azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ocak 2009 Cumartesi

URMİYA MƏSCİDİNDƏ QARABAĞIN AZADLIĞINDAN DANIŞIBLAR

URMİYA MƏSCİDİNDƏ QARABAĞIN AZADLIĞINDAN DANIŞIBLAR


Bakıda isə Fələstin hələ də Təbrizdən yaxındır


S.SOLTAN


İnanclı insanlar duanın hikmətini və kəramətini yaxşı anladıqlarından bir qayda olaraq dini mərasimlər, ayinlər zamanı da millətimizə dua edirlər.
Ötən həftə Güney Azərbaycanın Urmiya şəhərində keçirilən Tasua və Aşura günlərində Qarabağın azad edilməsi arzulanıb, Xocalı faciəsi yad edilib. "Urmu" xəbər agentliyinin yaydığı məlumata görə, əzadarlar Tehran hakimiyyətinin Fələstinə göstərdiyi marağı Qarabağla bağlı da görmək istədiklərini söyləyiblər. Amma bir sıra məscidlərdə Azərbaycan türkcəsində mərsiyə oxunmasına icazə verilməyib.
Urmiya və Güney Azərbaycanın bir sıra şəhərlərində Qarabağla bağlı dualar edildiyi halda, həmin günlərdə ölkəmizdə bir qrup Fələstin məsələsindən danışıb, İsrail və ABŞ-a qarşı şüarlar söyləyib. Ən maraqlısı budur ki, belə adamlar heç vaxt Təbriz, Ərdəbil, Miyana, Xoy, Urmiya və s. şəhərlərdə azərbaycanlıların tapdanan haqlarına etiraz bildirməyiblər.
Elə bir təbrizlinin onlara ünvanlanan məktubunda da bu məsələyə toxunulub. Orada deyilir: "Təəssüflər olsun ki, son zamanlar görkəmli şair, ictimai xadim və millət vəkili Sabir Rüstəmxanlıya qarşı təzyiq artıb. Bir müddət öncə o, İranın ali rəhbəri ayətulla Xamneyiyə açıq məktub yazaraq Güney Azərbaycan türklərinin milli-mədəni haqlarından və ağır sosial durumlarından bəhs etmişdi.
Həmin məktub yayıldıqdan sonra İran hakimiyyəti Sabir Rüstəmxanlıya qarşı sistemli şəkildə təxribat həyata keçirməyə başladı.
Müstəqil Azərbaycanın bəzi sadəlövh adamları özləri də bilmədən şəxsi və milli mənafeyə qarşı çıxmaqla Tehran rejiminin siyasətinə xidmət edirlər. Belə insanlar hələ də başa düşmək istəmirlər ki, İrandakı hakimiyyət islam dinindən sui-istifadə etməklə Azərbaycan Respublikasında vətəndaş qarşıdurması salmaq istəyir. O bu siyasəti Fələstin və Livanda da həyata keçirib.
Bizim sadəlövh yurddaşlarımız nədən bu sualı özlərinə vermirlər: "Əgər İran rejiminə İslam dininin əsaslarını qoruyub saxlamaq belə önəmlidirsə, o zaman nədən Azərbaycanın ərazisini işğal etmiş Ermənistanla iqtisadi, hərbi sahələrdə şərik işləyir? Bundan başqa, Xocalı faciəsinin baş verməsində İranın fəaliyyəti nədən unudulur?"
Əlbəttə, yüzlərlə bu sayaq örnəklər gətirmək mümkündür. Ümid edirik ki, ürəyi təmiz, İranın siyasətini başa düşməyən soydaşlarımız məsələyə daha məntiqlə yanaşıb gerçəkliyi dərk edəcək.
Biz Sabir Rüstəmxanlıya qarşı İran rejimi tərəfindən edilən hədələri pisləyir, ona uzun ömür arzulayırıq".

Hiç yorum yok: