azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Ağustos 2008 Perşembe

"Azərbaycana qeyri-ənənəvi dini təmayüllərin axını artıb"

"Azərbaycana qeyri-ənənəvi dini təmayüllərin axını artıb"

Gültəkin Hacıyeva: "Dini etiqad azadlığı haqqında" qanunun sərtləşdirilməsinə zəruri ehtiyac duyulur"
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Gültəkin Hacıeyva az əvvəl "Əbu-Bəkr" məscidində törədilən partlayışı terror aktı, təxribat və ölkədə dini tolerantlığa qarşı çox ciddi bir hücum, qəsd sayır. Bu terrakt kim tərəfindən törədilməsindən asılı olmayaraq, Azərbaycanı sevməyən qüvvələrin mənafeyinə xidmət edən bir addımdır. Özü də məsciddə elə bir vaxtda partlayış törədilib ki, həmin zaman ibadət evinin imamı, məscidin fəalları orada olub. Məqsəd çox böyük insan təlafatına səbəb olmaqla dindarların heysiyyatına toxunmaq, onları cavab addımlarına sövq etmək və bununla da təxribat törədərək çox ciddi qarışıqlığın təməlini qoymaq olub.

Rəvan Məmmədli

Hadisə öz-özlüyündə çox ciddi mətləblərdən də xəbər verir: "Bu olayı törədən insanlar da çox ciddi mənbələrdən qaynaqlanırlar. Əgər Azərbaycanda din münasibətləri sahəsində hansısa ciddi bir boşluq olmasaydı, yəqin ki, bu sahədə qarışıqlıq salmaq fikirləri də yaranmazdı. Görünür, bu sui-qəsdin, terraktın özü mövcud sahədə olan müəyyən boşluqlara işarə idi. Azərbaycana qeyri-ənənəvi dini təmayüllərin axını mövcuddur. Bu axının arxasında bir çox hallarda da Azərbaycanı sevməyən, ölkəmizdə maraqları olan və bu maraqları təmin olunmayan qüvvələr dayanır".
Onun sözlərinə görə, Azərbaycan çox çətin coğrafiyada yerləşən ölkədir və bu dövləti idarə etmək qonşularımızdakı ölkələri idarə etməkdən qat-qat çətindir. Burada Cənub, Şimal, Ermənistan amili, zəngin neft və karbohidrogen ehtiyatları, coğrafi anlamda Azərbaycanın Türkiyə və Orta Asiya respublikaları ilə bir körpü rolu oynaması məsələsi və s. var. Bütün bunların hamısını üst-üstə gəldikdə, onlar ölkəmizin yerləşdiyi məkanın coğrafiyasını əlverişli etməklə yanaşı, Azərbaycanı poliqona çevirmək, üzərində manevr etmək və marionet dövlətə çevirmək istəyən qüvvələrin arzularını da, istəklərini də aktuallaşdırır, fəallaşdırır. Ona görə də millət vəkili düşünür ki, Azərbaycanda dini sahədə olan müəyyən problemləri birdəfəlik həll etmək lazımdır. Bu problemlər Azərbaycan cəmiyyətinin daxilindən qaynaqlanmır. Cəmiyyətimiz yüz illər boyu öz dini, milli, etnik tolerantlığı ilə fərqlənib və bu sahədə Avropanın əksər dövlətlərinə nümunə ola bilər. Bu problemlər dövlətin bu yöndə yeritdiyi siyasətin də mahiyyətindən irəli gəlmir. Əksinə, dövlət həmişə Azərbaycanda yaşayan, mövcud olan bütün dinlərin və etnik qrupların nümayəndələrinə qucaq açıb və ölkəmizi onların hər birinin vətəni kimi inkişaf etdirib. Bu yöndə narahatlıqlar, problemlər xaricdən gələn müəyyən təsirlərin qarşısında bizim duruş gətirə və yaxud bu təsirlərə adekvat cavab verə bilməyəcəyimizdən doğur: "Açıq etiraf edək ki, Azərbaycan müstəqilliyini əldə etdikdən, sərhədlərimiz açıldıqdan sonra həm şimaldan, həm cənubdan istər qeyri-ənənəvi xristian, istərsə də elə qeyri-ənənəvi islam təmayüllü dini sektaların axını artıb. Yaşadığımız son hadisə bir daha gerçəkliyi sübut etdi ki, Azərbaycanda xüsusilə gənclərin təlim-tərbiyəsində, o cümlədən dini, ideoloji, təhsil sahəsində olan boşluqları doldurmaq lazımdır, bu yöndə çox ciddi işlər aparılmalıdır. Mənə elə gəlir ki, bu istiqamətdə ən təsirli yol Azərbaycan təhsilinin səviyyəsinin qaldırılması, gənclərin təhsilə daha ciddi cəlb edilməsi, onların idmana daha kütləvi şəkildə meylləndirilməsindən keçir. Hesab edirəm ki, əgər bu istiqamətlər inkişaf etdirlərsə, o zaman gənclər həm intellektual, həm fiziki hazırlıqları yüksəldəcək, həm də Azərbaycana olan müəyyən münbit təzyiqlər aradan qalxmış olacaq". Gültəkin Hacıyeva vurğuladı ki, "Dini etiqad azadlığı haqqında" qanunun sərtləşdirilməsinə də ehtiyac var. Azərbaycanı poliqona çevirmək istəyən qüvvələrin niyyətlərinin qarşısının alınmasında bu qanun əngəl, sipər rolunu oynamalıdır: "Bu baxımdan, düşünürəm ki, biz bu qısa müddətdə - qarşıdan gələn payız sessiyasına kimi bu qanunla bağlı təkliflərimizi hazırlayıb ortalığa qoya biləcəyik. Qanunun müddəalarının sərtləşdirilməsini zəruri edən bir neçə səbəb var. Azərbaycanın Ermənistanla müharibə şəraitində olması çox ciddi bir səbəbdir. Əvvəla, Azərbaycanın Ermənistanla sərhədlərindən ölkəmizə müdaxilə etmək imkanları çox genişdir və Ermənistan istədiyi diversant qrupları işğal etdiyi sərhəd bölgələrindən Azərbaycana yeridə bilir. İkincisi, Ermənistanı dəstəkləyən müəyyən güclər var ki, onlar istər xristian, istərsə də islam ölkələrinin özündə belə, sevilməyən qeyri-ənənəvi dini təmayüllərə Azərbaycanda münbit şərait yaratmaqla, onları ölkəmizdə yerləşdirməklə ölkəmizdə gənclər arasında müharibə ovqatını, torpaqlarımızın azad edilməsi ovqatını sındırmağa çalışırlar". Millət vəkili vurğuladı ki, Azərbaycan bu coğrafi məkanın ürəyi, birləşdirici həlqəsidir. Təbii və humanitar potensialla zəngin olan bu coğrafi məkana, bölgəyə nəzarət üzərində ciddi təsir müharibəsi gedir. Hər hansı ani bir səhv üzündən Azərbaycan bu müharibənin, mübarizənin qurbanı ola bilər. Bu baxımdan, Azərbaycan nə qədər zəngin, nə qədər cəlbedici ölkədirsə, eyni zamanda, bu ölkəni idarə etmək, bütövlükdə dövlət idarəetməsi ilə bağlı qərarlar qəbul etmək bir o qədər mürəkkəb və məsuliyyətlidir.
O, orta məktəblərdə din tarixinin tədris edilməsini çox zəruri sayır. Ümumiyyətlə, din tarixi dünya tarixinin, dünya mədəniyyət tarixinin tərkib hissəsidir və bu tarixin tədrisi əslində gənclərimizin bir şəxsiyyət kimi tam, bütöv, kamil yetişməsinə xidmət edərdi. Eyni zamanda, Azərbaycan dünyəvi dövlətdir, ancaq bununla yanaşı, azərbaycanlılar mütləq əksəriyyət etibarilə islam dininə etiqad edir. Bizim dəyərlərimiz, mənəviyyatımız islamla sıx bağlıdır. Sözsüz ki, burada söhbət mötədil islamdan, dünyəviliklə uyğunlaşmış, uzlaşmış, barış şəraitində mövcud olan islamdan gedir. Bu baxımdan, Azərbaycan gənclərinin islam dininin təməllərini, əsaslarını öyrənməsi çox zəruri və vacibdir: "Mötədil, gerçək islamın tədrisi islamdan sui-istifadə edən qüvvələrin qarşısını alardı. Əslində, islama aidiyyəti olmayan, lakin islam adı ilə təqdim olunan qaragüruh təriqətlərin, qaragüruh təmayüllərin təbliğinin qarşısını kəsərdi. Amma bir daha qeyd edirəm ki, bu addımın özü də müəyyən qədər mötədil şəkildə olmalıdır, burada da heç cür ifrata varmaq olmaz. Gənc nəslin təlim və tərbiyəsi çox həssas bir məsələdir. Ona görə bu sahədə boşluqlar buraxmamaqla yanaşı, hansısa bir ifrata varmaq da, gərəyindən daha artıq şəkildə hansısa bir fənni tədris etmək də yaxşı effekt vermir. Əksinə, zaman keçdikcə, burada daha mənfur çalarlar özünü büruzə verir. Odur ki, burada etiyatlı olmaqla yanaşı, sözsüz ki, öz dinimizi və digər bütün dünyəvi, səmavi dinlərini, onların tarixini övladlarımıza, xalqımıza tədris etməliyik. Eyni zamanda, bir daha bildirmək istəyirəm ki, ümumiyyətlə, ümumtəhsil məktəblərində təhsilin səviyyəsinin yüksəlməsi, digər fənlərin tədrisində olan boşluqların aradan qaldırılması, belə demək mümkünsə, orta məktəb institutuna etimadın qaytarılması çox mühüm şərtdir. Bu şərt də reallaşdıqdan sonra, düşünürəm ki, digər boşluqlar aradan qalxmış olacaq". Millət vəkili dedi ki, azərbaycançılıq ideologiyasının təməlləri artıq bizim üçrəngli bayrağımızda öz əksini tapıb. Bunlar da türkçülük, demokratiya, Avropaya inteqrasiyar və islamdır. Azərbaycanın inkişafı, Azərbaycanın çiçəklənməsi bu üç istiqamətin inkişafı ilə birbaşa bağlıdır ki, gənclərimizin də təlim və tərbiyəsi məhz bu ruhda köklənməlidir.

Hiç yorum yok: