azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

16 Ocak 2009 Cuma

İşğalçı ermənilərin "narazılıq" oyunu

İşğalçı ermənilərin "narazılıq" oyunu

Dağlıq Qarabağdakı qondarma rejim və Ermənistan rəhbərliyi arasında ziddiyyətlərin yaranmasıyla bağlı erməni mətbuatında informasiyalar yer almaqdadır. Digər tərəfdən, ötən gün Dağlıq Qarabağdakı terrorçu rejimin sabiq rəhbərlərindən biri olan Manvel Sarqsyan İrəvanda keçirdiyi mətbuat konfransında maraqlı bəyanatlar verib. O deyib ki, "Dağlıq Qarabağ əhalisi" hərbi birləşmələrin təzyiqləri altında əzilməkdədir. Əhalinin alternativ informasiya əldə etmək, həqiqəti bilmək imkanları yoxdur, onlar hərbi qrupların girovuna çevriliblər. Manvel Sarqsyan Dağlıq Qarabağdakı qondarma rejimin nə zamansa münaqişənin tənzimlənməsində tərəf kimi danışıqlara cəlb edilə biləcəyini də mümkünsüz sayır: "Dağlıq Qarabağ nəinki danışıqlarda tərəf deyil, hətta faktor kimi də əhəmiyyətini itirib".

Ramiz Mikayıloğlu

Bütün bunlar da göstərir ki, rəsmi Bakının separatçı rejimin danışıqlar prosesində iştirak etməyəcəyi yönündə qətiyyətli mövqeyi artıq qarşı tərəfdə pessimizmə yol açıb. Eyni zamanda Dağlıq Qarabağdakı separatçı rejim guya rəsmi İrəvanla aralarında ziddiyyətlər olduğunu göstərməklə danışıqlar prosesində "müstəqil tərəf"kimi təmsil olunmaq niyyətini ortaya qoyur. Bütün hallarda bu "ziddiyyətlərin" ermənilərin oyunu olduğu birmənalıdır.
Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdiri Aydın Ağayev deyir ki, konfliktin nizama salınması yönündə ötən dövrdəki mərhələlərin təhlili göstərir ki, bəzən ermənilər ictimai rəyə, mediaya üzərində düşünülməli informasiyalar ötürürlər. Bir sıra hallarda bu, Ermənistandakı rejimin daxili vəziyyətiylə bağlı olur. Bəzi hallarda belə informasiyalar xaricdəki diasporaya hesablanır. İndi də informasiya ötürürlər ki, guya Dağlıq Qarabağdakı qonlarma rejimlə İrəvan arasında müəyyən ziddiyyətlər, anlaşılmazlıqlar var. Məsələlərə daha ciddi yanaşan təhlilçilər belə hallarda baş verənləri ermənilərin oyunu kimi dəyərləndiriblər. Aydın Ağayev də düşünür ki, ermənilər zaman-zaman Qarabağdakı qondarma rejimlə Ermənistanın rəsmi hakimiyyəti arasında ziddiyyətin olması barədə dövriyyəyə informasiyalar atırlar. Analitik İnformasiya şöbəcinin müdiri bildirdi ki, Dağlıq Qarabağdakı guruhun vəziyyəti aydındır. Onlar Azərbaycan ərazisində xarici qüvvələrlə birləşib, Ermənistanın birbaşa iştirakıyla qiyam qaldırıb, azərbaycanlılara qarşı soyqırım törədib, onların yurd-yuvalarından qovublar. Onun sözlərinə görə, münaqişənin nizamlanmasının müəyyən mərhələsində şəraitdən asılı olaraq Azərbaycan ərazisindəki qeyri-azərbaycanlılarla müəyyən münasibətlər qurula bilər. Ancaq indi durum bu reallıqdan çox uzaqdır. Aydın Ağayev hesab edir ki, hələ ki, ermənilərdən Dağlıq Qarabağ münaqişəsinə, yaranmış duruma obyektiv, səmimi münasibət bəsləyənlər yoxdur: "Amma hələ keçən əsrin 90-cı illərində ermənilər arasındakı müəyyən siyasətçilər də tamamilə fərqli mövqe tutmuşdular. Ancaq elə şəxsləri Ermənistandakı indiki hakimiyyət ya siyasətdən uzaqlaşdırıb, ya da sıradan çıxarıb. Bu məqsədlə törədilən əməlləri də biz görmüşük. Ona görə də Ermənistan hakimiyyətiylə Dağlıq Qarabağdakı qondarma rejim arasında ziddiyyətlərin yaranması, Manvel Sarqsyanın səsləndirdiyi fikirlər qurama bir şey ola bilər. Hər halda proseslərin gələcəyini izləyək və görək ki, bu cür ziddiyyət dərinləşirmi?".


İsrail ordusu BMT-nin Qəzzadakı qərargahını bombalayıb

Dünən İsrail ordusu BMT-nin Qəzzadakı mənzil-qərargahını, yerli və xarici jurnalistlərin çalışdığı oteli və bir xəstəxananı bombalayıb. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, dinc sakinlərin gizləndiyi BMT binasının atəşə tutulması nəticəsində təşkilatın 3 əməkdaşı yaralanıb. Bəzi mənbələr binaya 3 fosforlu bombanın atıldığını xəbər veriblər. Jurnalistlərin qaldığı "Əl-Şüruk" otelinin bombalanması nəticəsində isə "Abu Dabi" televiziyasının əməkdaşı yaralanıb. 500 nəfərin müalicə olunduğu xəstəxana binasının vurulmasından sonra xəstəxanada yanğın başlayıb. Ölən və yaralananların olub-olmadığı hələlik bəlli deyil. Hazırda İsraildə olan BMT-nin baş katibi Pan Gi Mun hadisəyə etirazını bildirib. O, Qəzzada insan ölümlərinin dözülməz səviyyədə olduğunu deyib.
Dünənki məlumatlara görə, İsrailin Qəzza zolağında başladığı hərbi əməliyyatlarda öldürülən fələstinlilərin sayı 1066 nəfərə çatıb. Dünən bombardmanlar zamanı uçmuş evin dağıntıları altından 15 nəfərin cəsədi çıxarılıb. Qəzza şəhərinin mərkəzinə doğru irəliləyən İsrail tankının evlərə açdığı atəş nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir. Tankların irəlilədiyi bölgələrdə dinc sakinlər evləri tərk etməyə başlayıb. Bu gecə İsrail aviasiyası "Həmas"a məxsus 70-ə hədəfə zərbə endirib. Zərbələr nəticəsində çoxlu sayda yeraltı tunelin dağıdıldığı bildirilir. Qəzzanın Tel El Hava rayonunda "Həmas" döyüşçülərilə İsrail əsgərləri arasında döyüşlər davam edir. Dünən gecədən etibarən başlayan atışma zamanı 11 İsrail əsgərinin yaralandığı barədə məlumatlar var. HAMAS döyüşçüləri də İsrail ərazisinə raket zərbələri endirməkdə davam edir. Bu gecə İsrail ərazisinə 14 raket atılıb. Bununla da İsrailə endirilən raket zərbələrinin sayı 700-ü keçib.

Müharibə Fələstinə 3 milyard dollar ziyan vurub

İsrailin Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində Fələstinə 3 milyard dollar ziyan dəyib. APA-nın məlumatına görə, bu rəqəmi açıqlayan Fələstinin Rusiyadakı səfiri Afif Safiya tezliklə yaradılacaq keçid hökumətinin ilk növbədə ölkəyə dəyən ziyanın aradan qaldırılması ilə məşğul olmasını vacib sayıb. Onun sözlərinə görə, yeni keçid hökumətinin qarşısında duran ikinci vacib məsələ beynəlxalq nəzarət altında parlament və prezident seçkiləri keçirməkdir. Seçkilərin nəticələrinə görə yeni koalisiya hökuməti qurulacaq.

"Həmas" atəşkəs sazişini imzalamağa razılıq verib

"Həmas" rəhbərliyi Misirin atəşkəs təklifini qəbul edib. APA-nın məlumatına görə, təklif atəşkəs elan olunmasını və Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Məlumatı İspaniyanın xarici işlər naziri Miqel Anhel Moratinos da təsdiqləyib. O bildirib ki, "Həmas" rəhbərliyi yaxın saatlarda öz mövqeyini rəsmi şəkildə açıqlayacaq. Misir rəhbərliyi hazırda İsrailin mövqeyinin açıqlanmasının lazım olduğunu bildirib.

Hiç yorum yok: