azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ocak 2009 Cumartesi

Nəsib Nəsibli: “Ermənilər 200000 azərbaycanlını bir ilə qovdusa, gürcülər bunu mərhələ-mərhələ edir”

GÜRCÜSTANDAKI SOYDAŞLARIMIZ AZƏRBAYCANA KÖÇSƏ NƏ BAŞ VERƏR?
Nəsib Nəsibli: “Ermənilər 200000 azərbaycanlını bir ilə qovdusa, gürcülər bunu mərhələ-mərhələ edir”
Azər Mehtiyev: “Bu, təkcə yeni qaçqınlar dalğası demək olmayacaq”
Elxan Mehdiyev: “Gürcüstan 21-ci, Borçalı isə orta əsrlər dövrünə doğru gedir”



Gürcüstanda yaşayan soydaşlarımız hüquqi sahədə bir sıra problemlərlə qarşılaşırlar. Bunun Borçalıda səfərdə olmuş millət vəkillərindən ibarət nümayəndə heyəti də bildirib. Onların sözlərinə görə, soydaşlarımız ən çox təhsil və topraq məsələsi ilə bağlı problemlərlə qarşı-qarşıya qalırlar və Borçalının boşalma təhlükəsi var.
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsi Gürcüstanda 500000 azərbaycanlının yaşadığını bildirir. Doğrudan da onların Azərbaycana köçü başlasa nə baş verər?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bildirdi ki, Azərbaycan hökuməti Gürcüstandakı soydaşlarımızın vəziyyətinin yaxşılaşdırılmasına doğru səylərini artırmalıdır: “Bunun üçün Gürcüstan hökuməti qarşısında məsələ qaldırılmalıdır. Bu gün Gürcüstan həm enerji daşıyıcıları, həm də bir sıra siyasi amillər baxımından Azərbaycan hökuməti ilə qarşılıqlı münasibətlər qurmaqda maraqlıdır və Azərbaycandan asılı vəziyyətdədir. Təbii ki, Azərbaycan hökuməti bu vəziyyətdən istifadə etməli və soydaşlarımızın problemlərini daim gündəliyə gətirməlidir. Bu işlər heç də görüntü xarateri daşıyaraq yalançı təbliğata çevrilməməlidir. Sözün həqiqi mənasında azərbaycanlıların köçünün baş verməməsi üçün iş aparılmalıdır”.
A.Mehtiyevin sözlərinə görə, azərbaycanlıların ölkəmizə köçü sırf miqrasiya prosesi olub. Azərbaycan üçün təkcə yeni qaçqınlar dalğasının yaranması demək deyil: “Bu, həm də azərbaycanlıların öz tarixi torpaqlarından uzaqlaşdırılması və bölgəyə yayılmasının qarşısının alınmasına xidmət edən haldır”.
Politoloq Elxan Mehdiyev Gürcüstandan axının Əliyev-Şevardnadze qardaşlığı dönəmində lap çox olduğunu söylədi: “Rusiya viza rejimi tətbiq edəndən sonra axın Azərbaycana oldu. Gürcüstanda soydaşlarımızın əsas problemi təhsil və mülki məsələlərlə bağlıdır. Təhsilə maraq azdır. Qızları 12-14 yaşında ərə verirlər. Oğlanlar isə 6-7-ci sinifdən məktəbə getmir. Gürcüstan özü 21-cə əsrdə yaşayır, onun azərbaycanlılar yaşayan hissəsi isə orta əsrlərə qayıdır”.
Millət Vəkili Nəsib Nəsibli isə hazırda Gürcüstanda 200000 azərbaycanlının qaldığını bildirdi: “Siyahıyaalmada birbaşa iştirak etmiş yerli məmurlarla söhbətim zamanı məlum oldu ki, 2002-ci ildə Gürcüstanda 280000 soydaşımız yaşayıb. Son 25 il ərzində 700000 rəqəmi 280000-ə enib. İndi isə orda 200000 əhali yaşayır. Şevardnadze bir dəfə müsahibə vermişdi ki, 18-20 ildən sonra gürcülər azlıqda qalacaq. İndi isə orda vəziyyət azərbaycanlıların ziyanına dəyişir. Bolnisi, Dumanisi və Qardabanın rayon mərkəzlərini azərbaycanlılardan demək olar ki, təmizləyiblər. Azərbaycan hakimiyyətinin nümayəndələri Gürcüstandan vətənə qələbə raportu ilə gəlirlər. Ya problemin həll olunduğunu, ya da həll olunacağı mesajını verirlər”.
N.Nəsibli bildirdi ki, ermənilər bir ilin içində 200000 azərbaycanlını Ermənistandan qovdularsa, gürcülərin taktikası bunu mərhələ-mərhələ etməkdir: “Bu, çox ciddi məsələdir. Əgər Azərbaycan respublikası nələrdəsə Gürcüstana güzəştə gedirsə, Gürcüstan da Azərbaycan respublikasının istəklərini qarşılamalıdır. Bu məsələlər konseptual şəkildə rəsmi Tiflis qarşısında məsələ qaldırılmalıdır”.
Leyla İLQAR
musavat

Hiç yorum yok: