azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ocak 2009 Cumartesi

"YENİ MÜSAVAT" MÜSAVATDAN "QOPUR"?

"YENİ MÜSAVAT" MÜSAVATDAN "QOPUR"?


Yaxın gələcəkdə qəzet partiyanın qərargahını tərk edəcək


S.ABBAS


"Yeni Müsavat" qəzeti yaxın günlərdə yeni ofisə köçəcək. Bu barədə APA-ya qəzetə yaxın mənbələr məlumat verib. Mənbənin məlumatına görə, artıq qəzet üçün yeni ofis alınıb. Metronun "Neftçilər" stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində yeni inşa olunmuş 12 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən ofisin qəzetin baş redaktoru R.Arifoğlunun özünə məxsus olduğu bildirilir. Mənbə qəzetin Müsavat Partiyasının qərargahından çıxmasına səbəb kimi həm partiya ilə qəzet arasında olan narazılığı, həm də qərargahın partiyadan alınma ehtimalını göstərib.
APA-nın əməkdaşı "Yeni Müsavat"ın yeni redaksiyasının yerləşdiyi binada olub. 12 mərtəbəli binanın tikintisi yekunlaşsa da, təmir işləri hələ başa çatmayıb. Yalnız "Yeni Müsavat"ın yeni ofisinin təmiri yekunlaşıb, pəncərələri qoyulub. Binada işləyən fəhlələrin sözlərinə görə, qəzetin redaksiyasının sahəsi 250 kv/m-dir. Fəhlələr qəzetə aid əşyaların bir hissəsinin bir neçə gün əvvəl yeni ofisə daşındığını da bildiriblər. Onlar da redaksiyanın icarəyə götürülmədiyini, həmin mənzilin baş redaktora məxsus olduğunu qeyd ediblər. Qəzetin yeni ofisinin qapıları bağlı olduğundan APA-nın əməkdaşı içəridə müşahidə apara bilməyib.
R.Arifoğlu da APA-ya açıqlamasında "Yeni Müsavat"ın yeni binaya köçə biləcəyini deyib. Baş redaktor bildirib ki, əslində, qəzetin partiyanın ofisində bu qədər uzun müddət qalması anormallıqdır: "Dünyanın heç bir demokratik ölkəsində müstəqil bir qəzet partiya ofislərində yerləşmir. Hətta ayrı-ayrı partiyalara yaxın olan qəzetlər də müstəqil ofislərdə yerləşdirilir. Biz uzun illərdir qəzetin özəl ofisinin, hətta mətbəəsinin olması üçün çalışsaq da, təəssüf ki, bunu edə bilmirik. İndi bir şans yaranıb və tamamilə mümkündür ki, bu il ərzində qəzetimiz özünün ofisinə köçsün".
Baş redaktor deyib ki, bir neçə variant üzərində işləyəndən sonra, nəhayət, uyğun bir yer tapıblar: "Orada təmir və hazırlıq işləri gedir. Lakin şərait hələ də tam qurulmayıb. Telefon çəkilməyib, qaz yoxdur, işıqlar tez-tez kəsilir. Müəyyən maliyyə çatışmazlıqları da var. Bu problemləri həll edən kimi köçəcəyik".
Məlumatlara görə, gələcəkdə Müsavat Partiyası başqanı İsa Qəmbər qəti olaraq qəzetin təsisçiliyindən imtina etmək istəyir. Artıq bu məsələ ilə bağlı başqanın açıqlaması da olub.
Baş redaktor isə qeyd edib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin qəzetin təsisçisi olması heç bir problem yaratmır: "Mart ayında başqanın qəzetimizə təsisçi gəlməsinin 16 ili tamam olacaq. İsa Qəmbər israr etsə, ondan sonra təsisçiliyi özüm götürəcəyəm. İsrar etməsə, heç bir problem olmayacaq". ayna

Hiç yorum yok: