azadlig radiosu




GunAzTv nin haberlerin burdan elde edinin.

Tel:0017732447102,0017733880100,0017735090820,0017735090870,0017735090840,0017734784133

28 Ağustos 2008 Perşembe

İRAN SƏFİRLİYİ SUALLARDAN YAYINIR

İRAN SƏFİRLİYİ SUALLARDAN YAYINIR
Nasir Həmidi Zare öz ölkəsində istirahət edir



Cənubi Qafqaz regionunda baş verən hadisələr son illər dünyanın gündəmində əsas müzakirə mövzularından olan İran məsələsini nisbətən arxa plana keçirib. Dünənədək İranın nüvə ehtiyatlarına malik olmaq istiqamətində cəhdlərinin qarşısını almaq üçün plan cızan böyük güclər indi Rusiyanın açıq təcavüzkarlığını durdurmağın yollarını arayırlar.
Ancaq istənilən halda İran məsələsi aktuallığını tam itirməyib. Üstəlik bu ərəfədə İran hakimiyyəti daxilində problemlərin yaşanması da diqqət çəkir. Heç şübhəsiz ki, Rusiyanın Gürcüstana təcavüzü, iki separatçı qurumu müstəqil subyekt olaraq tanıması, regionda yaradılmasına cəhdlər edilən “Qafqaz evi” məsələsi Tehranda da ciddi müzakirə olunur. Bəs, Tehranın bu məsələlərə reaksiyası necədir? Bütün bu kimi suallarla İranın Azərbaycandakı səfirliyinə müraciət etdik. Lakin səfirlikdən bildirildi ki, səfir Nasir Həmidi Zare başda olmaqla səfirliyin işçiləri bir aylıq məzuniyyətə çıxıblar. Həmçinin mətbuat xidmətinin rəhbəri Məcid Feyzollahi də İranda istirahət edir. Diplomatların sentyabrın əvvəllərində Bakıya dönəcəyi bildirilir. Hazırda səfirin səlahiyyətlərini kimin icra etdiyinə gəldikdə, bildirildi ki, bütün işlər səfirin müavini Şeyx Qəfurun öhdəsindəndir.
Lakin Şeyx Qəfurla danışmaq mümkün olmadı. O, səfirlik əməkdaşı vasitəsilə işinin çox olduğunu və imkan düşən kimi özü bizi arayacağını bildirdi. Lakin iş gününün sonunadək səfirlikdən soraq çıxmadı.
ELŞAD
musavat

Hiç yorum yok: