azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Ağustos 2008 Perşembe

AZƏRBAYCAN ERMƏNİSTANA HAVA DƏHLİZİ VERDİ

AZƏRBAYCAN ERMƏNİSTANA HAVA DƏHLİZİ VERDİ
Gürcüstan üzərindən yol bağlandığına görə İrəvandan Rusiyaya və geriyə uçan təyyarələr marşrutunu dəyişib



Rusiyadan Ermənistana və geriyə uçan təyyarələr neçə gündür ki, Azərbaycanın hava məkanından istifadə edirlər. Dünən məlum olub ki, Gürcüstan aeronaviqasiya xidməti Volqoqrad-İrəvan reysi ilə uçan təyyarəsinə xidmət göstərməkdən imtina etdiyin, görə təyyarə Ermənistana Azərbaycan ərazisindən uçub. “Regnum” agentliyinin məlumatında deyilir ki, buna baxmayaraq, Ermənistan təyyarələri Rusiyaya Gürcüstan ərazisindən keçməklə uçuşları davam etdirirlər. Rusiya tərəfi bildirir ki, təyyarənin pilotları Tiflisin imtinasından sonra İrəvana Azərbaycan ərazisindən uçmaq barədə qərar qəbul ediblər.
Gürcüstan avianaviqasiya xidməti onlara hava məkanından istifadənin məhdudlaşdırılması ilə bağlı rəsmi informasiya verməyib. Bildirilir ki, məhdudiyyət Cənubi Osetiyadakı döyüşlər zamanı tətbiq edilib və sonradan aradan qaldırılıb. Rusiyanın hava hərəkətinin təşkili dövlət korporasiyası gürcü tərəfinə bununla bağlı rəsmi sorğu göndərdiyini, lakin müraciətə cavab verilmədiyini bildirib.
“Aeroflot”un İrəvan nümayəndəliyindən isə bildiriblər ki, şirkət hələ avqustun 9-dan Gürcüstan ərazisindən hava uçuşlarını dayandırıb. Öz növbəsində “Armavia”nın mətbuat katibi Nana Avetisova Ermənistan təyyarələrinin Gürcüstanın hava məkanından istifadəsi ilə bağlı problem yaranmadığını vurğulayıb. Onun sözlərinə görə, “Armavia”nın təyyarələri Gürcüstanın hava məkanından istifadə etməklə Rusiyaya uçuşları davam etdirirlər". Son məlumata görə, Ermənistan Aviasiya İdarəsinin rəhbərliyi də təyyarələrinin Azərbaycanın hava məkanından istifadə etdiyini bildirib.
Xəbər verildiyi kimi, Gürcüstan ətrafında yaranmış böhrandan sonra Türkiyə də Ermənistan təyyarələrinə öz hava məkanından istifadə imkanı yaradıb. Rəsmi Ankara Tiflisə humanitar yüklərin daşınmasını asanlaşdırmaq üçün bu addımı atdığını açıqlayıb. Lakin müşahidəçilər bu addımı Türkiyənin Ermənistana növbəti barışıq mesajı kimi dəyərləndirirlər. Türkiyənin ardınca Azərbaycan da Ermənistana öz hava məkanını faktiki olaraq açıb. Xatırladaq ki, Gürcüstanda yaranmış vəziyyətlə bağlı Ermənistanın nəqliyyat əlaqələri daha da məhdudlaşıb, hazırda ölkəyə yüklərin daşınmasında ciddi problemlər var.
F.MƏMMƏDOV
musavat

Hiç yorum yok: