azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Kasım 2008 Pazartesi

ABŞ İRANLA DİL TAPA BİLƏCƏKMİ?

ABŞ İRANLA DİL TAPA BİLƏCƏKMİ?
Rasim Musabəyov: “Hər halda yeni prezident buna səy göstərəcək”



Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş prezidenti Barak Obama iki gün öncə keçirdiyi mətbuat konfransında İranla bağlı siyasətinin necə olacağına dair suala konkret cavab verməsə də, bildirib ki, bu ölkənin nüvə silahına malik olması yolverilməzdir. O, həmçinin İranın terrorçu təşkilatlara yardımı dayandırmalı olduğunu deyib. Bununla yanaşı yeni prezident İran prezidenti Mahmud Əhmədinejadın ona ünvanladığı təbrik məktubunu da diqqətlə araşdırdığını və ona müvafiq qaydada cavab verəcəyini deyib.
Mahiyyət etibarı ilə Obamanın İranla bağlı səsləndirdiyi fikirlər onun sələfi Corc Buşun tələblərindən bir o qədər də fərqlənmir. Buş administrasiyası da Tehran hökuməti qarşısında eyni tələbləri qoyub. Məsələnin maraqlı tərəfi odur ki, C.Buş hakimiyyətdə olduğu illər ərzində İranla hər hansı formada dil tapa bilməyib. Əcəba, qaradərili B.Obama buna nail ola biləcəkmi?
Mövzu ətrafında söhbət etdiyimiz politoloq Rasim Musabəyov bildirdi ki, əslində B.Obama Amerikanın ənənəvi tələblərini təkrarlayıb: “Ümumiyyətlə, İranla bağlı hadisələr başlayandan sonrakı dövrdə Amerika Birləşmiş Ştatlarında həm respublikaçılar, həm də demokratlar hakimiyyətdə olublar. Lakin Amerikanın Tehran siyasəti dəyişməyib. Bütün dönəmlərdə eyni tələblər irəli sürülüb. Ancaq heç bir prezident İranla dil tapa bilməyib. Obamanın buna nail olacağına məndə əminlik yoxdur. O hələ seçki kampaniyası dövründə demişdi ki, İran rəhbərliyi ilə bütün məsələlər ətrafında oturub söhbət etməyə hazırdır. Amma bu o demək deyil ki, danışıqlar zamanı hər şey həll olunacaq. Hələlik İranla münasibətlər məsələsində hansısa fikir söyləmək çətindir. Gərək danışıqlar başlasın, müzakirələr olsun ki, ona əsaslanıb nəsə fikir söyləmək mümkün olsun. Amma mən güman edirəm ki, yeni prezident İranla dil tapılması istiqamətində səylər göstərəcək. Bu səylərin nəticə verib-verməyəcəyini isə indidən demək qeyri-mümkündür”.
Maqsud MAHRIZLI
musavat

Hiç yorum yok: