmsalı yüksəlir. Indi bu dünyanın yaradılış fəlsəfəsinə də zidd olar ki, musiqi inəyə təsir etsin, insan yox. Bu baxımdan “TRT avaz”-ın tutduğu yol tədqirəlayiqdir. Onu dəstəkləməliyik.
Daha bir - sonuncu təklif: Bildiyimiz kimi qədim türk inancınma görə birinci gün ağır gündür. Birinci günə camaatımız duz günü də deyir. Çox adam bu günün mənfi energetikasına inanıb iş-güc görmür. Təkcə bu hal türk ellərinin ekonomikasına nə qədər ziyan vurur. Zarafat deyil, həftənin bir günü qeyri-rəsmi formada avaraçılığa sərf olunur. Nə etmək olar? Deyim: Xalqımızın unudulmaz korifey sənətkarı Bilal Əliyevin ərsə gətirdiyi bir mahnı var: “Ilham qardaş”. Sizi necə inandırım… Elm əgər bir gün auranı ölçən cihaz icad eləsə, müsbət aurasına görə bu mahnı birinci yeri tutacaq. Işlərim düz gətirməyəndə həmişə bu mahnını zümzümə edirəm, yaxşı təsir göstərir. Əhvalım durulur, səxavətli oluram, aqressiyam sönür, dövlətçiliyə sədaqətim yüksəlir və s.
Niyə görə biz bu cür dopdolu enerjili sənət əsərini Azərbaycanın dar ərazisi çərçivəsində məhdudlaşdırmalıyıq. Xəsislik türkə yaraşmaz. “TRT avaz” hər həftənin birinci günü başımızın üstünü alan mənfi enerjini darmadağın etmək istəyirsə, Bilal Əliyevi axtarsın…
Tanrı türkü qorusun. Hələlik.

natnetaz@gmail.com

Hiç yorum yok: