azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

7 Ağustos 2008 Perşembe

Əlifba və Ana Dili

Əlifba və Ana Dili


Millətin və müstəqil dövlətin iki böyük dayağı

Azərbaycanda Əlifba və Ana Dili Gününün ayrıca qeyd edilməsinin mənası böyükdür. Ümummilli lider Heydər Əliyev bu təqvimi müəyyən etməklə tariximizdən və müasir dövlətçilik maraqlarımızdan irəli gələn tələbləri tam nəzərə almışdır. Məsələ ondan ibarətdir ki, əsrlərlə bizim Əlifba və Ana Dilimizə qarşı qəsdlər davam etmişdir. Bu iki amil isə millətin və dövlətin formalaşmasının əsas dayaqlarındandır. Biri yazı mədəniyyətinin mövcudluğunu, digəri isə millətin "özünsiyyət" vasitəsini ifadə edir. Yazı mədəniyyəti millətin tarixi yaddaşını formalaşdırmağın əsas vasitəsidir. "Özünsiyyət" isə toplumu yaradır, onun müstəqilliyini və kültür özgürlüyünü, milli varlığını yetişdirir. Ona görə də bütün müstəqil millətlərin Əlifbası və Dövlət Dili vardır.
Azərbaycanlıların Əlifbasının tarixi qədimlərə gedib çıxır. Minilliklərlə bundan öncə türklərin yazı mədəniyyəti olub. Tapılan Əlifba növləri türklərin hansı dərəcədə yazıdan istifadə etdiyini göstərir. İslamın Azərbaycana yayılması ilə ərəb əlifbası qəbul edildi. Rusiyanın Azəbaycanın bir hissəsini işğalı ilə kiril əlifbası dövrü başladı. Ancaq Şərqdə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti latın qrafikalı əlifbanı qəbul etdi. Bu əlifbadan 1939-cu ilə qədər istifadə olundu. Sonra mədəni inqilab adı altında kiril əlifbasına keçirdilər. Bununla da qədim yazı mədəniyyəti olan bir xalqın əlifbasını dünya tarixi miqyasında qısa zaman kəsimində bir neçə dəfə dəyişdilər. Bunun millətin mənəvi-tarixi özəlliklərinə ciddi zərbəsi oldu. Faktiki olaraq nəsillərarası yazı əlaqəsi kəsildi. Hər yeni nəsil öncəkinin mənəvi tarixini orijinalda dərk edə bilmədi. Tərcümələri də əsasən yadlar edir və ya yad mənbələrdən tarix haqqında məlumat alırdıq.
Müstəqilliyə yenidən qovuşandan sonra latın qrafikalı əlifbaya keçid oldu. Bu qrafikaya keçid həm dünyanın əksər hissəsi ilə ünsiyyətə, həm də türk xalqlarının ortaq yazı mədəniyyətinə yenidən keçidə töhfədir. Türk birliyinin mərkəzi punktlarından biri məhz ortaq əlifba məsələsidir. Dövlət Azərbaycanın mədəni-tarixi irsi ilə hər kəsin tanış olması üçün bu qrafikada əsərləri çap etməyə başlayıb. Prezident İlham Əliyevin bununla bağlı verdiyi sərəncam və göstərişlərin tarixi əhəmiyyəti vardır. Qısa zamanda Azərbaycanın bütün mədəni irsini latın qrafikalı əlifba ilə oxumaq mümkün olacaq. Bununla da yazı ənənəsi və tariximizi obyektiv öyrənmək sahəsində ciddi addım atmış oluruq. Təbii ki, bu günü unutmamaq üçün onu həmişə bayram etməyə dəyər.
Ana dili ilə bağlı məsələ eyni dərəcədə aktualdır. Dövlət dilimizin inkişaf etdirilməsi zamanın qaçılmaz tələbidir. Qloballaşma dövründə bunun mənası daha böyük olur. Çünki dünya dövlətlərinin bir-biri ilə əlaqələrinin geniş miqyas aldığı bir vaxtda ana dilini saxlamaq və inkişaf etdirmək müstəqilliyin təminatçılarından birinə çevrilir. Xüsusilə də Azərbaycan bölgənin lider dövləti kimi bütün sahələrdə sözünü deməlidir. Bu o anlama gəlir ki, bölgədə Azərbaycanın dövlət dilinin statusu daha əhəmiyyətli hala gəlir. Bölgə xalqları getdikcə "Qafqazın fransızca"sında daha çox danışmağa başlayacaqlar. Azərbaycan bölgə üçün təkcə iqtisadi cazibə mərkəzi deyil, həm də mədəni mərkəzdir. Bu vəzifənin öhdəsindən dövlət və toplum olaraq gəlmək üçün mütləq ana dilini inkişaf etdirməli, onun toplumda statusunun daha da möhkəmləndirilməsinə çalışmalıyıq. Bunu isə daha çox cəmiyyətin özü etməlidir. Bir misala baxaq.
Xaricdən gətirilən və Azərbaycanda istehsal edilən məhsulların dövlət dilində markalanması ilə bağlı dövlət ayrıca tədbir görməli olur. Buna ehtiyac hansı səbəbdən yaranıbğ Yəni Azərbaycan vətəndaşı üçün aydın deyilmi ki, müstəqil dövlətdə istehsal olunan və xaricdən gətirilib istehlaka buraxılan malların üzərində yazı bu dövlətin dilində olmalıdır. Bunu anlamaq üçün mütləq fərman lazımdırğ İnsanın öz mənəvi dünyası, tərbiyəsi, bu millətə bağlılığı kifayət etməlidir ki, göstərişsiz-filansız bunu etsinlər. Ancaq burada yaşayıb, bu millətin bütün nemətlərindən istifadə edənlər bu adi həqiqəti nədənsə qəbul etməkdə çətinlik çəkirlər. Bizlər bəzilərindəki bu qüsurların aradan qaldırılması üçün səy göstərməliyik. Necəğ Dilimizi, millətimizi və dövlətimizi daha çox sevdiyimizi əməllərimizdə göstərməklə! Nümunə olmaqla!
Hər bir halda Əlifbamız və Ana Dilimiz həmişə var olacaq. Müstəqil dövlətimizi qorumaq və inkişaf etdirməklə bunu təmin edəcəyimizə heç kəsin şübhəsi olmasın.
Şahin Məhəmmədoğlu

olaylar

Hiç yorum yok: