azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

4 Ağustos 2008 Pazartesi

ETTELAAT ƏRK QALASI ƏRAZİSİNDƏ TƏCRİDXANA TİKDİRİR

ETTELAAT ƏRK QALASI ƏRAZİSİNDƏ TƏCRİDXANA TİKDİRİR


Rəsmi məlumatlara görə, bu ilin 6 ayında 150 nəfər edam olunub


S.SOLTAN


Bu həftə beynəlxalq ictimaiyyət Tehran hakimiyyətinin cinayət-prosessual məcəlləsinin və məhkəmə sisteminin mürtəceliyinin bir daha şahidi oldu. Bir gün ərzində barəsində ölüm hökmü çıxarılmış 29 nəfər Tehrandakı "Evin" adlı zindanda edam edildi. İran hakimiyyətinin verdiyi məlumata əsasən, edam olunanların hamısı qatı cinayətkardır. Ölkənin baş prokuroru Səid Mürtəzəvinin sözlərinə görə, onların arasında İrana tonlarla çeşidli narkotik maddələr gətirənlər, qatillər də var.
Xatırladaq ki, rəsmi məlumatlara görə, cari ilin əvvəlindən indiyədək 150, ötən il 355, 2006-cı ildə isə 215 edam hökmü icra olunub.
Ümumiyyətlə, ölkə əhalisində İran İslam İnqilab Məhkəməsinə qarşı açıq olmasa da, daxili bir inamsızlıq var. Buna səbəb isə 1979-cu ilin fevral inqilabından sonra Tehran hakimiyyətinin məhkəmə adı altında keçirilən qapalı və bir sıra hallarda gizli proseslərlə müxalifəti sıradan çıxarması, həbs etdiyi siyasi məhbusları məhkəməsiz edam etməsidir.
Hüquq müdafiəçiləri qətlə yetirilmişlərin ailələri ilə birlikdə 1980-ci ildən bu günədək İran həbsxanalarında öldürülmüş müxalif düşüncəlilərin adsız məzarlarını ziyarət ediblər. Çünki Tehran belə məhbusları "lənətlənmiş" sayaraq, onları adsız məzarlıqlarda basdırırdı. Ailə üzvlərinə onların məzarlarının tanınması üçün başdaşının qoyulmasına icazə vermirdi. Ona görə də ailə üzvləri yaxınlarının basdırıldığı məzarları xüsusi işarələrlə işarələyirdilər.
Qeyd edək ki, 1983-ci ildə bir gün ərzində ölkə həbsxanalarında 15 mindən çox müxalif düşüncəli məhbus edam edilmişdi. Həmin məhbusların öldürülməsindən ötrü atılmış güllənin pulunu da onların ailə üzvlərindən alırdılar. Belə edamları Tehranın "Evin" həbsxanasında, Təbrizin mərkəzi zindanında, Şiraz, Məşhəd, Urmiya, Ərdəbil, Həmədan, Əhvaz, Yəzd, Rəşt və başqa şəhərlərdəki həbsxanada gerçəkləşdirirdilər.
Dünya Azərbaycanlıları Konqresi informasiya mərkəzinin məlumatına görə, anım mərasiminin keçirilməsindən hakimiyyət narahat olub. Bu məqsədlə rejim tədbirdə iştirak etmək istəyən ailələrin başçılarını həbs edərək "Evin" həbsxanasının 209-cu bölməsində yerləşdirib, onlara təzyiq edib və işgəncəyə məruz qoyub.
50 yaşlı Mövsüm Nadiri həmin tədbirin təşkilatçısı kimi Tehranın inqilab məhkəməsinə çağırılıb və 209-cu bölməyə aparılıb. Məlumata görə, o, ailə üzvü Məhəmmədhüseyn Davudabadinin edam olunmasının 19-cu ildönümünü keçirmək istəyərkən ETTELAAT məmurları tərəfindən həbs edilərək ağır işgəncələrə məruz qalıb. 21 gün işgəncəyə məruz qaldıqdan sonra girov qarşılığında zaminə buraxılıb. Qeyd edək ki, M.Davudabadi Xalq Mücahidləri Təşkilatının üzvü kimi 1980-85-ci illərdə həbsdə olub.
Məlumata əsasən, 1979-cu ildən bu günə qədər İran hakimiyyətinə müxalif olan 130 mindən çox siyasi məhbus edam edilib. Bundan başqa edam olunanların çoxu naməlum yerlərdə və kütləvi şəkildə basdırıldığından öldürülən müxalifətçilərin sayını dəqiqləşdirmək mümkün olmayıb.
İyunda 8 qadın və bir kişi zinaya görə daş-qalaq edilərək edam olunub. Bu üsulla ölüm hökmünün icrası Qərb və yerli hüquq müdafiəçilərinin kəskin tənqidinə səbəb olub. İran KİV-in məlumatlarına əsasən, ölkədəki bəzi hüquqçular daş-qalağı "insanlığa yaraşmayan addım" adlandıraraq onun ləğvinə çalışırlar. Vəkil Məryəm Kiyan-Ərsi bununla bağlı bildirib: "Biz çalışırıq ki, İranın məhkəmə sisteminin başçısı ayətulla Seyid Mahmud Haşimi-Şahrudi daş-qalaq hökmünün icrasını dayandırsın. Çünki müştərilərimiz istənilən an bu hökmlə cəzalana bilərlər". Onun həmkarı Məhəmməd Mustafi isə deyib: "Biz bunun insan ləyaqətini alçaltmayan başqa bir hökmlə əvəzlənməsinə cəhd göstəririk". Vəkil daş-qalaqla edam olunacağı gözlənilən 10 nəfərin siyahısını da açıqlayıb.
Tehran isə insan haqlarının tapdanması barədə davamlı surətdə ünvanına deyilənləri təkzib etməkdədir.
Məhbusların saxlanılması şəraiti və onların dindirmə zamanı işgəncəyə məruz qalmasına dair çoxsaylı faktların olduğu da inkaredilməzdir. Bundan başqa İran hakimiyyəti həbsxanalarda beynəlxalq hüquq müdafiəçilərinin müşahidə aparmasını da əngəlləyir.
Bu azmış kimi, İran rejimi həbsxanaların sayını artırmaqla məşğul olur. Özü də bu zaman "bir güllə ilə iki dovşan vurmağa" çalışır. İndi Tehran təcridxanaları tarixi abidələrin ərazisində tikməyə başlayıb. Həm də Azərbaycan türklərinə məxsus tarixi abidələrin ərazisində...
Dünya Azərbaycanlıları Konqresinin yaydığı xəbərə görə, İslam Respublikası rəhbərliyi Güney Azərbaycanın bütün tarixi və mədəni abidələrini məhv etmək məqsədi ilə onların yerləşdiyi ərazilərdə və ya onun ətrafında belə yerlərlə heç bir əlaqəsi olmayan obyektlər tikir. Bu yolla Tehran Azərbaycandakı mədəni irsi məhv etməyə çalışır. Belələrindən biri də Təbrizdəki Ərk qalasıdır.
Mənbənin bildirdiyinə görə, hakimiyyətin təşəbbüsü ilə qalanın ərazisində İran Milli Təhlükəsizlik və İnformasiya Nazirliyinin (ETTELAAT) bir sıra obyektlərinin tikintisinə başlanılıb. DAK qeyd edib ki, Ərkin ərazisində "Bünyade-müssələh" adlı bir qurum da ETTELAAT-ın sərəncamına əsasən fəaliyyət göstərir. Nazirliyin sifarişi ilə qala ərazisində müasir texnikalı yeraltı təcridxanalar tikilir və yaxın aylarda tikinti başa çatdırılacaq. Mənbənin məlumatına görə, obyektin Təbrizin mərkəzində, əhalinin sıx toplaşdığı yerdə tikilməsi yeni təcridxananın həm də sakinlərdə xof yaratması məqsədi daşıyır. Yerli müşahidəçilər deyiblər ki, burada inşa olnunan işgəncə mərkəzinin binası müasir texnologiyalarla təchiz edilib və şəhərin bir neçə yerindən təcridxanaya giriş var.
"Ayna"nın ötən saylarından birində Ərk barədə bildirmişdik ki, Təbrizdəki bu qala Azərbaycan türklərinin istibdad və müstəmləkəçiliyə qarşı müqavimət simvoludur. İrandakı "Mədain sarayı"na ("Mədain xərabələri") bərabər tutulan Ərk qalası (Əlişah qalası) Elxani hökmdarı Sultan Xudabəndi və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi əsasında hicri-qəməri tarixi ilə 716-724-cü illərdə (1338-1345-ci illərdə) tikilib. Qacarlar dövrünə qədər bu tarixi binadan dövlət əhəmiyyətli hərbi obyekt, qəsr kimi istifadə edilib. Məşrutə hərəkatı dönəmində isə Səttarxan, Bağırxan və Təbrizin başqa mücahidlərinin əsas bazalarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumu zamanı xəsarət alıb.
1979-cu ilin fevralından sonra inqilabın ilk illərində bu qala "şahdan qalma" abidə sayılaraq dağıdılmaq təhlükəsi ilə üz-üzə qalıb. Amma o illərdə Təbrizin əhalisi orada məscid mehrabı olduğunu əsas göstərərək abidəni dağıdılmaqdan qoruyub. Lakin bu da türkün bu möhtəşəm tarixi irsini dağıdılmaq təhlükəsindən tam qoruya bilməyib. Bir müddət sonra Tehran hakimiyyəti Ərk qalasının qonşuluğunda yerləşən Təbriz Milli Kitabxanasının və tayı-bərabəri olmayan "Balabağ" teatr binalarını dağıtmaqla kütləvi namaz qılmaq üçün meydan tikməyə başladı. Təbrizin o vaxtkı imam cüməsi ayətulla Mədəni bu sayaq özbaşınalığı əsas götürərək Ərkin divarlarının partladılması barədə Tehrandan gələn əmri yerinə yetirdi. Bununla da illərin təbii fəlakətlərinə və çar Rusiyasının işğalçı hücumlarına dözən Ərk qalasına İslam Respublikasının yürütdüyü şovinist davranış ciddi zərbə vurdu. Halbuki kütləvi namaz qılmaqdan ötrü şəhərin başqa ərazisində də yer tikmək mümkün idi.
Ayətulla Mədənidən sonra ayətulla Müslüm Mələkquti Təbrizə imam cümə təyin edildi. O da sələfinin işini davam etdirdi. Ərkin tamamilə yer üzündən silinməsi üçün növbə indi də şəhərin imam cüməsi ayətulla Müctəhid Şəbüstəriyə çatıb. Onu da qeyd etmək lazımdır ki, qalanın dağıdılması işi İranın "Quruculuq işləri üzrə cihad təşkilatı"na tapşırılıb.
Hazırda Ərkin bütünlükdə məhv edilməsi üçün plan hazırlanıb. Onun yerində ibadət üçün ərazi ilə yanaşı, çoxmərtəbəli yeraltı avtomobil dayanacağı (uzunluğu 420, eni 18 metr olan və 600 avtomobil tutan sahə) tikmək nəzərdə tutulub.

ayna

Hiç yorum yok: