azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

10 Kasım 2008 Pazartesi

XATƏMİ TƏBLİĞATI GENİŞLƏNDİRİR

XATƏMİ TƏBLİĞATI GENİŞLƏNDİRİR
Sun, Nov 9th 2008

XATƏMİ TƏBLİĞATI GENİŞLƏNDİRİR



Seçkiyə nəzarət edəcək heyətin tərkibi açıqlanıb



S.SƏDİ



Gələn il iyunun 12-də İranda növbəti prezident seçkisinin keçiriləcəyi gözlənilir. Bu post uğrunda mübarizə aparacaq namizədlərin bəzilərinin adları artıq hallanmaqdadır. Bir müddət öncə islahatçı adlanan cinahın təmsilçiləri keçmiş prezident Məhəmməd Xatəminin namizədliyini irəli sürüblər. Onunla yanaşı, parlamentin sabiq başçısı, Milli Etimad Partiyasının lideri Mehdi Kərrubi və indiki hökumət başçısı Mahmud Əhmədinijatın da adları bu sırada çəkilir.

Bu siyasi kampaniyaya, deyəsən, keçmiş prezident Məhəmməd Xatəmi daha güclü hazırlaşır. Hələ bir neçə ay öncə, o, prezident Mahmud Əhmədinijatı və mühafizəkar ruhaniləri tənqid edərək tələbələrin ifadə azadlığının məhdudlaşdırılmasını tənqid etmişdi. "Vətəndaşlar tərəfindən dəstəklənənlərin seçkiyə buraxılmaması haqda qərarı hansı haqla 6, yaxud 12 nəfər verir? Nə vaxtadək biz hesab edəcəyik ki, çoxluq səhv edir?" - deyə o, seçkini keçirən əsas qurumu tənqid edib.

Bu günlərdə isə keçmiş hökumət başçısı Vyana Elmlər Akademiyasında dinlərarası konfransda çıxış edərək, müsəlmanları və xristianları qarşılıqlı münasibətləri gücləndirməyə çağırıb. Onun qənaətincə, yalnız bu halda dünyanı qəddarlıq və qanunsuzluqdan xilas etmək mümkündür.

Ayətulla Xamneyinin başçılıq etdiyi vilayəti-fəqihlik qurumunun bir qolu olan, ölkədəki bütün seçki kampaniyasına başçılıq edən Nəzarət Şurası qarşıdan gələn prezident seçkisinə nəzarət edəcək heyətin üzvlərinin adlarını açıqlayıb. "Mediaforum"un məlumatına əsasən, nəzarət heyətinə bu şəxslər daxildir - Əhməd Cənnəti, Məhəmmədrza Əlizadə, Abbas Kəbi, Əhməd Salik, Seyid Fəzlulla Musəvi, Abbasəli Kəndxudayi və Məhəmmədrza Mirhəşimi.

Bu günlərdə ölkə prezidenti Mahmud Əhmədinijatın 52 yaşı tamam oldu. Hakimiyyətə müxalif sayılan bəzi qruplar isə qarşıdan gələn prezident seçkisinə onun qatılmayacağını və xəstələndiyi üçün vəzifəsinin öhdəsindən çətinliklə gəldiyi barədə xəbər yaymışdı. İranın hökumət başçısının köməkçisi Mənsur Burceyi bildirib ki, Nazirlər Kabinetinin toplantısı Əhmədinijatın "xəstəliyinə görə" təxirə salınıb. Onun sözlərinə görə, prezidentin xəstəliyi "ağır deyil". Bunu "şayiə" adlandıranlar da var. Hesab olunur ki, Əhmədinijatın düşmənləri seçkiöncəsi bu sayaq şayiələr yayırlar.

Xəbər yayıldıqdan sonra Əhmədinijat barəsində deyilənləri təkzib edərək "soyuq dəydiyini" və sağlıq durumunun "yaxşı" olduğunu bildirmişdi.

Prezident olmaq istəyənlərdən biri, Əkbər Ələmi Milli Etimad Partiyasının tədbirində iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında Əhmədinijatı tənqid edərək bildirib: "Onun namizədliyini yenidən irəli sürməsi, yenidən seçilməsi ölkə üçün faciə olacaq. Əhmədinijat İranı ən azı 30 il geri atıb. Hazırda gördüyünüz ağır durumun baisi odur. Ölkənin icra aparatında vəzifələri yaxın adamları, dostları arasında paylayıb. Əhmədinijat bütün sahələrdə ölkəni tənəzzülə uğradıb. Populist üsullardan istifadə etməsinə baxmayaraq, mən onun pak və mömin bir insan olduğuna inanıram, ancaq başqa vəzifədə, məsələn, həcc və vəqflər təşkilatının sədri vəzifəsində daha yaxşı işləyə bilər".

İranın keçmiş prezidenti Məhəmməd Xatəminin isə yaxın zamanlarda peyklə verilişlər yayacaq özəl telekanal açacağı barədə xəbərlər yayılıb. O, kanalın sivilizasiyalararası dialoq işinə yardım etmək məqsədi ilə açıldığını söyləyib. Xatəmi bu telekanalın fəaliyyətə başlaması üçün maliyyə probleminin olduğunu vurğulayaraq deyib: "Biz bu kanalın büdcəsini qanuni və şəffaf yollarla təmin etmək niyyətindəyik. Aparıcı güclərin minnət qoyaraq işin maddi tərəfini həll etmələrini istəmirik".ayna

Hiç yorum yok: