azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

13 Ocak 2009 Salı

İSRAİL ORDUSU QƏZZANI ƏLƏ KEÇİRİR

İSRAİL ORDUSU QƏZZANI ƏLƏ KEÇİRİR
Döyüşlər şəhərin mərkəzində gedir, həlak olanların sayı 1000-ə yaxınlaşır
İran “Həmas”a atəşkəsi qadağan etdi



İsrail ordusunun Qəzza zolağında apardığı əməliyyatların sonuncu fazası başlayıb. Xəbərlərə görə, dünən İsrail ordusu “Həmas” döyüşçülərinin güclü müqavimətinə baxmayaraq, Qəzzanın əhalinin sıx olduğu mərkəzi məhəllələrinə doğru tankların köməyi ilə irəliləyib. “Sky News” telekanlı Qəzza küçələrində İsrail əsgərləri ilə “Həmas” yaraqlıları arasında şiddətli döyüşlərin getdiyini xəbər verirdi. Ehtiyatdan çağırılmış əsgərlərin dəstəyi ilə hücuma keçən İsrail ordusunun gözləmədiyi müqavimətlə üzləşdiyi bildirilir. Xüsusilə ağır döyüşlər şəhərin cənub və şərq hissələrində gedir.
İsrail tərəfi əməliyyatların həftələrlə davam edə biləcəyini istisna etməyib.
İsrail hərbi qaynaqları da Qəzzada ağır döyüşlərin getdiyini təsdiq edib, lakin bildirilir ki, “Həmas” döyüşçülərinin sursat ehtiyatı tükənir və müqavimət zəifləyir. Digər tərəfdən, döyüşlər zamanı “Həmas”ın bir sıra aparıcı komandirləri həlak olub. Bununla belə, Qəzzadan İsrail ərazilərinə raket zərbələri azalsa da davam edir. Xəbər verildiyi kimi, İsrail ordusu bir həftəyə yaxın davam edən bombardmanlardan sonra yanvarın 3-də Qəzza zolağında quru əməliyyatlarına başlayıb. Fələstin tərəfinin məlumatlarına əsasən indiyədək ölənlərin sayı 900-u keçib, onların təqribən üçdə biri azyaşlı uşaqlardır. 4 mindən çox yaralı var. İsrail tərəfdən rəsmi məlumatlara görə, 13 nəfər ölüb, 130-dan çox israilli yaralanıb. İsrail hərbi komandanlığı əməliyyatların sonuncu fazasında “Həmas”ın əsas düşərgələrinin dağıdılmasını qarşıya qoyub. Atəşkəs əldə edilməsi üçün beynəlxalq ictimaiyyətin göstərdiyi səylər isə nəticə vermir. Ötən həftə BMT Təhlükəsizlik Şurasının atəşkəs haqda qəbul etdiyi qətnamənin hər iki tərəfdən rədd edilməsindən sonra Misirin vasitəçiliyi ilə danışıqlar gedir. Misir tərəfi “Həmas”la danışıqlarda irəliləyiş əldə edildiyini bildirir.
Lakin “Həmas” rəhbərliyi elan edib ki, İsraillə hər hansı atəşkəs razılaşmasına getməyə hazırlaşmır. Təşkilatın Misirdə danışıqlar aparan liderlərindən birinin dediyinə görə, atəşkəs haqda danışmazdan əvvəl bir çox detalları aydınlaşdırmaq lazımdır. Mənbə “Həmas”ın Qəzza zolağında beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini qəbul etmədiyini də açıqlayıb. Bundan əlavə, İsraillə atəşkəsə İran da qarşı çıxır. Misirdə İsraillə “Həmas” arasında danışıqlara vasitəçilik edən yerli rəsmilərdən birinin dediyinə görə, İran atəşkəsə gedəcəyi haqda “Həmas”a maliyyə dəstəyini kəsəcəyi haqda xəbərdarlıq edib. Mənbə deyib ki, “Həmas”ın siyasi bürosunun üzvü Xalid Maşalla görüşmək üçün təcili olaraq Dəməşqə İran parlamentinin spikeri Əli Laricani və Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili gəlib. Onlar “Həmas”ın İsraillə hər hansı razılaşma əldə etməsini qeyri-mümkün sayıblar. Bildirilir ki, Qahirədə “Həmas”la danışıqları Misir kəşfiyyatının rəhbəri Ömər Süleyman aparır.
İran ərəb dövlətlərinin İsrailin hərəkətlərinə qarşı reaksiyasından narazıdır. Çünki Tehranda hesab edirlər ki, ərəb dövlətləri üzdə baş verənlərə etiraz etsələr də gizlində İsrailin hərəkətlərini dəstəkləyirlər. Ən azından belə fakt var ki, Qəzzanı bombalamaq üçün havaya qalxan İsrail təyyarələri Misirin hava sahəsindən də istifadə edir. Ekspertlərə görə, “Həmas” və “Hizbullah” kimi radikal təşkilatların güclənməsi ərəb dövlətlərinə sərf etmir. Çünki bu təşkilatların arxasında İran dəstəyi var, Tehran Fələstin problemindən istifadə edərək Yaxın Şərqdə mövqeyini gücləndirməyə çalışır. Ərəb dövlətləri isə buna qarşıdır. Digər tərəfdən, İranın özü də ehtiyatlı davranır. İndiyədək İran İsrailin hərəkətlərinə bəyanatlarla və mitinqlərlə dəstək verməkdən uzağa gedə bilməyib. Belə görünür ki, Tehran Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatına da savaşdan uzaq durmaq təlimatı verib. Hər fürsətdə İsrailin xəritədən silinəcəyini deyən İran prezidenti Mahmud Əhmədinejad başa düşür ki, baş verənlərə açıq müdaxilə etsə, bölgədəki maraqları təhlükəyə düşə bilər.
Siyasət şöbəsi
musavat

Hiç yorum yok: