azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

14 Ocak 2009 Çarşamba

“ERGENEKON”un ADINA DAHA BİR CƏBBƏXANA YAZILDI

“ERGENEKON”un ADINA DAHA BİR CƏBBƏXANA YAZILDI
Bu silahları kimlərin gizlətdiyi haqda şübhələr var; Ərdoğanla Dəniz Baykal isə bir-birini hədəfə aldı

Türkiyədə “Ergenekon” əməliyyatı çərçivəsində aparılan axtarışlar nəticəsində bu təşkilata aid olduğu deyilən yeni cəbbəxana aşkar edilib. Xəbərə görə, keçmiş xüsusi təyinatlı polis rəisi İbrahim Şahinin evindən tapıldığı deyilən çertyojlar əsasında axtarışları davam etdirən polis yanvarın 12-də axşam Ankaradakı erməni qəbristanlığı ərazisində gizlədilmiş çoxlu sayda silah-sursata rast gəlib. Silah-sursatın həmin ərazidəki boş evin həyətində basdırıldığı bildirilir.
Tapılan silah-sursat arasında çoxlu sayda əl qumbaraları, müxtəlif tip atıcı silahlar və digər hərbi ləvazimatlar var. Xatırladaq ki, bundan əvvəl polis İ.Şahinin Ankaradakı evinin ətrafındakı meşəlikdən də çoxlu sayda silah-sursat tapıb. Daha sonra qazıntı işləri şəhərin ayrı-ayrı yerlərində, o cümlədən Hatayda davam etdirilib.
Bu silah-sursat iqtidara bağlı media tərəfindən “Ergenekon” terror təşkilatının varlığını sübut edən ən mühüm dəlil" kimi göstərilir.
“Ergenekon” həbsləri və tapılan silah-sursat dünən Türkiyə parlamentində baş nazir Rəcəb Tayyib Ərdoğan və ana müxalifət lideri Dəniz Baykal arasında da sərt qarşılıqlı çıxışlara səbəb olub. D.Baykal partiyasının parlament qrupu qarşısında çıxışı zamanı deyib ki, ötən həftə aparılan həbslər hər kəsi şoka salıb: “Dövlətin ən kritik nöqtələrində xidmət etmiş, vəzifədə olarkən heç bir cinayət işləməmiş və ittihamla üzləşməmiş hörmətli insanları nədən birdən-birə bu cür həbs edirlər? Bizim ”Ergenekon"la bağlı əvvəlcədən narahatlığımız var. Bu, siyasi xarakterli davadır, təhlükəsizlik orqanları siyasi təlimat əsasında hərəkət edir. Təlimatı verənlərin arxasında isə şəxsən baş nazir dayanır. Türkiyə hüquq dövlətidir, qanun qarşısında hamı bərabərdir. Mən baş nazirdən soruşuram: Milli Təhlükəsizlik Şurasının keçmiş katibini həbs etdirirsən, bəs yaxın ətrafının bulaşdığı korrupsiya qalmaqallarında adları keçənlərə niyə gücün çatmır?"
D.Baykala görə, baş nazir və onun partiyası CHP-ni də cinayətin içində göstərmək üçün eyhamlar edir, ancaq baş nazirin CHP-ni bu işlərə bulaşdırmağa gücü çatmaz.
R.T.Ərdoğan isə partiyasının parlament qrupu qarşısındakı çıxışında deyib ki, onlar qaranlıqların aydınlaşmasına çalışır. Prokurorluq qanunun verdiyi səlahiyyətlərdən istifadə edir, bəziləri isə bundan nəyə görəsə narahat olur: “Biz mafiyalara qarşı mübarizə aparacağımızı dedik, kimlərdənsə intiqam aldığımızı deyirlər. İnsan bir az insaflı olar. Bəs quyulardan çıxan silah-sursat nədir? Bu sui-qəsd planları nədir? Mən bu əməliyyatı aparanların hər birinə təşəkkür edirəm, uğura görə təbrik edirəm. Ana müxalifət lideri isə hüquqi prosesə müdaxilə etmək istəyir. Nədən qorxursan, hörmətli Baykal? Təlaşa düşməyə gərək yoxdur. Bəzi şəxslərlə bağlılığınız ola bilər. Bu ölkənin prokurorluğu istintaq aparacaq. Heç təlaşa düşməyin. Siz də bu ölkənin məhkəmələrinə, prokurorlarına güvənin”.
İstefada olan general Osman Pamukoğlu isə telekanalların birinə müsahibəsi zamanı diqqəti çuxurlardan tapılan silahların çox təmiz göründüyünə cəlb edib. Vaxtilə PKK-ya qarşı əməliyyatlara rəhbərlik edən general deyib ki, şəxsən özü terrorçuların yüzlərlə yeraltı silah-sursat anbarını aşkara çıxarıb. Lakin bu silahların hamısı paslı olurdu.
Siyasət şöbəsi
musavat

Hiç yorum yok: