azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Ocak 2009 Çarşamba

“Axıska türk folkloru” kitabı təqdim olundu

“Axıska türk folkloru” kitabı təqdim olundu


Axıska türklərinin “Vətən” cəmiyyəti “Axıska türk folkloru” kitabını ictimaiyyətə təqdim edib.

Lent.az-ın məlumatına görə, kitab Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunub. Layihənin müəllifi Qadın Hüquqlarını Himayə Mərkəzinin rəhbəri Həqiqət Məmmədlidir.

AMEA Folklor İnstitutunun elmi işçiləri Atəş Əhmədli və Qədim Qubadlı da layihənin icrasına cəlb olunublar. Toplanan folklor nümunələrinin bir hissəsi kitabın elmi redaktoru, ön sözün və şərhlərin müəllifi, Slavyan Universitetinin prorektoru, professor Asif Hacılınin zəhməti ilə araya-ərsəyə gəlib. Folklor nümunələrinin 70-80 faizi ilk dəfə işıq üzü görür. Kitab AMEA Folklor İnstitutunun qərarı ilə çap olunub.

Axıska türklərinin “Vətən” cəmiyyəti və Qadın Hüquqlarını Himayə Mərkəzi “Axıska türk folkloru” kitabının ictimaiyyətə təqdimatı ilə bağlı keçirdiyi tədbirə AMEA Folklor İnstitutunun əməkdaşları, ziyalılar, jurnalistlər və vətəndaş cəmiyyətinin üzvləri dəvət olunmuşdu. Axıska türklərinin beynəlxalq “Vətən” cəmiyyətinin sədri Süleyman Babakadze, Azərbaycandakı Axıska türklərinin “Vətən” cəmiyyətinin sədri İbrahim Burhanov, AMEA əməkdaşları Atəş Əhmədli, Qədim Qubadov, Rövşən Əlizadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev və digərləri mövzunun əhəmiyyətindən danışdılar. Folklor bir əsrdə 3 dəfə deportasiya olunduğuna görə yazılı ədəbiyyatı inkişaf etməyən Axıska türklərinin əsas mədəni həyat forması olub. Ona görə bu kitabın Axıska türklərinə gözəl bir hədiyyə olacağı bildirildi.

LENT.AZ

Hiç yorum yok: