İran Qərbin həvəsləndirici paketini cavabsiz qoyub
ABŞ Dövlət Departamenti bildirir ki, İran Qərbin həvəsləndirici paketinə aydın cavab vermədiyinə görə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya bu gün telefon vasitəsi ilə danışıqlar aparacaqlar.
İran Avropa Birliyindən həmin paketə dair əlavə açıqlamalar istəyib. Amerika, Britaniya və Fransa xəbərdarlıq ediblər ki, İran onların təkliflərinə müsbət cavab verməsə, bu ölkəyə qarşı əlavə sanksiyalar yeridiləcək.
İrana Qərbin həvəsləndirici paketinə cavab vermək üçün avqustun 6-na qədər vaxt verilmişdir.
Ağ Ev isə bildirib ki, İran nüvə proqramının dayandılması müqabilində ona ediləcək güzəştlər təklifinə cavab vermədiyi üçün Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri İrana qarşı cərimə tədbirləri görəcəklər.
Ağ Evin sözçüsü Dana Perino bildirib ki, iranlılar məsələni uzadırlar.
ABŞ dövlət Departamenti bildirib ki, Tehranın Avropa Birliyinə göndərdiyi cavab aydın mesaj vermir, ona görə də «əlavə tədbirlər» qaçılmazdır. İran Avropa Birliyindən güzəştlər paketinə dair əlavə açıqlamalar istəyib (BBC).
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder