azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Kasım 2008 Pazartesi

OBAMA RUSİYA İLƏ RAKETDƏN MÜDAFİƏ SİSTEMİ QARŞIDURMASINA RİSK ETMİR

OBAMA RUSİYA İLƏ RAKETDƏN MÜDAFİƏ SİSTEMİ QARŞIDURMASINA RİSK ETMİR
Sun, Nov 9th 2008


OBAMA RUSİYA İLƏ RAKETDƏN MÜDAFİƏ SİSTEMİ QARŞIDURMASINA RİSK ETMİR

ABŞ-ın yeni prezidenti Polşada raket bazasının yerləşdiriləcəyinə təminat verməsi haqda xəbərləri təkzib edib





ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama Polşada raket əleyhinə müdafiə (RƏM) sisteminin yerləşdiriləcəyinə zəmanət verməyib. Obamanın köməkçisi Denis Makdonou belə deyib. Bununla da Obama Polşa prezidenti Lex Kaçinskinin mətbuat xidmətinin məlumatını təkzib edib. Xəbər verildiyi kimi, ötən həftə Barak Obama prezident seçilməsi ilə bağlı onu təbrik edən Poşa prezidenti ilə telefon söhbəti aparıb, bu zaman Polşa rəhbərinin administrasiyası məlumat yayıb ki, yeni seçilmiş prezident ABŞ-ın raketdən müdafiə sisteminin elementlərinin Polşada yerləşdiriləcəyinə təminat verib.

Xatırladaq ki, ABŞ Polşada RƏM sistemi çərçivəsində ballistik raket bazası yerləşdirməyi planlaşdırır və bu barədə Varşava ilə müqavilə imzalanıb. Razılaşma Rusiyanın sərt reaksiyasına səbəb olub, prezident Dmitri Medvedyev ötən həftə xəbərdarlıq edib ki, Rusiya buna cavab olaraq Kalininqrad vilayətində “İsgəndər” ballistik raket sistemlərini yerləşdirəcək və onları Polşaya tuşlayacaq. Qərb mətbuatı Medvedyevin bu xəbərdarlığını Obamanı qorxutmaq cəhdi kimi qiymətləndirib.

Makdonou deyib ki, telefon söhbəti həqiqətən də olub və Kaçinski raketdən müdafiə məsələsini qaldırıb. Amma Obama çoxmilyardlı proqramın davam etdiriləcəyinə zəmanət verməyib. Makdonou bildirib ki, Obamanın mövqeyi seçki kampaniyası zamanı olduğu kimi qalır: “O, raketdən müdafiə sisteminin yerləşdirilməsini dəstəkləyir, amma hesab edir ki, sistemin işləkliyi texnoloji baxımdan sübut olunmalıdır”.

Bu arada Rusiya bəyan edib ki, əgər ABŞ RƏM sisteminin elementlərini Şərqi Avropada yerləşdirmək planlarından əl çəksə, o zaman Kalininqrad vilayətində “İsgəndər” kompleksləri də yerləşdirilməyəcək. Xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun sözlərinə görə, Polşa və Çexiyada raketdən müdafiə elementləri qurulmasa, o zaman Kalininqradda həmin komplekslərin yerləşdirilməsinə də ehtiyac qalmır. Onun sözlərinə görə, strateji təhlükəsizlik və stabillik məsələsində hər şey balans, mütənasiblik üzərində qurulur. Qruşko onu da deyib ki, ABŞ-la raketdən müdafiə məsələsində əməkdaşlıq təklifləri qüvvədə qalır və onlar yeni prezidentlə bu məsələ barədə danışıqları davam etdirməyə hazırdır. Xatırladaq ki, Rusiya ABŞ-la Polşa və Çexiyada yerləşdiriləcək raket bazası və radar stansiyasından imtinanın əvəzində Azərbaycan ərazisindəki Qəbələ RLS-dən birgə istifadəni təklif edib. Bu təkliflə bağlı iki ölkə arasında yüksək səviyyədə bir neçə danışıqlar olsa da, nəticə əldə edilməyib.

Belə görünür ki, ABŞ-ın yeni seçilmiş prezidenti Şərqi Avropada raketdən müdafiə elementləri yerləşdirərək Rusiya ilə yeni “soyuq müharibə”yə girmək istəmir. Digər tərəfdən, bu planlar iqtisadiyyatı yaxşı durumda olmayan ABŞ üçün milyardlarla dollar əlavə yükdür. Obamanın qarşısında isə əsas vəzifə kimi Amerikanı üzləşdiyi maliyyə və iqtisadi böhrandan çıxarmaq dayanır. Ona görə də o, sözügedən planları ən azı bir müddət ləngidə bilər. Seçki kampaniyası zamanı Obama Rusiya ilə qarşıdurmanın əleyhinə olduğunu və dialoqu davam etdirəcəyini deyib.

F.MƏMMƏDOV

musavat

Hiç yorum yok: