azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

12 Ocak 2009 Pazartesi

Milli hökumətin G. Azərbaycanın millətləşmə sürəcindəki yeri - Ali A. Saray

(Diqqət: Azərbaycanda millətləşmək və devlət yaratmağ sürəci min illərdir ötüb. Əslində Azərbaycan istiqlaliyətin işqalçılardan geri almağ üçün savaş aparmaqdadır. Bu sürəcə, yenidən, millətləşmək və devlət yaratmağ kimi yanaşmağ səhv olacaqdır. Bir sıra modern yaxlaşımlar və yeni bir idari systemə millətləşmək adı vermək bəlki Azərbaycan üçün geçərli olmasın, ancaq belə düşüncələrində incələnməsində yarar olacaqdır. Hər haldə, ikiə bölünmüş tarixi millət və devlətin yenidən birləşməsi və coğrafi-siyasi bağımsızlığın geri alması çoslu sahədən incələnməli olacaqdır. Ancaq bilmək lazimdir ki hər bir qalxışa millətləşmək kimi baxmayaraq, onu olduğu kimi dəyərləndirək. Səhv edibdə Azərbaycanı Güney və Quzeyə ayırıb və hər birini fərqli bir millət olaraq tanıtdırmağın batil və təhlükəli bir siyasət olduğuna hamımız inanırık və onun qarşısın almaqda çalışırık. Yetər ki çabaların hamısı Bütöv Azərbaycanın bir daha qurulması yolunda olsun. BayBak çeşitli düşüncələrə sayqılı olduğu haldə, milli özgürlük və Azərbaycan ideasından yana olduğunu bir daha bildirir.)

Milli hökumətin G. Azərbaycanın millətləşmə sürəcindəki yeri - Ali A. Saray

Bilindiyi kimi millətləşmə prosesində, çeşidli toplumsal, siyasal, coğrafi və ekonomik faktorlar rol ifa etmektedir.Etnik mənsubiyət, bəlli bir topraq parşası, feodal sistemin sona ermesi vs. kimi etgənlər millətləşmənin lazim şərtlərindən hesab edilir.

Millətləşmə fərqli etnik xarakterə malik bir kütlə üçün, öz müqəddəratını t`əyin etmə fikrini həyata keçirmənin, başqa bir deyişlə milliyətçiliyin doğuşu ilə başlayan bir prosesdir.Millət etnisitədən fərqli olaraq sonradan gerçəkləşdirilən bir formasyon, organizasyondur.

Məlum olduğu kimi Osmanlı imperyasında kültürel Türkçülük, Avropa,da ortaya çixan Panslavizm ve pangermenizm kimi milliyətçi axımlar təsirində, 19-cu əsrin son rübündən etibarən, siyasi Türkçülük isə Osmanlı İmperyasındaki geyri müsəlman ünsürlərin etnik milliyetçilik ve separatçı hərəkətlərinə qarşı bir reaksiya olaraq ancaq 20-ci əsrin başlarında ortaya çıxmışdır.

Rusya Türklərinə gəldikdə, burada milli şuur, panslavizme və Rus istilasına qarşı bir reaksiya olaraq, milli kimliyi hakim ünsürün təhdidindən qoruma qayğısıyla 1870- ci illərdən etibarən oyanmağa başlamışdır.

Tarixi araşdirmalar Güney Azərbaycanda milli düşüncənin, Qafqasya və İstanbul,dakı fikir axımlarının təsiri nəticəsəndə təşəkkül etdiyini söyləməmizə əsas verir.Fikrimizcə bu iki mərkəz, milli ruhun oyanması prosesində, G.Azərbaycanın ilham qaynağı olmuşdur.

Məşrutiyyət Hərəkətləri

G.Azerbaycanda millətləşmə sürəci Azərbaycan Məşrutiyət inqilabı ilə başlamışdır. Azərbaycanda 1907 dən etibaren başlayan məşrutə hərəkəti, burada millətləşmə prosesinində bir mənada başlanğıcı olaraq qiymətləndirilməlidir.

Bilindiyi kimi məşrutə hərəkti gənəl olaraq sosyal reform, huquq ve anayasal düzən kimi prinsiplər əsasında mərkəzləşmiş bir hərəkət olmuşdur. Bu dönəmdəki mubarizə, mahiyyət etibariylə milliyyətçilik əsasinda formalaşmış bir hərəkət deyildi. Ancaq məşrutəçilərin Təbrizdən Tehrana göndərdikləri məktublarda, “Azərbaycan Milləti” ifadəsinin yer alması ve məşrutiyət anayasasının onaylanmadığı təqdirdə Azərbaycanı İrandan ayıracaqları təhdidi1 kimi faktlar, bu dönəm Azərbaycanında, artıq vətən şuurunun qisməndə olsa formalaşdığını göstərməkdədir.Yenədə Azərbaycanlıların israrı üzərinə məşrutiyət anayasasına əlavə edilən “Eyalətlər və Vilayətlər Əncümənləri”2 yasasıda, bu coğrafyada milli ruhun oyanmağa başladığının bir işarətidir.Hələ 1908-ci ilin iyulundan başlayaraq 10 ay boyunca davam edən Azərbaycanın Tehran ordusuna qarşi apardığı məşrutiyət savaşları bu milli ruhu dahada gücləndirdi. Ancaq bütün bunlarla birlikdə, fikrimizcə bu dönəmdə milli kimlik bilincinin tam olaraq təşəkkül etdiyini söyləmək obyektiv bir iddia olmayacaqdır.Buna görə ki milli kimlik bilincinin təşəkkülü üçün Türklük ruhununda oyanmasına ehtiyac vardi.Bu isə I-ci dünya savaşı ilə mümkün olacaqdı.

G. Azərbaycan, Turkçülük düşüncəsi ile ilk kəz I-ci dünya savaşı sıralarında tanış olmuşdur.Osmanlının savaşa girməsi ve savaşın sonraki səhifələrində Osmanlı ordusunun Azərbaycana gəlməsi nəticəsidə bəzi aydınlarımız İttihad ve Tərəqqi mənsublarının Türkçülük düşüncələri ilə tanışmış və onu mənimsəmişdir. Ancak bəzi amillər, o sıradan Osmanlının məğlubiyəti, 1917 rusya inqilabı, İranda güclənən sol hərəkətlər ve daha sonra isə İranda 1925 dəki dövlət çevrilişi ilə farsların hakimiyyəti ələ keçirməsi, o dönəm Azərbaycanında bu məfkurənin, sistemləşmə və yayılma zəmini tapa bilməməsinə səbəb olmuşdur.

Xiyabani Hərəkəti

1920 Xiyanabi hərəkətinə gəldikdə, bu hərəkətdə “əyalətlər və vilayətlər məclisi”nin təsisi kimi məhdudda olsa bəzi milli haqlar tələb edilmişdir.Ancaq bu hərəkət daha çox İngilis müstəmləkəçiliyinə qarşı bir hərəkət olmuşdur.Xiyabani o dövrdə bir fırtına kimi bölgədə əsən sosyalizmin müəyyən dərəcədə təsiri altında qalmışdır. Xiyabani, sosyal demokrat bir aydın olaraq, xarici istilaya qarşıydı.

Gənəlliklə istər məşrutə inqilabı sırasında, istərsədə 1920 Xiyabani hərəkətində, Azərbaycanda etnik milliyetçiliğin oyanmasına uygun şərait mevcud olmamışdır.Bununda çeşidli səbəbləri vardı, ən önəmli səbəb isə, o dönəm İranında Türklərin hakimiyyətdə olduqları və öz milli kimliklərini təhdid altında görmədikləriydi. Bu baxımdan Azərbaycan Türklərinin durumu Osmanlı imperyasındanda, Rusya Türklərindəndə fərqliydi.Azərbaycan Türkü ölkədə özünü məhkum bir ünsür deyildi, qisməndə olsa, hakim ünsür olaraq görməkdəydi.

Ancak 1925 çevrilişi nəticəsində, İran,da pəhləvilərin hakimiyəti ələ keçirməsi ve Azərbaycanın bir anda məhkum bir millət durumuna düşməsi, Azərbaycanda milli şuurun formalaşması üçün lazım olan şərayiti yaratdı. Pəhləvi rejiminin, Fars milliyətçiliyinə əsaslanan politikalarının, Azerbaycanın milli varlığını hədəf alması, kültür, ekonomi vs. alanlarında onu çökərtməyə çalışması, Azərbaycanda milli ruhun oyanmasına gətirib çıxardı. Zatən buna da gərəkli altyapı mövcud idi. Belə bir ortamda isə II-ci dünya savaşı Azərbaycan üçün bu milli şuuru, siyasi alana daşıma fürsətini yaratmış oldu.

Azərbaycan Milli Hökuməti

Milli Hökumətin guruluşu ilə ilk kəz yaxın çağ Azərbaycan tarixində, milli kimlik, ana dil, milli çıxarlar, ayrıca çox önəmli bir məsələ hesab edilən, Azərbaycanın sınırları məsələsi ön plana çıxdı. Milli hökumətin 16 yanvar(ocak) 1946 tarixli manifestosu ilə, bu gün doğu-batı Azərbaycan və Ərdəbil əyalətləri olaraq bildiyimiz coğrafyanin xaricində, Zəncan, Həmədan, Qəzvin ve Ənzəli, Azərbaycan sərhədləri içərisində göstərilmişdir.3

Milli hökumətin quruluşu ilə nazirlər kabinetinin təşkili,Təbriz universitəsi və Təbriz radiosunun təsisi, və Təbrizdə şairlər məclisinin qurulması, Azərbaycan Türkcəsinin rəsmi dil olaraq e`lan edilmesi və oxullardaki dərsliklərin bu dildə hazırlanması fenomenləri, G.Azərbaycanın millətləşməsi sürəcində sonsuz əhəmmiyyətə malikdi.Bununla birlikdə, Onlarca şairin iştirakı ilə qurulan “şairlər məclisi”nin, milli ədəbiyyatımızın təməllərinin yaranmasında önəmli bir yeri olmuşdur. Azərbaycan Demokrat Partiyasının yayın organı olan “Azerbaycan” gəzetinin siyasi, sosyal və ədəbi sahələrdəki onlarca məqaləsi, mətbuat tariximizin ən parlaq səhifələrini meydana gətirmişdi. Beləliklədə Azərbaycan, ilk kəz olaraq, millətləşmənin qaçınılmaz zərurətlərindən sayılan bəzi qurum və quruluşlarını yaratmış və gerçək mənada millətləşmə-dövlətləşmə sürəcinə girmişdir. G.Azərbaycanın ulusalçı Türk ədəbiyatı bu dönəmdən etibarən yaranmaya başlamış və milli şair və ədəbiyatçılarımızın sonrakı quşağı, önəmli dərəcədə bu dönəmin mirasından ilham almışdır.

Bu dönemde 20-ci yüzil tariximizdə ilk kəz olaraq Azərbaycan, öz milli varlığı ve topraqlarını müdafiə uğruna qanlı bir mubarizəyə girişdi, buda muasir Azərbaycan tarixində millət-dövlətləşmənin zirvəyə yüksəldiği bir dönüş nöqtəsi oldu. Ancaq yeri gəlmişkən, ADF,nin teorizə etməyə çalışdığı milliyətçiliklə əlaqədar tənqid edilməsi gərəkən bir məsələnində qeyd edilməsini vacib hesab edirik, o məsələ isə, b`əzi siyasi səbəblərdən dolayı “Türkcə” termininin yerini “Azərbaycan dili” ifadəsinin almasıdır.

4 dekabr (aralıq) 1926 da Tehran ordusu Azərbaycana qarşı hücuma keçdi.Pişevəri bu tarixdən öncə olduğu kimi, sonrada Sovetlərdən Azərbaycana silah verilməsini tələb edirdi, ancaq Moskova,nın siyasəti dəyişmışdi. Pişevəri son günə qədər şah ordusun hucumu durumunda, ona qarşi mubarizə etməkdən yana idi, dolayısıyla Tehran ordusunun tanklarına qarşı qoya bilməsi üçün, son bir çaba olaraq, 11dekabrda (aralıq), Sovetlərdən, 8 top ve bir neçə min yüngül silah tələb etdi. Ancaq yenədə sovetlər tərəfindən mənfi cəvab aldı. Tehran ordusu 12 aralıqda Təbrizi ələ keçirdi.Bu hücumda, 10 minlərlə insan fəc`i şəkildə öldürüldü.Ədalət naziri Firidun İbrahiminin e`dam öncəsi göstərdiyi cəsarət onun əfsanəyə çevrilməsinə yetərli oldu. General Kəbirinin e`dam kürsüsündeki son sözü “…yeni quşaqlarımız ortaya çıxacaq ve bu mubarizəni davam etdirəcək” oldu.Milli ordu subaylarının e`dam sırasındaki son sözləri “ yaşasın Azərbaycanın özgürlüyü” olmuşdur.Bütün bunlar Azərbaycan milli hərəkətinin sonraki mərhələləri üçün bir ilham qaynağına çevrildi.

E`damdan qurtulmaları üçün Q.Azerbaycana qaçan şair, yazar ve aydınlarımız, bu mubarizəni davam etdirdilər bunlar Balaş Azəroğlu, Mədinə Ğülgün,Biriya və Zehtabi kimi şair, ədəbiyatçı – tarixçilər simasında, milli düşüncəni bir sonraki quşağa intiqal etdirdilər, beləliklədə milli hökumət fenomeni və yaratdığı milli edəbiyyat mirası, sonrakı onillərdə milli hərəkətin, yenidən formalaşmasında, önəmli bir rol i`fa etmiş oldu.

Ali A. SARAY

1 -یرواند آبراهامیان ایران بین دو انقلاب-ترجمه احمد گل محمدی-محمد ابراهیم فتاحی –نشر نی ص116
2 -ژانت آفاری- انقلاب مشروطه ایران- ترجمه رضا رضایی تهران 1379 ص129
3 - Söuk Savaşin İlk Çatışması İran Azerbaycanı , C. Hasanlı, Çeviren Ekber N. Necef, İst. 2005, S. 274

Hiç yorum yok: