azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

12 Ocak 2009 Pazartesi

ABŞ İran siyasətini dəyişdirir

ABŞ İran siyasətini dəyişdirir


Obamadan sürpriz açıqlama: "İran xalqının səylərinə hörmətlə yanaşırıq"

QayNar: ABŞ-ın yeni başçısı Barak Obama İran ilə əlaqədar sürpriz bir açıqlama verib. Qaynar.info-nun xəbərinə görə, Amerikanın ABC televiziyasında Corc Stefanopoulosun təqdim etdiyi "This Week" proqramına qatılan Obama, barış səylərinə dərhal başlamanın əhəmiyyətli olduğunu vurğulayıb.
20 Yanvarda prezidentlik vəzifəsinə başlayacaq Barak Obama, həm İsrail, həm də Fələstin tərəfindən vətəndaşların ölməsini "ürək ağrıdan" fakt olaraq xarakterizə edib: "Açığı, bu fakt, illərdir sürən problemi həll etməyə çalışmaq üçün daha qərarlı olmağıma təsir edir".
Proqramda İran mövzusuna da toxunan Obama hakimiyətinin birinci ilindəncə İran probleminə yeni yanaşma yeni yanaşma ortaya qoyacaqlarını bildirib.
"İran, həll edilməsi lazım olan ən böyük problemlərimizdən biri olacaq" deyən Obama, İranın Hizbullaha verdiyi dəstək və Orta Şərqdə silah yarışını başlada biləcək nüvə silahlanmasından narahatlıq duyduğunu da dilə gətirib. "Biz İran xalqının səylərinə hörmətlə yanaşırıq, amma onlardan da beynəlxalq normala hörmətlə yanaşmalarını gözləyirik".// T.İsmayılov, QayNar

Hiç yorum yok: