DAK tərəfindən Böyük Britaniya, ABŞ, İsveç, Rusiya, Türkiyə və digər ölkələrdə 20 yanvar faciəsi ilə əlaqədar marasimlər təşkil olunacaq
Yanvarın 19-u və 20-i tarixlərində respublika və xarici ölkələrdə DAK və DAK Əlaqələndirmə Şurası tərəfindən 20 yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər təşkil olunacaq. Bu barədə məlumatı SİA-ya müsahibəsində Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli verib.
“20 yanvar faciəsi günü ilə əlaqədar Türkiyə və Cənubi Azərbaycan ərazilərində DAK tərəfindən anma mərasimləri təşkil olunacaq. Tədbirlər zamanı Azərbaycanın müstəqillik əldə olunmasında 1990-cı il 20 yanvar faciəsinin rolu və digər tarixi məsələlərlə bağlı fikirlər səsləndiriləcək”,-deyən Ə.Amanbəyli yanvarın 19-da həmçinin DAK-ın Mərkəzi ofisində də geniş tədbir keçiriləcəyini vurğulayıb. Ə.Amanbəyli 20 yanvar günü DAK Əlaqələıbndirmə Şurası üzvlərinin iştirakı ilə Şəhidlər Xiyabanına ziyarət təşkil olunacağını söyləyib.
Onun sözlərinə görə, bundan əlavə, Böyük Britaniya, ABŞ, İsveç, Rusiya, Türkiyə və digər ölkələrdə fəlaiyyət göstərən DAK nümayəndələri tərəfindən 20 yanvar faciəsi ilə əlaqədar marasimlər təşkil olunacaq. “Sözügedən tədbirlərdə bir sıra xarici təşkilatlardan nümayəndələr dəvət olunacaqlar. Eyni zamanda, Türkiyə Diaspora Təşkilatları nümayəndələri də tədbirdə iştirak edəcəklər”,-deyə Ə.Amanbəyli əlavə edib.
www.sia.az
dak
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder