azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

12 Ocak 2009 Pazartesi

GÜNEYLİ JURNALİST ŞAHNAZ QULAMİ ÖLÜMDƏN DÖNÜB

GÜNEYLİ JURNALİST ŞAHNAZ QULAMİ ÖLÜMDƏN DÖNÜB
Təbriz zindanında bayılan xanım jurnalistin vəziyyəti ağırdır



Təbriz həbsxanasında cinayətkarlarla birlikdə saxlanılmasına, ümumiyyətlə, qanunsuz həbsinə qarşı etiraz əlaməti olaraq aclıq aksiyası keçirən güneyli jurnalist Şahnaz Qulami huşunu itirdiyi üçün Təbriz həbsxanasının xəstəxanasına köçürülüb. o, həkimlərin yardımından sonra ayılsa da, vəziyyəti hələ də ağır olaraq qalır.
Cinayət Məcəlləsinin “İran adlanan yerə qarşı təbliğat” maddəsi ilə ittiham olunaraq həbs olunan Şahnaz Qulaminin Təbriz həbsxanasında təhlükəli cinayətkar və əxlaqsız qadınlarla birlikdə saxlanıldığı, onun yorğan-döşəklə təmin edilmədiyi bildirilir. Azərbaycanlı jurnalist rütubətli və soyuq beton üzərində gecələməyə məcbur edildiyindən bel ağrılarından əziyyət çəkir. Şahnaz Qulaminin həbsindən sonra isə onun xəstə və yardıma möhtac olan anası, eləcə də atasını itirmiş 9 yaşlı qızının tam baxımsız vəziyyətdə qaldığı bildirilir. Şahnaz Qulami təxminən 3 ay öncə milli fəalların şübhəli maşın qəzaları nəticəsində ölümü barədə yazılarından sonra həbs olunub. O daha öncə də 2006-cı ilin may hadisələri zamanı həbs olunmuş, bir neçə həftə saxlanıldıqdan sonra zaminə buraxılmışdı.

Hiç yorum yok: