azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

8 Ağustos 2008 Cuma

Elçi bəy ve Güney Azərbaycan bayrağı

Elçi bəy ve Güney Azərbaycan bayrağı

Aşağıda verilən yazı “Müxtəsər Azərbaycan Tarixi” kitabının 10-11 və 12 səhifələrində “Ön söz” bölümündə dərc olunmuşdur. Kitabın sonunda qeyd edildiyi kimi kitabın təlifi 5/11/1999 tarixində sona çatmışdır. Kitab bu tarixdən sonra çap olunmuşdur. Kitabın uz qabığında çap olunan bayrağın ay və ulduzu qara rəngə boyanmışdır. Ay və ulduzun qara rəngdə olması haqda kitabda lazimincə izah verilmişdir.
Bu bayraq tərhindən rəhmətlik Elçi bəyin xəbəri olmadığını deyənlər və bu zaviyədən müxalifət edənlər var. onlar deyir ki, Elçi bəy Güney Azərbaycan üçün yeni bayraq önərilməsiylə müxalif olmuşdur və o mərhumun sözlərindən bəzi örnəklər də verirlər. Onun sözlərindən verilən örnəklərin hamısı 1999 ilindən öncələrə qayıdır. Örnəyin, qruplarda Elçi bəydən qissa video lent qoymuşlar ki, orada Elçi bəy güney Azərbaycanda yeni bayrağın yaranmadığından söz edır. Bu video lent 1997 iline ayiddir. Aşağıda verilən yazı 1999 tarixinin son günlərində “Müxtəsər Azərbaycan tarixi” kitabında yazılmışdır. Qara ay və ulduzlu tərh ilə müxalifət edənlərin bir qismi Elçi bəyin bununla müxalif olduğunu iddia edirlər!!! Onlar özləri həm də deyirlər ki, Elçi bəy deyilən kitabi oxumuş və onun haqında hətta islahi fikirlər də vermiş və sonra BAB təşkilati nəşriyyati tərəfindən çap ola bilməsini demişdir. Elçi bəy həm də kitabda gələn həmən tərhin haqında soruşmuşdur, və sonra (Bu da bir fikirdir) diyə onun çap olunmasını manəsiz bilmişdir. Elçi bəyin bu məsələ ilə muxalif olduğunu iddia edənlər kitabın çap tarixindən sonra (sənəd və bəlgə) verməlidirlər.
Elçi bəyin kitabın çapından sonra nəzəri dəyişib və Güney Azərbaycana önərilən bayraq ilə müxalifət etsəydi, hətmən bir yerdə çıxış edərdi. Elçi bəyin sözu gedən tərhi ilə müxalifətini deyənlər ağla batan dəlillər verməlidirlər. Bir halda ki mərhum Elçi bəyin bu tərh ilə müxalifətinə heç bir sənəd yoxdur. Sənəd varsa, bunu iddia edənlər yaymalıdırlar ta hami bilsin. Bundan başqa bayraq tərhi yayıldıqdan sonra onun haqında bir çox güneyli və quzeyli soydaşlarımız Elçi bəyə müraciət edərək kitabda gələn bayraq haqda ondan soruşmuşlar və o isə bunu təyid etmişdir. Buna çoxları şahiddirlər. O insanlar milli məsuliyyət hiss edirlərsə çıxış etməli və bü haqda danışmalıdırlar. Bayraq qavramı çox ciddi məsələdir və Elçi bəy Guney Azərbaycana önərilən bayraqla müvafiq olmasaydı BAB tərəfindən yayılan kıtabda gəlməsinə bu rahatlıqla izin verməzdi.
Elçi bəy nədən öncələrdə Güney Azərbaycanda yeni bayraq yaranmayacaq demiş və sonra 1999–da Güney Azərbaycana önərilən bayraq ilə müvafiqət etmişdir? Bunun müxtəlif dəlilləri ola bilər. O cümlədən:
1- Elçi bəy, önərilən ay və ulduzu qara rəngdə olan bayrağı Quzey Azərbaycan bayrağı ilə bir olduğunu bilmişdir. Yəni güney və quzey Azərbaycan birləşəndə güney Azərbaycan bayrağının ay və ulduzunun qara rəngi silinidiyində, onda iki tərəfin bayrağı vahid və bir olacaqdır.
2- Elçi bəyin Güney Azərbaycan bayrağı haqında fikri dəyişə də bilərdi. Zaman içində siyasi olayların gəlişməsi ilə insanların fikri və siyasi təhlili dəyişə bilər. Bu olduqca təbiidir və siyasi olaylari görə görə zamana uyğun və ona gərəkən təsmimlər tuta bilməyənlər beyni daş fanatlardır.
Bayraq tərhi haqında Elçi bəyin adını bu qədər çəkməlkə ona qutsallıq vermək istəyində deyiləm. Yalnız son zamanlarda bu məsələ gündəmə gəldiyi için fikirlərimi yazmaq istədim.
Başqa bir sual!
Niyə keçən illərdə BAB təşkilatında olan bəziləri bu gün deyilən tərhin BAB-a bağlı olduğunu danırlar? nədən Elçi bəyin bu tərhi qəbul etmədiyini deyirlər?
BAB təşkilatında məsul şəxslər kimi çalışanlar Güney Azərbaycan bayraq tərhinin kitabda gəldiyini hər hansı nədənə görə zərərli və xətərli görürdülərsə elə kitab çap olmadan öncə Elçi bəyə deyərdilər!! Bu işin yalnış olduğunu açıqlayardılar! Və ya sonralar BAB adına rəsmi bəyanat yayımlayardılar! Ama bu işlərin heç birisi olmamışdır! Deyilən kitab Güney Azərbaycanda əldən – ələ gəzib oxunmuş və minlər sayıda copi olunmuşdur və zaman içində kitabın içində gedən bayraq tərhi BAB-a bağlanmışdır.
Elçi bəy 2000 ilində dünyasını dəyişdikdən sonra BAB təşkilatının içində bir çox zəflər yaranmışdır. Bu zəflərdən birisi təşkilatın içində üzvlərin bir biriylə riqabətə geçməsi olmuşdur. Bəzi nədənlər üzündən və mənəm mənəmliklərin çoxalması nədəni ilə az zaman daxilində BAB təşkilatı əprimiş və dağılmışdır. Bu gün isə şəxsi məsələlərlə bağlı həmən mənfi riqabətlər deyilən bayraq tərhi üzərində özünü nümayiş etdirməkdədır. Güney Azərbaycan milli hərəkətinin birliyini arzu edən hər millətçi, şəxsi davalardan uzaq durub və yalnız Azərbaycanı və onun heysiyyetini düşünməlidir. Şəxsi münasibətlərlə çıxış edənlər və öz şəxsi maraqlarını Azərbaycan milli hərəkətinə daxıl edənlər bu işlərin zərər verici olduğunu başa düşüb bölgəmizdə siyasi olayların nə qədər həssaslaşdığını görüb və milli birliyin yaranmasina təlaş etməlidirlər.
Aşağıda gələn yazı Güney Azərbaycan bayrağı önərisini açıqlamaqdadır. Dediyimiz kimi bu sətirlər “Müxtəsər Azərbaycan tarixi” kitabında gəlmişdir və bunlari rəhmətlik Elçi bəy oxuduqdan sonra kitabın BAB təşkilatı tərəfindən çab oluna bilməsinə izin vermişdir. Bu sətirlər kitabın ön sözündə gəlmişdir.
“Biraz da kitabın üz qabındakı bayraqdan söhbət açmaq istəyirəm. Bugün şükür allaha ki, torpaqlarımızın şimal hissəsində bərpa olmuş dövlətimiz öz bayrağı altında azad yaşayır. Məlumdur ki, bayrağımızdakı mavi rəng Türkləşməni, qırmızı rəng müasirləşməni və yaşıl rəng də islamlaşmanı təmsil edir. Türkləşmək, Müasirləşmək, islamlaşmaq prinsiplərini Əli bəy Hüsenzadə Turan ortaya atmış və Türkiyənin məşhur sosioloqu (ictimaiyyatçı) Ziya Göyalp sistemləşdirmiş və Məmməd Əmin Rəsulzadə də həyata keçirmişdir. Qırmızı hissənin ortasında hilal şəklindəki ay azadlığın timsalıdır. Onun qarşısındakı səkkiz guşəli ulduz isə Türk millətinin dövlət anlayışı ilə bağlıdır. Türkün dövlət anlayışında dörd əsas yön (cəhət), dörd də ara yön vardır. Bu yön anlayışı da türkün cəhan hakimiyyəti ideyasi ilə səsləşir. Tarixlər boyu yaratdığımız 16 imperiya və qurduğumuz yuzlərlə dövlət də bizim hakimiyyət anlayışımız barədə kifayət qədər şuur yaradır. Bir sözlə türk millətini Allah yaradıb ki, cəhanda hakim olsun və onun ilahi ədalətini yer üzündə bərqərar etsin.
Türklərin əfsanəvi sərkərdəsi və dövlət xadimi, Hun imperiyasının xaqanı Mətə (Oğuz Xan) ətrafdakı Türk tayfalarını özünə tabe edib qayıtdıqda demiş: yay çəkən tayfaları birləşdirdim, hamısı Hun oldular. Bundan sonra göy çadırımız, günəş tuğumuz (bir növ bayraq) olsun.
Orxun – Yenisey abidələrində Bilgə Xaqan abidəsinin şimal üzündə isə belə deyilir: yuxarıda tanrı, aşağıda yer buyurduğu üçün, millətimi gözünün görmədiyi, qulağının eşitmədiyi yerlərsə, irəlidə (Şərq) gündoğana, bəridə (Güney) gün ortasına, geridə (qərb) günbatana, yuxarıda (şimal) gecə ortasına kimi apardım.
Yenə Kül – Tigin abidəsinin gündoğan üzündə deyilir: üstdə mavi göy üzü, altda qara yer yaradıldıqda, ikisinin arasında insan oğulları yaradılıb. Insan oğullarının üstünə də babalarım Bumin Xaqan ilə Istəmi Xaqan hökmdar olub, taxtda əyləşiblər. Taxtda oturub Türk xalqının dövlətini və qanunlarını nizama – qaydaya salıblar. Dörd bucaq düşmən ımış. Ordular yeridib dörd bucaqdakı xalqları basıb hamısını özlərinə müti qılıblar. Başlılara baş əydiriblər, dizlilərə diz çökdürüblər.
Bu cür ifadələrlə dolu nümünələrdən yüzlərləsini, minlərləsini tariximizdən götürüb təqdim edə bilərik, lakin bu üçüylə kifayətlənirik. Hər üç sənəddə irəli sürülən fikirdə, Türk millətinin Tanrının əsgəri olması nişan verilir. Bu şuur Türk millətini tarix boyu həm bəlalarla üzləşdirib, həm də onu əbədi və məğlub edilməz qılıb, qoruyub-saxlayıb, tarixin hər cürə sınağından uğurla çıxartmışdır. Türk dünyasının Böyük rəhbəri Müstəfa Kəmal Atatürk, “Nə mutlu Türküm diyənə”, yəni (Türkəm deyən xoşbəxtdir) şəklindəki sözüylə də, həmin şuuru Türklərin beyninə hək etmək fikrini güdmürmü?
Bayrağımızdaki ay və ulduzun ağ rəngdə olması da təsadüfi deyildir. Ağ rəng, bizim ən qədim inamımıza əsasən ululuq, ədalət və güclülüyün rəmzidir. O həm də paklığın və hökmranlığın simvoludur. Qaraxanlı dövlət xadımı Balasaqunlu Yusif Xas Hacib, “Kutadqu Bilig” adlı əsərində deyir: qara, qul (xalq, təbəə, rəiyyət) rəngidir, hökmdar ağ olar. Ağla qara bir – birindən nə cür asan seçilərsə, hökmdar da onun kimi üstün vəsflərlə, ərdəmlərlə asan şəkildə xalqdan fərqlənməlidir.
Burda yeri gəlmişkən deməliyəm ki, Orxun – Yenisey abidələrində işlədilən “qara bodun”, dilimizdə indi də həmişə işlətdiyimiz “qara camaat” sözləri, “qara” rəngin xalqı təmsil etdiyini sübüt edir.
Kitabın üz qabında çap olunmuş bayrağın ay və ulduzu qara rəngə boyanmışdır. Əlbəttə Azərbaycanın şimal tərəfinin bayrağı eynilə cənub tərəfin də bayrağıdır. Ancaq orda bizim istiqlalımız, hökmranlığımız və ədalətimiz Fars əsarəti altındadır. Ona görə də Güney Azərbaycanın əsarətinə işarə edilərək bir yas əlaməti kimi bayrağımızın ay və ulduzu qaraya boyanıbdır. Bizim fikrimizcə, Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparan və ya bu yolda mübarizə edənlərə qoşula bilmiyən; ancaq ürəyi onlarla birgə döyünənlərin bayrağı yasda olmalıdır. Əlbəttə ki, orda yaşıyan hər Türk bu əsarətdən xilas olmağın yolunu Türkmənçaydan üzü bəri axtarıb, hələ də axtarır. Haçan ki, Güney Azərbaycan öz müstəqilliyinə qovuşdu, o vaxt bayrağımızdakı yas əlaməti olan qara götürüləcək, ay və ulduzumuz öz azadlığına qovuşacaqdır. Bundan, yəni işlədilən “əsarət” ifadəsindən xoşu gəlməyənlərə də bir cüt sözüm vardır:
Biz, dünyanı lərzəyə gətirmiş, ilahi haq və ədalət uğrunda bürclər dağıdıb, xanımanlar yıxmışıq; məzlumların göz yaşını rəvan edənlərin anasını ağlar qoymuşuq. Biz, dünyanın ən nəcib, ən alicənab, ən qudrətli və mütərəqqi millətiyik. Zalimlərin qənimi, məzlumların dostuyuq, arxasıyıq. Səttar Xanın, Şeyx Məhəmməd Xiyabaninin, Əmoğlunun, Behrənginin, Zehtabinin qəbirləri düşmən tapdağındadır. Dilinə qandal vurulmuş, qeyrəti tapdaq olmuş, milli kimliyi danılmış, milli mədəniyyəti təhqir olunmuş, adi “Türkə {…} olmuş əsir deyildirsə bəs nədir?! Bu təhqirə dözənlər və ya onu udan qarın qulları bizdən deyildir…!
Türk adlanan və tanrı tərəfindən özünə ordu yaradılan bu millətə mənsub olduğumdan iftixar hissi duyub, allahıma da nəhayətsiz dərəcədə şükr edirəm..
Güney Azərbaycanın azadlığı yolunda yeriyən mərd oğullara, pak, nəzakətli və kişi dəyanatli qəhraman qızlarımıza eşq olsun…!


Xəzər Güneyli

Hiç yorum yok: