azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ocak 2009 Cumartesi

TEHRAN MİLLİ HƏRƏKATI BAKIDA ÖNLƏMƏKDƏDİR

TEHRAN MİLLİ HƏRƏKATI BAKIDA ÖNLƏMƏKDƏDİR


Mühacir güneylilərin ölkəmizdə konsert düzənləməsi bu prosesin tərkib hissəsi kimi dəyərləndirilir


S.SƏDRƏDDİN


62 il öncə Azərbaycan Milli Hökuməti Tehran tərəfindən qan içində boğulduqdan bir neçə gün sonra Məhəmmədrza şahın göstərişi əsasında Azərbaycan türkcəsində olan kitablar yandırıldı. Məhəmmədrza şahın bu hərəkətindən təxminən 50 il sonra, 1998-ci ildə Təbrizin imam cüməsi ayətulla Şəbüstəri şəhərin mərkəzində türkcə kitablarla yanaşı, Azərbaycan musiqi alətlərinin yandırılması barədə göstəriş verdi və onun bu fitvası icra olundu.
Bu yaxınlarda baş verənlər mahiyyətcə oxşar, Azərbaycan türkünün milli özünüdərkinə qarşı olsa da, bir qədər dəyişik biçimdə təqdim edilməkdədir. Milli haqqının təmin olunması istiqamətində Azərbaycan türkünün başladığı hərəkata qarşı İslam Respublikası əvvəlki üsullarla mübarizə aparmasa da, dolayı yollardan yararlanmaqdadır.

"HİZBULLAH"çı AZƏRBAYCAN MUSİQİSİNƏ QARŞI

Bu günlərdə "Azadtribun" bir xəbər yayıb. Məlumata görə, "Ənsari-hizbullah"ın (Tehran hakimiyyətinin basqı qrupu) Təbrizdəki məsulu bir bildiriş yayaraq öz həmfikirlərini ayıq-sayıq olmağa çağırıb:
"Son zamanlar Təbrizdə haram musiqinin yayılacağı barədə təəssüfləndirici bir xəbər eşitmişəm. Ürəkağrıdıcı hal odur ki, yerli bülletenlərdən birində bu mənfur işin geniş formada təbliğatına başlayıblar. Bunu eşidəndən sonra özümdən soruşdum: "Ayə, görəsən, Təbrizdə islam dini rəsmi olaraq ləğv edilib? Yoxsa ölkəmizdəki müsəlmanlar ölüb?"
Bir neçə ay öncə ali rəhbərin (ayətulla Xamneyini nəzərdə tutur - S.S.) Təbrizdəki çox hörmətli nümayəndəsi (ayətulla Şəbüstərini nəzərdə tutur - S.S.), yəni imam cüməsi şəhərin icra başçısına mütriblərin bura gəlməsinə etirazını bildirmişdi. Amma bundan nəticə çıxarmaqdansa mətbuatda imam cüməyə qarşı təbliğat aparanda "Hizbullah" susdu. Məgər biz ölmüşük ki, Bakıdan bir neçə mütrib gəlib burada konsert verə, saqqalımıza gülə?!"
Yazıda "Hizbullah" təmsilçisi şiələrin məzhəb inancından yararlanaraq belə bir konsertin, guya, Məhərrəm ayında verilməsinin planlaşdırıldığını bildirməklə Quzey Azərbaycanda islamın olmadığını sübut etməyə səy edir: "Mən öhdəmə düşəni yerinə yetirirəm. Məktubun sonunda bildirirəm ki, öz taleyimizi özümüz həll edək. Taleyimizi siyasi alverçilərin öhdəsinə buraxmayaq. Bizim sükutumuzdan onların yararlanmalarına icazə verməyək. Çoxlu tayfalar, şəhərlər pisliyin qarşısını almaqdan uzaqlaşıblar. Bu səbəbdən də belələri tezliklə Allahın bəlalarına düçar olublar. Allahın dinindən uzaqlaşdığımız üçün çox tezliklə zəlzələnin, şiddətli qıtlığın və bu sayaq bəlaların şahidi olacağıq".
Müraciət müəllifi bu bildirişdə "hizbullah"çılara üz tutaraq onlardan belə konsertləri sükutla qarşılamamalarını istəyir.
Mənbə xatırladır ki, İslam Respublikasının 30 illik təcrübəsinə əsasən bu çağırışın da əsas məqsədinin insanların xurafata, mövhumata uymasına xidmət etdiyini söyləmək olar. Özünü "hizbullah"çı adlandıran bir neçə nəfər zəncir və qəmə ilə konsert verilən salona girərək ora toplaşanları mal və canlarına xəsarət yetirəcəkləri ilə hədələyirlər. İndiyə qədər onların heç biri tutulmayıb, əksinə, bir çox informasiya vasitələrində həmin qrup "həmişə səhnədə olan və İran İslam İnqilabının amaclarını qoruyan xalq" kimi təqdim edilir.

"PANFARSİSTLƏR" BAKIDA KONSERT DÜZƏNLƏYƏCƏK

Bunu Güney Azərbaycandan milli hərəkata yaxın olan soydaşlarımız söyləyir. Çünki onlar tarixdə başımıza gələnlərdən yaxşı xəbərdardırlar. Bundan başqa bir sıra məsələlər özlüyündə də belə nəticə çıxarmağa imkan verir.
Ötən həftə "Baybak" məsələyə dair dəyərləndirmə yayıb. "İllərdir "İran" adlanan ölkənin bütövlüyünü qorumağa çalışan qurumlar və qüvvələrin yandaşı olan Daryuş adlı bir müğənni Quzey Azərbaycanın kütləvi informasiya vasitələrini aldatmağa çalışır. "Azərabadiqan" adlı mahnısı ilə panfarsist, paniranist və antitürklərin yanında olmuş Daryuş İqbali indi də Bakıda konsert vermək arzusuna düşüb. Bu müğənni "Azərbaycanı öz vətənim sayıram" deməklə Quzey Azərbaycan mediasını aldatmağa səy göstərir. Əslində onun və belələrinin fikrincə, Vətən - İran deməkdir. Azərbaycansa "İran" adlanan ölkənin bir rayonudur.
Ququş kimi müğənnilərin hər konsertində türkləri və fars olmayan millətləri aşağılayan lətifələr söylənilir. Belə bir müğənninin ən məşhur dostlarından biri də Daryuşdur. 30 il mühacirətdə yaşayan Daryuş heç bir zaman Azərbaycanın müstəqilliyini dəstəkləməyib, Azərbaycan torpaqlarının işğal edilməsi və s. bu kimi problemlərdən rahatsız olduğunu dilə gətirməyib. Ancaq farsların hər zaman narahat olduqları Araz çayının "o tayı" məsələsindən üzülərək bu çayı İranın "şah damar"ı adlandırıb, Güney Azərbaycanı müstəqil görmək istəyənlərin "başlarının bədənlərindən üzülməsini" arzulayıb.
Yayılmış xəbərlərə görə, Daryuş İqbali 1951-ci il fevralın 4-də Güney Azərbaycanın Miyana şəhərində anadan olub. Özünün dediyi kimi, 25 albom çıxarıb, 250 mahnı oxuyub. İfa etdiyi mahnıların hamısı fars dilindədir. ABŞ, İngilətərə, Almaniya, Yaponiya, Kanada və başqa ölkələrdə verdiyi solo konsertlərdə də farsca oxuyub.
"Çoxdandır Azərbaycan xalq çalğı alətlərinin müşayiəti ilə oxumağı arzulayırdım" deyən bu müğənni Azərbaycanının 18 ildir müstəqil olduğunu yəqin indi bilib.
Bu yaxınlarda 58 yaşı tamam olacaq bir müğənninin indiyə qədər Azərbaycan musiqisindən ibarət bir mahnısının olmaması, birdən ortalığa düşüb türk olduğunu söyləməsi, mahnılarımızı oxumaq istəyi müəyyən şübhələr yaradır.
Bir çoxları parçalanmış millət olmağımız və torpaqlarımızla bağlı məsələlərə həssaslığımızdan yararlanmağa çalışır. Tehran hakimiyyəti bu sayaq məsələləri nəzarətə götürməklə olayları istədiyi məcraya yönəltməyə səy edir. Belə oyunlarda Daryuş İqbali, Vədud Müəzzinzadə kimilər də onların "əllərinə oynayır".
Hələ bir neçə il öncə İranın keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizəsinin qarşısının Quzeydən alınmasını təklif etmişdi. Tehran hakimiyyəti 15 ilə yaxındır bu prinsipə əməl etməkdədir. Quzeylilərin başını əslən Güneydən olan müğənnilərlə, güneylilərin başını isə Azərbaycan türkcəsində mərsiyələrlə qatırlar.
Xatırladaq ki, ötən həftə İslam Respublikasının bəzi saytları ölkənin ali rəhbəri ayətulla Xamneyinin Azərbaycan türkcəsində oxuduğu bir neçə mərsiyənin səsli faylını yayıb.
Azərbaycanın quzeyində milli-azadlıq hərəkatının ilk illərində də millətin hissiyyatından istifadə edərək, quzeylilərin ürəyinə girərək, tanınmış, o vaxtlar mühacirətdə yaşayan güneyli müğənninin səsi sonralar İran hakimiyyəti ilə qoşa səsləndi...
Hələ bir neçə il öncə Vədud Müəzzinzadə adlı bir güneyli soydaşımızın Bakıda rəsm sərgisi açıldı. Konserti təşkil edildi. Başqa sözlə, Güney Azərbaycandan olduğuna, habelə Ərdəbildə yaşadığına görə ona sayğı ilə yanaşıldı. Ancaq ötən ilin payızında onun verdiyi açıqlama "Çörəyimizin duzu yox imiş" və "Öz yuvasına hürən tülkü qotur tutar" atalar sözlərinin yada salınmasına səbəb oldu. Onun dediklərini və verdiyimiz cavabı bir daha yada salmaq istərdik: "Baybak"ın məlumatına görə, Güney Azərbaycanın Ərdəbil şəhərində şiələrin ən sevdiyi müəzzin (azan oxuyan) Səlim Müəzzinzadənin oğlu, Azərbaycan mahnı və muğamının ifaçısı Vədud Müəzzinzadə deyib: "Azərbaycan (Quzey Azərbaycanı nəzərdə tutur - S.S.) bizim azəri musiqilərimizi oğurlayır".
Mənbə bildirib ki, Azərbaycan muğamı tarixi mədəniyyətin başlanğıcında dayanır. Min illər öncə indi İran adlanan ölkədə Azərbaycan musiqiçiləri muğamla sözlərini dilə gətiriblər. "Ancaq fars şovinistlərinin assimilyasiyası nəticəsində öz milli varlığından xəbərsizlər türk musiqisini "İran incəsənəti" adlandırıblar. Onu yaradanlarından, türkün özündən "qorumağa" başlayıblar", - deyə mənbə qeyd edib.
İslam Respublikasının musiqi sahəsi üzrə İranın Şimal-Qərb bölgəsinin başçısı olan Vədud Müəzzinzadə bu iddialarla çıxış edərək Tehran hakimiyyətindən "namərd qonşuların əlini azəri musiqisindən çəkməsini istəyib".
Azərbaycanın quzeyindəki milli musiqi hər iki tərəfdəki bölünmüş bir milətin, Azərbaycan türkünün deyilmi? Dünyanın bir çox millətlərinin muğamı var. Amma heç kimə sirr deyil ki, onların ən zəngini Azərbaycana məxsus muğamdır.
Bölünmüş bir milləti üz-üzə qoymaq üçün dəridən-qabıqdan çıxan Tehran hakimiyyəti vədudları vəzifə və ya dünya malı ilə ələ ala bilsə də, bunun ancaq türk düşmənlərinin ziyanına olacağı kimsəyə sirr deyil.
Vədud Müəzzinzadəyə gəlincə, bir neçə il öncə buraxdığı musiqi albomuna əsasən Quzey Azərbaycan bəstəçilərinin mahnılarını yazdırıb. Bundan başqa Güney Azərbaycanda minlərlə gənc oğlan və qız Azərbaycan musiqisini özününkü bilir. Onlar üçün sərhəd yoxdur. Elə V.Müəzzinzadə də Bakıda konsert verəndə belə deyirdi. Güneyli soydaşlarımız Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, quzeylilər isə Səlimi, Bədircahani, Ehtizami və s. bəstəkarlarımızı özününkü bilmirmi? Səliminin "Ayrılıq"ını ilk dəfə Tehranda Rəşid Behbudov oxuyub. O zaman türk düşmənləri - keçmiş SSRİ və Məhəmmədrza şahın qılıncının qəbzəsi də kəsirdi.ayna

Hiç yorum yok: