azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

17 Ocak 2009 Cumartesi

PKK-nın İRAN QOLU FƏALİYYƏTİNİ DAYANDIRIB?

PKK-nın İRAN QOLU FƏALİYYƏTİNİ DAYANDIRIB?
Araşdırmalar bunun bir "qış taktikası" ola biləcəyini də istisna etmir


İ.BALIOĞLU


Son günlərin diqqətçəkən xəbərlərindən biri PKK-nın İran uzantısı adlandırılan PJAK terrorçu təşkilatın İrana yönəlik öz separatçı fəaliyyətinə son verdiyi barədə qərarının yayılması oldu. Bəlli olduğu kimi, bu təşkilatın adı 2004-cü ildə - ABŞ ordusunun İraqa daxil olmasından təqribən bir il sonra ortaya çıxmışdı. Onun vaxtaşırı İran ordu hissələri və təhlükəsizlik gücləri ilə toqquşmaları, itkilər və s. barədə xəbərlər verilirdi. Və aradan heç beş il keçməmiş birdən fəaliyyətini dayandırdığını elan edir?
Avrasiya Strateji Araşdırmalar Mərkəzinin Yaxın Şərq üzrə eksperti Arif Kəskin bununla bağlı müəyyən araşdırmalar və təhlillər apararaq diqqəti çəkən nəticələrə gəlmişdir. Göstərilir ki, əslində, PJAK-ın gücü qabardılmışdı, heç olmasa, ona görə ki, bəlucların daha çox əməliyyatlar keçirdiyi bir halda, onlar PJAK qədər tanınıb-bilinmirdilər. İkincisi, ABŞ-ın İrana yönəlik psixoloji savaşı PJAK-ın önəmini artırmışdı. İran rejimi də onların fəaliyyətini əslində olduğundan daha qabarıq göstərərk bundan öz ərazisindəki kürdlər üzərində və İraq kürdləri üzərində basqılar üçün bəhanə qismində istifadə edirdi.
Fəqət PJAK-ın İran daxilində siyasi nüfuz qazanma ehtimalı çox aşağıdır, İranda 5 milyon kürd yaşayır. Onların 30 faizi şiə, 70 faizi sünnidir və mövcud ənənəvi partiyaların yanında başqasına yer yoxdur. Bu partiyalar PJAK-ın fəaliyyətinin onlara zərər verdiyini bildirirdi. 25 milyonluq İran türkləri isə PJAK-ın Türkiyə və İran arasında kürd bölgəsi yaratmaq amacı güdən bir fəaliyyət izlədiyini düşünürdü. Onun fəaliyyəti fars milliyyətçiliyini də körükləyirdi, bir sözlə, İran müxalifəti arasında PJAK-a yer yox idi.
Arif Kəskin göstərir ki, PJAK-ın qərarları PKK tərəfindən verildiyindən bu qərar PKK-nın qərarıdır və bu qərar ABŞ-ın regional siyasətindən qaynaqlanır. Belə ki, PKK ABŞ-ın regional siyasətində özünə yer aramış, fəqət bu ümidlər doğrulmamışdır, bölgədə Buşdan fərqli siyasət yürütmək niyyətində olan Obamanın prezidentliyi dövründə də belə bir yer tapacağı imkansız görünür. PKK görməyə bilmir ki, bölgənin Suriya, İran, Türkiyə və İraq mərkəzi hökuməti onunla düşməndir. İraqın şimalından çıxarılacağı təqdirdə haraya gedəcəyi bilinmir, odur ki, İranla münasibətlərini normallaşdırmaq xətti götürmüşdür. İndiyə qədərsə Türkiyənin qonşuları ilə münasibətlərindəki problemlərdən faydalana bilirdi.
Hesab edilir ki, bu qərar qış dövrünün çətinlikləri ilə də bağlı ola bilər. Yəni bu qərar verilir və qış çıxana qədər İranın reaksiyasını gözləyir və Tehran rejimi ilə keçmişdəki anlayışlı münasibətləri normallaşdırmaq üçün cəhdlər edilir. Hər şey qaydasında olarsa, yaxşı, olmazsa, aksiyaları yenidən bərpa etmək o qədər də çətin olmaz. Lakin hesab edilir ki, Tehranın yenidən PKK-nı dəstəkləməsi zəif ehtimaldır, ona görə ki, bu ölkə dünyanın İrana qarşı mənfi münasibətdə olduğu bir zamanda Türkiyə kimi qonşunu itirməyi özünə rəva görə bilməz. İranda hesab edirlər ki, PKK güclənərsə, sabah İrana qarşı da çıxa bilər. İraq müstəvisində göründüyü kimi, kürdlərin ABŞ və İsraillə sıx işbirliyi İranı ehtiyatlı olmağa məcbur edir və belə nəticəyə gəlinir ki, tarixən kürdlərlə yaxşı münasibətdə olmuş İranla kürdlərin arasında tarixi ziddiyyət yaşanır və onların aralarının düzəlməsi baş tutan işə oxşamır.
Türkiyədə cərəyan edən "Ergenekon" araşdırması çərçivəsində mediaya sızan fikirlər arasında belə bir mülahizə də yer aldı ki, 1983-cü ildə öz varlığına son qoyan "ASALA" erməni terror təşkilatı aradan bir il keçəndən sonra - 1984-cü ildə PKK-nı yaratmışdır. O zamandan PKK ermənilər tərəfindən idarə edilmiş və hər zaman onun aksiyalarında ermənilər də iştirak etmişlər. Öldürülən terrorçular arasında sünnətsiz olanların aşkarlanması bunun bir dəlilidir. Belə bir fikir də yer aldı ki, bugünkü Demokratik Toplum Partiyasının ən müxtəlif vəsilələrində 500-ə qədər soyadını dəyişdirmiş erməni yer alır.ayna

Hiç yorum yok: