azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ocak 2009 Cumartesi

20 Yanvar faciəsi qanlı yaddaşımızdır!

20 Yanvar faciəsi qanlı yaddaşımızdır!
1990 il Qanlı 20 Yanvar faciəsinin 19-çi ildönümü Stokholmda anılacaq



Dəyərli həmvətənlər!

Sayqılı və sevgili Azərbaycan övladları!

Tam 19 il bundan əvvəl, son nəfəsini yaşayan Sovetlər Birliyi adlanan millətlər həbsxanasının tarixə qovuşaraq dağılma ərəfəsində, müstəqilliyimizin əldə olunması üçün mübarizəyə qalxmış Şimali Azərbaycanlıların bu əzmini qırmaq məqsədi ilə,1990 - cı il yanvar ayının 19-dan 20-ə keçən gecə, işğalçı rus ordusu ağır hərbi texnika ilə ölkəmizin bir çox bölgələrinə o cümlədən, paytaxtımız Bakı şəhərinə hücum edərək qanlı hadisələr törətmişdir. Bu zaman, beynəlxalq təşkilatlar tərəfindən istifadəsi qadağan olunmuş sursat və silahlardan istifadə edən düşmən yüzdən çox günahsız və əliyalın insanı, qocaları, uşaqları, qadınları, eləcə də gəncləri qətlə yetirmiş, çoxlu insanlarımız itkin düşmüş, işgəncələrə məruz qalmış və həbslərə atılmışdı. İndi bu hadisə millətimizin yaddaşına və tariximizə Qanlı 20 Yanvar faciəsi kimi həkk olunmuşdur. Lakin buna baxmayaraq, 20 Yanvar olayı qeyrətli xalqımızın davamlı mücadiləsi nəticəsində Azərbaycanın bir hissəsinin müstəqilliyə qovuşmasına gedən yolda bir dönüş nöqtəsi olmuşdur. Demək, bu bizim həm də qəhrəmanlıq tariximizdir.Ona görə bu tarix heç bir zaman yaddaşlardan silinməməli, unudulmamalıdır.

Elə bu münasibətlə hər il olduğu kimi, bu il də Durna Cəmiyyətinin təşəbbüsü ilə Stokholmda 20 Yanvar faciəsi törəni keçiriləcək. Şəhidlərimizin xatirəsini yad etmək üçün Stokholmda yaşayan soydaşlarımızın bu tədbirdə fəal iştirak etməsini arzu edirik.



Mərasimin tarixi və yeri: 18 yanvar 2009 il saat 16-dan 19-dək, ABF Sundbyberg Esplanaden 3 c (SUNDBYBERG meto və qatar stansiyalarının yaxınlığında)

Hiç yorum yok: