azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ocak 2009 Cumartesi

Qafqazda böyük güclərin yeni toqquşma nöqtələri

Qafqazda böyük güclərin yeni toqquşma nöqtələri


Risq ehtimalı daha da artır


Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərdə bir neçə yeni məqam meydana çıxıb. Rusiyanin Gürcüstana təcavüzündən sonra səngimiş bəzi məsələlər aktuallaşıb. Bu prosesin ümumdünya maliyyə böhranı fonunda baş verməsi də məsələyə ayrıca rəng verir. Son proqnozlara görə, maliyyə böhranı daha da dərinləşəcək və dünya üzrə işsizlərin sayı artacaq. Tarixi təcrübə göstərir ki, belə hallarda böyük dövlətlər müxtəlif yerlərdə ixtilaflar törədirlər və vəziyyəti qarışdırırlar ki, öz ölkələrində olan durumu arxa plana keçirsinlər. Bu dəfə məsələ daha qəlizdir. Odur ki, indiyə qədər müşahidə edilməyən fəlakətlərin olması ehtimalı az deyil. Onu da vurğulayaq ki, bu kimi münaqişəli situasiyalardan adətən ABŞ daha çox qazanmış halda çıxır. Onun xeyli dərəcədə fəallaşacağı güman olunur. Həmin aspektdə Cənubi Qafqaz üçün təsirli ola biləcək bir neçə faktordan biri “erməni soyqırımı” məsələsindən siyasi məqsədlər üçün istifadə etməkdir.


Barak Obamanın komandasında “erməni soyqırımı” xəstələri az deyil. Onların içərisində Dövlət katibi Hillari Klinton seçilir. H.Klintonun bu vəzifəyə gəlməsi ilə ermənilər də fəallaşıblar. Onlar “erməni soyqırımı” məsələsini Konqresdə yenidən qaldırmağa ümidləniblər. Müşahidəçilər hesab edirlər ki, bu dəfə həmin məsələ daha ciddi şəkildə ABŞ siyasi dairələrində müzakirə ediləcək. Alınan qərarın dünyada, o cümlədən Cənubi Qafqazda hansı geosiyasi mənzərə yaradacağını təxmin etmək olar.


“Erməni soyqırımı” məsələsi yenidən ciddi şəkildə gündəmə gəlsə, doğurdan da vəziyyət qəlizləşə bilər. Cənubi Qafqaz özlüyündə həssas bölgədir. ABŞ-ın “erməni soyqırımı” ilə bağlı aldığı qərar təhlükəsizlik baxımından olduqca qorxulu tendensiyalara rəvac verər. Birincisi, bölgədə ermənilərin iddiaları yeni səviyyəyə qalxacaq. Onlar qonşu dövlətlərə qarşı haqlı olduqlarına özlərini inandıracaqlar. Bu da özlüyündə təhlükəsizlik və əməkdaşlıq üçün yolları bağlayacaq. O cümlədən, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində yaranan imkanlar puç olacaq. Ermənistan işğal etdiyi torpaqların əzəldən özünə məxsus olduğu fikrinə yeni diplomatik ibarələr əlavə edəcək. İkincisi, Ermənistanın Türkiyəyə qarşı iddiaları yeni səviyyəyə qalxacaq. Yəni onlar artıq torpaq və təzminat tələb etmək kimi addımlar atacaqlar. Bu da bölgədə kifayət qədər həssas məsələlərə rəvac verəcəkdir. Ən əsası isə ermənilərin uydurduğu yalan tarixə qısa müddətə olsa, yaşıl işıq yandıracaqlar. Dünyanın qanunları bunun uzun sürə bilməyəcəyini deyir. Bu o deməkdir kli, uzun müddətə Qafqaz da daxil olmaqla böyük bir məkanda ziddiyyətləri kəskinləşdirirlər. Üçüncüsü, ermənilərin böhtanlarına haqq qazandırmaq ümumiyyətlə, bütün dünyada “soyqırım yarışı” başladacaq. Ortaya o qədər iddialar çıxacaq ki, özlüyündə dünya siyasəti axmaq bir duruma düşəcək. Hər hansı tənzimləmə meyarı tapmaq imkansız hala gələcək. Bu da ABŞ da daxil olmaqla dünya dövlətlərinin təhlükəsizliyində risq faktorunu artırmış olur.


“Erməni soyqırımı” iddialarının yeni səviyyədə təzahür etməsi ilə ABŞ-Gürcüstan strateji müttəfiqliyi və Rusiyanın Ermənistana külli miqdarda silah verməsi məsələləri bölgəni son dərəcə təhlükəli həddə gətirir. Dünya müharibəsinin Qafqazdan başlaması təhlükəsi artır. Bura alternativ enerji marşrutları məsələsini də əlavə etsək, daha dolğun mənzərə alınmış olar. Alternativ enerji məsələsi Xəzərin stasusu problemini aktuallaşdıracaq. Bu da ki, Xəzəryanıda olan bəzi dövlətlər üçün mabahisə mövzusudur. Şübhə yoxdur ki, yuxarıda sadaladığımız problemlər prizmasında Xəzərin statusunu daha çətin bir duruma salacaqlar.


Qafqaz bölgəsi ətrafında geosiyasi durumun bu dərəcədə kəskinləşməsi qorxulu əlamətlərdən xəbər verir. Başqa sözlə, situasiya bütövlükdə həyəcanvericidir. Onun düzəlməsi şərtləri hamıya aydındır. Böyük dövlətlər ambisiyalarından əl çəkib, obyektiv mövqe nümayiş etdirməlidirlər. Reallıqda bunun baş verməsi isə az ehtimallıdır. Ona görə ki, həmin məsələ özlüyündə əsrlərdir formalaşan qərəzli prinsiplərdən qaynaqlanır. Həmin səbəbdən bölgəmizdə siyasi risq faktorunun daha da artdığını proqnazlaşdırmaq olar. Bu tendensiyanın davam etməsinin bölgəni hansı dərəcədə qorxulu bir duruma gətirəcəyini yalnız təsəvvür etmək olar. Hər bir halda isə Qafqazın təhlükəsizliyi məsələsi daha aktual məzmun kəsb edir.


Şahin Məhəmmədoğlu

Hiç yorum yok: