azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

6 Ağustos 2008 Çarşamba

İRAN NÜVƏ MƏSƏLƏSİ İLƏ BAĞLI ALTILIQ ÖLKƏLƏRİNİN TƏKLİFİNƏ TAM CAVAB VERMƏYİB

İRAN NÜVƏ MƏSƏLƏSİ İLƏ BAĞLI ALTILIQ ÖLKƏLƏRİNİN TƏKLİFİNƏ TAM CAVAB VERMƏYİB

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana bildirib ki, İran atom proqramı ətrafında olan böhranı aradan qaldırmaq üçün Altılığın irəli sürdüyü təşəbbüsə yazılı savab təqdim etməyib. Qurumun nümayəndəsi həmçinin İranın Brüsseldəki səfiri tərəfindən ona təqdim olunan qısa məktubda rəsmi Tehranın nüvə məsədəsi ətrafında olan danışıqların vəziyyəti barədə yalnız ümumi fikirlərin yer aldığını açıqlayıb. Məktubun məzmununu dumanlı adlandıran diplomat bunun İranın nüvə probleminin həlli ilə bağlı qərbin təşəbbüsünə cavab olmadığını bildirib. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, Almaniya, Fransa və Böyük Britaniyanın daxil olduğu Altılıq İranın tez bir zamanda uranın zənginləşdirilməsini dayandıracağı təqdirdə rəsmi Tehrana iqtisadi sahədə əlaqələrin nizama salınması və energetikanın inkişafına kömək, nüvə tullantılarını istifadəsi və Atom Elektrik Stansiyasının tikilməsi və BMT tərəfindən tətbiq edilən bəzi iqtisadi sanksiyaların aradan qaldırılması ilə bağlı təkliflər paketi təqdim etmişdi. Xavyer Solana Tehrandan alınan məktubu müzakirə etmək üçün Altılıq ölkələri nümayəndələrinin bir araya gələcəyini də bildirib. Xatırladaq ki, Altılığın nümayəndəsi Xavyer Solanayla İranın Milli təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlili arasındakı son telefon danışıqlarında da konkret nəticə əldə olunmayıb. Lakin buna baxmayraq Altılıq İranla dialoqu davam etdirməkdə niyyətindədir. Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının dövlət departamentinin nümayəndəsi Qonsalo Qalelqos rəsmi Tehranın altılığın nüvə problemi barədə təklifinə aydın cavab verməyəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq edib. İran tərəfi isə Birləşmiş Ştatların bu xəbərdarlığının nüvə probleminin həllinə heç bir köməklik göstərməyəcəyini bəyan edib. /İctimai TV/

Hiç yorum yok: