İRAN AMERİKADAN RƏFTARINI DƏYİŞMƏYİ GÖZLƏYİR
Yanvarın 12-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi jurnalistlərə açıqlamasında ölkə rəsmilərinin Amerikadan rəftarını dəyişməyi gözlədiklərini bildirib.
«Media forum» saytını məlumatına görə, H.Qəşqavi deyib: «Cənab Buş yanvarın 20-nə qədər prezidentdir. Biz o vaxta qədər gözləyəcəyik. ABŞ-ın yeni prezidenti Barak Obama vəzifəsinin icrasına başladıqdan sonra Amerikanın rəftar və mövqeyindəki dəyişikliklərlə bağlı şüarların gerçəkləşib-gerçəkləşməyəcəyini nəzərə alacaq, xarici siyasətimizi Vaşinqtonun bizə qarşı davranışı əsasında tənzimləyəcəyik».
«Media forum»
12 Ocak 2009 Pazartesi
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder