azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ocak 2009 Cumartesi

İranda ötən üç ay ərzində 145 nəfər HİV virusundan ölüb

İranda ötən üç ay ərzində 145 nəfər HİV virusundan ölüb


İranın Səhiyyə Nazirliyinin ölkənin müxtəlif tibbi xidmətlər göstərən müəssisələrindən topladığı məlumatlara görə, ötən üç ay ərzində İranda 560 nəfər HİV virusuna yoluxub, 145 nəfər isə bu virusdan dünyasını dəyişib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

İran Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, 2008-ci il dekabrın 21-nə qədər ölkədə 18 min 881 nəfər HİV virusuna yoluxmuş şəxs aşkarlanıb.

İran Səhiyyə Nazirliyinin HİV-lə Mübarizə İdarəsinin rəisi Abbas Sədaqət bildirib ki, İranda bu xəstəliyə yoluxmuş şəxslərin real sayı 70-100 min nəfər təşkil edir, lakin onların böyük hissəsi indiyədək müəyyən edilməyib.

HİV xəstəliyi İranda bir sıra mental və dini səbəblərdən gizli saxlanılır, eləcə də, insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından bu ölkədə HIV-ə yoluxanların sayı kəskin artıb.

Epidemiya tədqiqatçılarının məlumatına görə, HİV 1981-ci ildə aşkar olunub və indiyədək dünyada təxminən 65 milyon insan bu xəstəliyə yoluxub. Yoluxanların 25 milyon nəfərdən çoxunun artıq dünyasını dəyişdiyi bildirilir.

İran Səhiyyə Nazirliyinin sonuncu məlumatına görə, sözügedən virusa yoluxmuş səxslərdən 93,5 faizini kişilər, 6,5 faizini isə qadınlar təşkil edir.

İranda həmin şəxslərin 81 faizi narkotik maddələri iynə vasitəsilə qəbul etmək, 12 faizi isə cinsi əlaqə yolu ilə bu virusa yoluxublar.

Hiç yorum yok: