azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

6 Ağustos 2008 Çarşamba

"Azadlıq" radiosunun həbs olunan Güney Azərbaycan öyrəncilərinin ailələrilə müsahibəsi

"Azadlıq" radiosunun həbs olunan Güney Azərbaycan öyrəncilərinin ailələrilə müsahibəsi

Azadlıq radisounun müxbiri Xədicə İsmayılova Güney Azərbaycanın Təbriz şəhərində 5 universitet tələbəsinin həbs olunması ilə əlaqədar məhbusların ailələrilə müsahibə götürmüşdür.

Iyulun 17-də Təbriz Universitetinin qarşısında həbs olunan 5 tələbəyə qarşı hansı ittihamların irəli sürüldüyü bəlli deyil. Təbriz Universitetinin mexanika fakültəsinin magistraturasında son imtahandan çıxan Səccad Radmehr hüquq fakültəsinin tələbələri Fəraz Zehtab və Aydın Xaceyi, eləcə də Daryuş və Şahrux Hatəmi qardaşlarının qohumları ilə görüşlərinə də icazə verilməyib. Aydın Xaceyinin ailəsi onun harada saxlandığını ETTELAAT-ın Təbrizdəki təcridxanasından məhbuslar üçün paltar gətirmələri xahiş olunandan sonra öyrənib.

– Mənim qardaşımı ETTELAAT oğurlayıb, özbaşına oğurlayıblar. Heç bir sənəddə göstərməyiblər, gəldilər evimizə, tökülüb hər yeri axtardılar, amma heç nə əldə edə bilmədilər. Əsli Kərəm nağılı, İran türklərinin tarixi kitabını götürdülər, bizə də başqa məlumat verməyiblər ki, nə üçün tutublar, niyə tutublar, neçə gün qalmalıdırlar?. Məhbusun qardaşı Ramin Xaceyi deyir ki, həbsə səbəb Aydın bəyin milli hüquqlar uğrunda mübarizə aparmasıdır. Burada hər kəs “Yaşasın Azərbaycan” desə və ya “Yaşasın mənim dilim” desə və yaxud sadəcə “Mən türkəm, türkü yazmalıyam, türkü oxumalıyam” desə onu həbs edirlər, həbsxanalara salırlar və ağır işgəncələrə məruz qoyurlar. Bizim Aydın bəydə onlardan biridir. Ramin Xaceyinin sözlərinə görə onun qardaşı bundan əvvəl milli hüquqlar uğrunda mübarizəsinə görə 2 semester tədrisdən məhrum edilib. Elə Səccad Radmehr də magistratura işini 6 aylııq qadağadan sonra müdafiə edə bilib. Səccad Radmehrin təhsil hüququnun pozulması ilə bağlı Güney Azərbaycandakı universitetlərdə imza kompaniyası başlanmış, tələbənin özü və dostları onun imtahana buraxılması tələbi ilə bir neçə gün aclıq aksiyası keçirmişdir. Geniş miqyaslı kompaniya nəticəsində universitetin rəhbərliyi Səccad Radmehrin buraxılış imtahanına və müdafiəyə girməsinə icazə vermişdir. Lakin tələbənin sevinci elə müdafiədən həbsə qədər bir neçə dəqiqə sürmüşdür. Ramin Xaceyi deyir ki, qardaşının və dostlarının təhsildə olan problemləri də elə Azərbaycan mədəniyyətini təbliğ edən dərnəklərdə üzvülüklə bağlı olub.

Səccad Radmehr 2006-cı ilin may hadisələrindən sonra tələbələrə qarşı təzyiqlərin artdığını deyir. Ilahə Radmehrdə, Ramin Xaceyidə deyirlər ki, həbs olunan gənclərin heç bir günahı yoxdur.

Ilahə Radmehr: – qardaşımgil heç bir haqqı nahaq etməyib, heç bir cızıqdan çıxmayıb, heç bir yanlış iş görməyib, hər halda çıxacaqlar onlarda. Biz onlara da inanırıq, inandıqlarına da. Əslində bu hakimiyyət heç bizə millət gözündə baxmırlar. Bunlar bizim 35 milyon Azərbaycan türkünün dilini yerli-dibli danırlar. Deyirlər sizin diliniz pəhləvi dilindən gəlmişdir. Haqqınız yoxdur deyəsiniz mənim dilim var. Hər kimsə istəsə də bunun qarşısında dayansın, bunlar onu öz gücləri ilə aradan götürməyə çalışırlar. Bu günə qədər bu yolda çoxlarını öldürüblər. Bir neçə həftə bundan əvvəl Aydın bəyin yoldaşlarından biri Fərhad Möhsüninin ölüsünü “Elgölü”dən tapdıq. Onu da ETTELAAT oğurlamışdır. Daha öncə həbs olunmuş milli hüquqlar uğrunda fəaliyyət göstərən Fərhad Möhsüninin bir neçə həftə öncə ölüsünün tapılmasını xatırladan cənab Xaceyi deyir ki, qardaşının başına bir iş gələrsə nə edəcəklərini bilmirlər. Bəşər hüququ ayaq altında tapdanır burada, ona görə də dəqiq bilinmir, bunlar bir şey edəcək Aydıngilə ya yox! Amma bir dəfə zəng edilib evə, ondan bilirik ki, diridir, sonra başına nə gələcəyini bilmirik. Anamız çox israr edir ki, heç olmasa oğlumu görüm, bilim ki, diridir. Amma ETTELAAT burada görüşün qadağan olduğunu bildirir.

Ilahə Radmehr qardaşının məqsədi sadəcə insan kimi yaşamaqdır, insaniyyətin bütün qaydalarına uyğun yaşamaq qardaşımın hədəfi, inamıdır.

Hiç yorum yok: