azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ocak 2009 Cumartesi

KXCP uçuruma gedir

KXCP uçuruma gedir


Sədrin avtoritarizmi partiyanın parçalanmasına səbəb olacaq

Rəhbərlik nizamnaməni pozur

Klassik Xalq Cəbhəsi Partiyasında yaranmış böhran dərinləşir. Sədrlə Ali Məclisin sədri arasındakı qarşıdurma günü-gündən böyüyür. Qeyd edək ki, tərəflər arasında ziddiyyətlər ötən ilin oktyabrında başlanmışdı. Ali Məclisin sədri Zəlimxan Məmmədli partiyanın əsas müxalifət qüvvələrinə qoşulamasını, idarəetmədə islahatların keçirilməsini, Cəbhənin qeyri-ciddi qüvvələrdən, cırtdan partiyalardan uzaq olmasını, rəhbər strukturların fəalliyyətinin çevik hala gətirilməsini təklif etmiş, təkliflər paketi halında bunun konkret yollarını göstərmişdi. AM sədri tezliklə rəhbərlikdə özünə tərəfdarlar qazanmış, sədrin mövqeləri zəifləmişdi. Sədr müavini Mehriban Vəzir, Yusif Sevdimalı, Aydın Mədətoğlu, İdarə Heyətinin üzvü Zahir Əlisoy, İsmayıl Məmmədov mətbuata açıqlamalarında KXCP sədrinin siyasətinin yanlış olduğunu göstərmiş, islahatların vacib olduğunu bildirmişdilər. Gözlənilirdi ki, partiyada və cəmiyyətdə böyük nüfuza malik ziyalıların təlkifləri nəzərə alınacaq, sədr islahatlara məcbur olacaq. Amma əksinə oldu. Partiyanı böhrandan çıxarmaq niyyətilə səslənmiş ağıllı, rasional təkliflərə sədr qaragüruh təmsilçiləri: siyasi təcrübəsi olmayan Elman Bayraqdar və Bəybala Əbilin dililə cavab verdi. Noyabr ayında bu məsələ, təkliflər və qaragüruhun fəalliyyəti sonuncu dəfə İdarə Heyətinin iclasına çıxarıldı. Gözlənildiyi kimi iclasda sədrin mövqeyi tənqid olundu, ona təkliflərlə razılaşmaq tövsüyyə edildi. Amma İdarə Heyətindəki məğlubiyyət də KXCP sədrini ayıltmadı. Bu gedişlə növbəti qurultayda demokratik seçkilərdə Zəlimxan Məmmədliyə uduzacağını anlayan sədr qara piarı davam etdirdi. KXCP-dəki mənbəmiz bununla bağlı maraqlı faktlar açıqlayır. Mənbə bildirir ki, sədrin çaşqınlığı, qəzəbi o həddə çatıb ki, özü də bilmədən artıq Nizamnaməyə zidd hərəkətlərə yol verir: "Ali Məclisin bloklara qoşulmamaq haqqında qərarı ola-ola sədr sırf narazılara inad DUİ-ni genişləndirdi, blok olduğunu bəyan etdi, Xalq Cəbhəsini daim dağıtmağa çalışmış Pənah Hüseynlə müttəfiq oldu. Noyabr iclasında Zəlimxan bəyə məğlub olandan sonra İdarə Heyətinin iclasları çağırılmır. Partiya ilə bağlı mühüm qərarları artıq avtoritarizmə meyylənmiş sədr özü çıxarır. İnanın ki, əgər Ədliyyə Nazirliyi araşdırma aparasa, nizamnamə pozuntusu ilə bağlı onlarla fakt üzə çıxar və partiyanın qeydiyyatı ləğv edilər".


Mirəlioğlu parçalanmaya rəvac verdi

Ağıllı təklifləri nəzər alıb idarəetmədə yeniliklər etməkdənsə, sədr dar düşüncəli ətrafının təkidilə parçalanmaya rəvac verib. İki həftədir ki, idarəetmə və siyasi kursla bağlı tənqidi fikirlər səsləndirən funksionerlərin fəalliyyəti təftiş edilir. "MNTK dura-dura funksionerlərin fəalliyyətini təşkilat məsələləri üzrə müavin təftiş edir. Halbuki onun buna səlahiyyəti yoxdur. Məndə olan məlumata görə, nizamnamədən xəbəri olan partiya funksionerləri bunu sədrin diqqətinə çatdırıblar. Amma o, "burada rəhbər mənəm, mən deyən olacaq" deyərək təftişin davam etdirilməsini əmr edib. İş o yerə çatıb ki, sədrin yaxın adamlarından biri sayılan təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu da "təftiş ediriksə, bunu nizamnaməyə uyğun edək" deyə iradını bildirib. Amma onun idarı da qulaqradına vurulub. Ancaq təftiş məsələsi sədrin komandasını da parçalayıb. Mənbə məlumat verir ki, narazılara qarşı əvvəlki qəzəb və nifrət yoxdur. Hətta sədr müavini Bəybala Əbil Ali Məclis sədrinin açıqlamalarını təftiş etməyə sonda razılıq verib. Sədr bu işin məhz onun tərəfindən görülməsini vacib sayıb: "Sədr hesab edir ki, Ali Məclis sədrinin qarşısına Bəybala Əbili çıxarsa, özü kənarda qalacaq və arbitr rolunu oynayacaq. Amma partiyada artıq onu arbitr sayan yoxdur. Mirmahmud ağanın müvəqqəti olduğunu artıq hamı yəqin edib". Xətai rayon şöbəsinin fəalı, "Bayraq" Milli Dəyərlərin Təbliği Təşkilatının sədri Şahin İsabəyli fevraldan etibarən rayon şöbələrində qurultayla bağlı təbliğata başlayacaqlarını deyib: "Biz 20 ildir ki, Xalq Cəbhəsindəyik. Elçibəyin vaxtında təşkilat tam demokratik idi. Kimsə söylədiyi fikrə görə təftiş olunmurdu. Bəyin özü belə sərt tənqidlərə məruz qalırdı. Amma əsəbləşmir, adamları cəhzalandırmaq fikrinə düşmürdü. Cəbhədə mənim kimi yüzlərlə veteran var, kənara çəkilib partiyanı bunlara tapşırmışıq. Amma indi görürük ki, təşkilatı yanlış yola aparırlar. Biz o vaxt "Yurd"dan ayrılanda öndə Əli Məsimlini, Zəlimxan Məmmədlini, Mirmahmud ağanı, Fazil Qəzənfərolunu gördük, onların ardınca getdik. Bəziləri partiyanı tərk edib getdilər, biz getmədik. Çünki qabaqda Mirmahmud ağa ilə Zəlimxan bəy vardı. Amma indi onları üz-üzə qoymaq istəyirlər. Biz buna qarşıyıq. Sədr olmaq növbəsi Zəlimxan bəyindir. Qurultaya qədər bu istiqamətdə təbliğat aparacaq, qurultayda namizəd irəli sürəcəyik. Kim seçilsə, əlini sıxacaq, onunla işləyəcəyik. Demokratik sistem uğrunda mübarizə aparan KXCP demokratik seçimlərdən qorxmamalıdır. Ağa sədr olmaz, Ali Məclisin sədri olar, nə olar ki". Bu, Şahin İsabəylinin timsalında aşağıların fikridir. Amma belə görünür ki, sədrliyi əldən vermək istəməyən və buna görə nizamnamə pozuntularına belə gedən Mirəlioğlu sonadək KXCP-də demokratiyanın boğulması siyasətini aparacaq.


Sədrin fəalliyyəti təftiş olunmalıdır

Mirəlioğlunun göstərişi ilə Bəybala Əbilin başladığı təftişçilik fəalliyyəti KXCP-də böyük narazılıq doğurub. Zəlimxan Məmmədliyə qarşı əsl "Yurd" metodlarının tətbiq olunmasına etirazlar başlanıb. Yaxın günlərdə MNTK sədr müavininin bu qurumun səlahiyyətlərini mənimsəməkdə suçlayan açıqlama verəcəyi bildirilir. Qeyd edək ki, MNTK üzvü Alı İsmayıl artıq qaragüruhun əleyhinə çıxıb. Komissiya sədrin fəalliyyətinə də nəzər yetirə bilər. Bu sırada Ali Məclisin qərarlarının yerinə yetirilməməsi, İdarə Heyətinin toplantılarının çağırılmaması və funksionerlərin üz-üzə qoyulması məsələləri yer alır. Mənbə bildirir ki, sədrin KXCP-ni parçalanmaya gətirən siyasətinin təftiş olunması da vacib hala gəlib: "Bəybala Əbil onu təftiş etsin ki, niyə partiya bu hala düşüb. Niyə KXCP-nin Qərb təşkilatları yoxdur. Nizami, Yasamal şöbələri mövcud deyil. Bu məsələ birbaşa onun funksiyasına aid olan məsələdir. İki ildir qərargaha gəlməyən sədr müavini Yusif Sevdimalı, İlqar Səldoğlunun fəaliyyəti niyə təftiş olunmurğ Təftiş olunsun ki, niyə sədr partiyanı siyasi qüvvələrdən təcrid edir, qeyri-ciddi siyasətçilərlə müttəfiq edir. Ağıllı təklifləri süngü ilə qarşılayır, İdarə Heyətini tam tərkibdə toplaya bilmir, ziyalaları partiyadan incik salır. Qoy, bu təftiş olunsun. Bəlkə bu adam partiyanı bilərəkdən dağıdır".
Mənbə bildirir ki, sədrin dağıdıcı fəalliyyəti dayandırılmasa, KXCP-nin parçalanması labüd olacaq. Sədr və ətrafı narazıların partiyadan istefa verib sakitcə getməsini arzulasalar da, bu, realalşmayacaq. Partiyanı bu cür görmək isməyənlər, gerçək Elçibəyçi təşkilata çevrilməsin istəyənlər geriçəkilmək niyyətində deyil və qurultayda sədr dəyişikliyi reallaşdırmaq əzmindədirlər.

Aslan
olaylar

Hiç yorum yok: